Müasir
Azərbaycanın yeni
inkişaf dövrü
Xankəndi zəfəri ilə xalqımızın, dövlətimizin
qarşısında parlaq
üfüqlər açılıb
"Hesab edirəm
ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra
başlayır..."
Prezident İlham
Əliyevin bu il yerli televiziya
kanallarına verdiyi ilk müsahibəsində cəmi bir cümlə
ilə mükəmməl
şəkildə ifadə
etdiyi kimi, Xankəndi zəfəri müasir Azərbaycanın
qarşısında yeni
və parlaq üfüqlər açıb.
2023-cü il sentyabrın
20-də qazanılan qələbə
Azərbaycan xalqının,
dövlətinin milli hədəflərinə doğru
onilliklərin o üzündən
çıxdığı, böyük əzm, qətiyyət, qəhrəmanlıq
tələb edən və ağır sınaqlarla dolu haqq yolunun Zəfər
zirvəsi oldu. Heç şübhəsizdir
ki, bu zəfərin Azərbaycanın
daha parlaq eralara daşınmasında
misilsiz rolu olacaq.
Milli vəzifə
yerinə yetirildi
Prezident İlham
Əliyevin şəxsi
liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi
nəticəsində Azərbaycan
işğala məruz
qalan ölkədən
Zəfər ölkəsinə
çevrilib. Ərazi
bütövlüyümüz, suverenliyimiz tam təmin edilib, bayrağımız Xankəndidə,
Xocalıda, Xocavənddə,
Əsgəranda - bütün
ərazilərimizdə dalğalandırılıb.
Qarabağda separatizmin
kökü birdəfəlik
kəsilib.
Xocalıda, Ballıqayada,
Ağdabanda, Başlıbeldə
və digər neçə-neçə şəhər
və kəndlərimizdə
dinc sakinlərimizə
qarşı soyqırımı
törədən erməni
canilər bir-bir həbs edilərək törətdikləri qaniçən
əməllərin hesabını
vermək üçün
Bakıya gətirilərək
ədalət məhkəməsinə
çıxarılıblar.
Bir sözlə,
Azərbaycan illər öncə qarşısına
qoyduğu milli vəzifəsinə Xankəndi
zəfəri ilə son nöqtəsini qoyub. "Qarabağ Azərbaycandır!" həqiqətindən
güc alaraq və buna qarşı
çıxan istənilən
qüvvəyə qarşı
layiqincə mübarizə
apararaq, döyüşərək,
çarpışaraq tarixi
ədaləti bərpa
edib.
Prezident İlham
Əliyev yanvarın
10-da yerli televiziyalara verdiyi müsahibəsində
də məhz bu məqama toxunaraq, "Biz əsas vəzifəni, siz də qeyd
etdiyiniz kimi, bir neçə ay bundan əvvəl
həll etmişik, ölkəmizin suverenliyini
tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz"
söylədi.
Dövlət başçısı
onu da qeyd
etdi ki, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol
idi, məqsədə
hesablanmış yol idi, düzgün yol idi. İstər
siyasi müstəvidə,
istər hərbi müstəvidə, istər
ölkəmizdə gedən
proseslər nöqteyi-nəzərindən
bu hadisə bütün işlərimizin
elə bil ki, son nidası
idi: "Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi
başlayırıq".
Hədəfə doğru
inamla
Ancaq bu gün qürurunu, fəxrini yaşadığımız
bu qələbələrə
yetənə qədər
xalqımız, dövlətimiz
olduqca çətin, sınaqlarla dolu bir yol qət
etməli oldu.
1993-cü, xüsusilə də 2003-cü ildən sonra ötən dövrə nəzər salanda görürük ki, torpaqlarının işğal altında olduğu, məcburi köçkünlük problemi
yaşandığı və
üstəlik də siyasi, diplomatik müstəvidə bəzi
beynəlxalq qurum və ölkələrin qərəzi ilə üz-üzə qalaraq daim onlarla haqq
işimiz uğrunda mübarizə apardığı
dövrün özündə
belə Azərbaycan bütün sahələrdə
hərtərəfli inkişaf
səviyyəsinə yüksəlib.
Lakin o da danılmaz həqiqətdir
ki, sözügedən
problemlərin varlığı
ölkəmizin daha sürətli inkişafına
başlıca əngəl
yaradırdı və
dövlətimizin qarşısında
duran bir nömrəli vəzifə
də məhz bu maneələrin aradan qaldırılmasından
ibarət idi. Məhz ötən 30 ildə bu milli
hədəf istiqamətində
böyük qətiyyət,
əzm və iradə ilə dövlətimizin həm daxildə, həm beynəlxalq arenada apardığı məqsədyönlü
fəaliyyət sayəsində
bu gün artıq yuxarıda sadalanan problemlərin heç biri yoxdur və tamamilə həll edilib.
