Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə

 

Hörmətli cənab Prezident,

Əlamətdar tarixAzərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi dost xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Latviya arasında təşəkkül tapmış dostluq qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Ötən dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, bir çox sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmiş, xalqlarımız arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir.

Biz Latviyanın Azərbaycanın suverenliyinə ərazi bütövlüyünə daim verdiyi dəstəyinə görə minnətdarıq.

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm Avropa İttifaqı çərçivəsində inkişafı genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Latviya xalqına daim əmin-amanlıq rifah diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2024-cü il

Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.1.