Latviya -Azərbaycandostluq münasibətləri
100 ildən artıq tarixə malikdir
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri,
Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümü
münasibətilə Sizə
ən səmimi təbriklərimi çatdırır,
ölkənizə və
xalqınıza sülh
və firavanlıq arzulayıram.
Latviya-Azərbaycan dostluq
münasibətləri 100 ildən
artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı
yaşamışdır. Biznes
sahəsində tərəfdaşlıq
sayəsində ölkələrimiz
arasında daha sıx əlaqələr qurulmuş, həmçinin
gözəl Bakıdan
ilhamlanaraq ədəbi,
musiqi və incəsənət şedevrləri
yaradılmışdır.
Qarşılıqlı maraq doğuran sahələrdə dialoqumuz
və strateji tərəfdaşlığımız dərinləşir. Əminəm
ki, birgə səylərimiz Latviya ilə Azərbaycan arasında dinamik mübadiləni daha da inkişaf etdirəcəkdir.
Fürsətdən istifadə
edərək, Latviyanın
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
sərhədləri çərçivəsində
suverenliyinə və ərazi bütövlüyünə
tam dəstəyini bir daha ifadə
edirəm. Müstəqillik
və ərazi bütövlüyü beynəlxalq
nizama əsaslanan qaydaların təməl daşlarıdır və
ölkələr arasında
dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit və
firavan Cənubi Qafqaz bizim ortaq
marağımızdır.
İcazə verin,
ölkələrimiz arasında
əlaqələri daha
da dərinləşdirmək
əzmində olduğumu
ifadə edim. Bu baxımdan mən Sizin 2024-cü ildə Latviyaya səfər etməyinizi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən
yüksək ehtiramımı
qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Edqars Rinkeviçs
Latviya Respublikasının
Prezidenti
Azərbaycan.-2024.- 12 yanvar,
№ 5.- S.1.