"Son 20 ilin tarixi göz qabağındadır və
əsas məsələ
ondadır ki,
2003-cü ildə Azərbaycan
xalqı düzgün
seçim etmişdi"
deyən Prezident İlham Əliyev də müsahibəsində
hesab etdiyini söylədi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz
2003-cü il idi: "Çünki o vaxt ölkəmizin gələcəyi
ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni
Heydər Əliyev siyasəti davam etdirildi".
Dünyanın nüfuzlu
ölkəsi
2020-ci il sentyabrın
27-də başlayan haqq
işimizin öncə
8 noyabr Şuşa Zəfəri və onun uğurlu davamı kimi 2023-cü ildə Xankəndi Zəfəri ilə məntiqi sonluğuna yetirilməsi Azərbaycanın
bütün parametrlərdə
sürətli inkişafına
birbaşa təkan verib, qarşıda yeni vəzifələrə,
yeni hədəflərə
yol açıb.
Hər zaman beynəlxalq arenada etibarlı və güvənilən tərəfdaş
kimi tanınan, qlobal miqyaslı problemlərin həllinə
mühüm töhfələr
verən Azərbaycanın
adı dünyanın
nüfuzlu, eləcə
də güclü ölkələri sırasında
çəkilir. Təsadüfi
deyil ki, bu
gün istənilən
beynəlxalq məsələ
ilə bağlı Cənubi Qafqazın şəksiz lideri Azərbaycanın fikri öyrənilir, mövqeyi
mütləq nəzərə
alınır.
Təbii ki, Azərbaycanın əldə
etdiyi bu qalibiyyətlər qardaş
və dost ölkələri sevindirsə
də, bunu həzm edə bilməyən bəzi xarici düşmənlərdən
də xali deyilik. Xüsusilə də özlərini dünyanın "supergüc"ləri,
"yenilməzlər"i sırasında hesab edən Qərb ölkələrinin timsalında
ki bunların başında Fransa gəlir. Həmin ölkələr 30 illik işğal dövründə,
eləcə də Vətən müharibəsi
və ondan sonrakı zamanda, Xankəndi zəfərinə
qədər, əllərindən
gələn riyakarlığı,
bədnamlığı etdilər
ki, Azərbaycanı haqq yolundan döndərsinlər,
amma bacarmadılar. Azərbaycan torpaqlarını
işğaldan azad etdi, ərazi və suverenliyini tam təmin etdi. Özü də heç bir xarici siyasi
təzyiqə boyun əymədən, öz gücü hesabına...
Azərbaycanın siyasi
iradəsinə heç
cür təsir göstərə bilməyən,
qarşılarında daha
1990-cı illərin əvvəllərindəki
yox, qüdrətli, güclü, onlara, sözün əsl mənasında, istənilən
platformada meydan oxuyan qalib, Zəfər
çalmış, yüksələn
Azərbaycan olduğunu
görən "demokratik"
ölkələr isə
indi qorxaqların getdiyi yollara əl atırlar. Bunu Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın
Fransadakı abidəsinin
təhqir olunmasının
fonunda da aydın görmək olur...
"...Bu, deyə
bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü
heykəldə göstərdiyi
mənəvi deqradasiyanın
dibidir", - deyə müsahibəsində Prezident
İlham Əliyevin vurğuladığı kimi...
Xalqımızın, dövlətimizin ən parlaq Qələbəsi
Müzəffər Lider,
mahir siyasətçi,
ən ümdəsi vətənpərvər şəxs
olan İlham Əliyevin böyük əzm və qətiyyətinin nəticəsində
son 20 il ərzində Azərbaycan
siyasi, iqtisadi, hərbi, diplomatik, ümumiyyətlə, bütün
sahələr üzrə
möhtəşəm qələbələr,
dövlətçilik tariximizdə
bənzərinə rastlanmayan
zəfərlər qazanıb.
Azərbaycan xalqı
Şuşa, Xankəndi
zəfərlərini yaşayıb,
torpaq nisgilindən qurtulub, şəhidlərimizin
qisasının alınmasından
mənəvi rahatlıq
tapıb.
Ərazi bütövlüyümüzün,
dövlət suverenliyimizin
təmin olunması, Xankəndidə bayrağımızın
dalğalandırılması ilə tariximizin 30 illik bir dövrünə
şanlı yekun vurulub, özündən sonra gələcək minilliklərə doğru
parlaq yollar açıb.
Necə ki bunu Müzəffər Lider İlham Əliyev müsahibəsində
bir daha dünyaya bəyan etdi: "Sentyabr ayında biz elə bir dövrə
yekun vurmuşuq ki, bu, epoxal
bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində
mən hesab edirəm ki, buna oxşar zəfər olmamışdır.
Bütün amilləri
- siyasi, hərbi və 30 illik işğalı, ərazinin
relyefini, müdafiə
xətlərinin çox
olmasını nəzərə
alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir".
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
12 yanvar, ¹ 5.- S.5.