Bakıda
“Dinin siyasiləşdirilməsi:
zərərli təsirlər”
mövzusunda konfrans keçirilib
Yanvarın 11-də Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
(DQİDK) təşkilatçılığı
ilə “Dinin siyasiləşdirilməsi: zərərli
təsirlər” mövzusunda
konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunda təşkil
edilən tədbirdə
ölkəmizdə müxtəlif
konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nin sədr müavini
Səyavuş Heydərov
tədbirdə çıxış
edərək əsası
Ümummilli Lider Heydər Əliyev
tərəfindən qoyulan
və Prezident
İlham Əliyevin uğurla
davam etdirdiyi dövlət-din münasibətlərinə
diqqət çəkib.
Azərbaycanın din siyasətində
dini etiqad azadlığının təminatının
prioritet məsələlərdən
olduğunu qeyd edən S.Heydərov
dövlət tərəfindən
dini icmalara, müxtəlif dinlərə
məxsus ibadətgahlara
göstərilən diqqət
və qayğıdan danışıb. Dövlət
tərəfindən icmalara
hər cür dəstək göstərildiyini,
onların müraciətlərinin
diqqətdə saxlanıldığını
bildirən Komitə rəsmisi deyib: “Hər il Prezident tərəfindən rəsmi
qaydada ölkədəki
dini konfessiyalara maliyyə yardımı ayrılır. Bu yardım
bütün dini icmalara, o cümlədən
qeyri-müsəlman icmalarına
şamil edilir. Heydər
Əliyev Fondu tərəfindən
tarixi, mədəni, dini abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Cəmiyyətimizdə milli və
dini həmrəylik ölkəmizin tarixində
ən yüksək həddədir. Bu birlik 44 günlük Vətən müharibəsi dövründə
özünü bir daha sübut etdi”.
Sədr müavini
vurğulayıb ki, bu
faktların fonunda
ABŞ Dövlət Departamenti
tərəfindən Azərbaycanda
dini etiqad azadlığının pozulması
barədə fərziyyələrə
istinadla ölkəmizi
heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi təəssüf
doğurur. ABŞ-ın
Beynəlxalq Din Azadlığı
Komissiyası tərəfindən
təqdim edilən “nöqsanlar” ölkəmizdəki
gerçəkliyi əks
etdirmir, reallıqla daban-dabana ziddiyyət təşkil edir. Beynəlxalq Din Azadlığı
Komissiyasının hesabatında
bir çox məqamların araşdırılmadığı,
qeyri-müstəqil və
ənənəvi olaraq
ermənipərəst mərkəzli
məlumatlar yayan mənbələrdən istifadə
edilməsi, bəzən
isə hadisələrə
məqsədli şəkildə
yanlış izahatlar verilməsi diqqəti cəlb edir.
S.Heydərov, həmçinin
bu gün insan hüquqları, dini azadlıqlar meyarlarının bəzi böyük güclər tərəfindən təzyiq
vasitəsinə çevrildiyini
qeyd edib. O, Azərbaycanda fəaliyyət
göstərən dini
icmalara çağırış
edərək ölkəmizin
əleyhinə qarayaxma
kampaniyası aparan qüvvələrə qarşı
həmrəy və ayıq-sayıq olmanın
vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Hikmət
Məmmədov bildirib ki, hər
bir cəmiyyətdə,
hüquqi dövlətdə
ictimai, dini münasibətlərin əsaslarını
hüquq tənzimləyir.
Bu, ölkəmizdə Azərbaycan
Respublikasının Konstitusiyasında,
“Dini etiqad azadlığı
haqqında” qanunda və digər qanunvericilik aktlarında əksini tapıb. Səmavi dinlərin hər birinin burada yayılaraq insanların milli düşüncəsinə,
davranışlarına və
həyat tərzinə
təsir etdiyini deyən H.Məmmədovun
sözlərinə görə,
dini dözümlülük,
insanların inanclarına
hörmət ölkəmizin
vətəndaşlarının həyat tərzinə çevrilib.
Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədr
müavini Fuad Nurullayev qeyd
edib ki, illərlə Ermənistanın şər
və böhtanlarının
qarşısını layiqincə
alan xalqımız ölkəmizə qarşı
çirkin addımlar
atan qüvvələrə
qarşı bundan sonra da mübarizə aparacaq. ABŞ Dövlət
Departamentinin Azərbaycanda
fəaliyyət göstərən
dini icmalarla bağlı qərəzli
mövqeyini qınayan
F.Nurullayev vurğulayıb ki, ölkəmizdə
dini etiqad azadlığı yüksək
səviyyədə qorunur
və dini baxışlarına görə
heç kimə təzyiq göstərilmir,
şiə-sünni problemi
yoxdur. Bizim güclü
dövlətimiz var və
onu heç kim sarsıda bilməz. ABŞ-ın qərəzli münasibəti
gözügötürməzlikdən başqa bir şey deyil.
Azərbaycan İlahiyyat
İnstitutunun rektoru
Aqil Şirinov bildirib ki, multikulturalizmi
və tolerantlığı
özünün ideoloji
əsaslarından hesab
edən Azərbaycanın
həmin siyahıya daxil edilməsi ən azından ədalətsizlikdir. Hesabatda
guya ölkəmiz tərəfindən Qarabağda
xristian dini irsinin məhv olunması iddiası gülüncdür. Azərbaycan
hökumətinin Qarabağda
təkcə dağıdılan
müsəlman ibadətgahlarına
deyil, xristian dini abidələrinə qarşı qayğı və diqqəti haqqında onlarla nümunə sadalamaq mümkündür. Azərbaycanda
müsəlmanlarla yanaşı,
qeyri-müsəlman dini
icmaların nümayəndələrinin
heç bir diskriminasiya halı ilə qarşılaşmadıqlarını
vurğulayan A.Şirinov
deyib ki, ABŞ-ın elə özündə diskriminasiya ildən-ilə
artmaqda davam edir. Kaliforniya Dövlət Universitetinin Nifrət və Ekstremizm Tədqiqatları
Mərkəzi tərəfindən
ötən il hazırlanan
tədqiqatda ABŞ-da dini
nifrət motivli cinayətlərin 27 faiz artdığı qeyd olunur.
Rektor çıxışında
Azərbaycan İlahiyyat
İnstitutunun yaradılmasını,
təhsil ocağında
müxtəlif dinlər
və məzhəblərin
fərq qoyulmadan tədris olunmasını
da dövlətimizin müxtəlif
inanclara tolerant münasibətinin
göstəricisi kimi dəyərləndirib.
Bakı Şəhəri
Dağ Yəhudiləri dini
icmasının sədri
Milix Yevdayev, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
nümayəndəsi Elnur Əfəndiyev,
Azərbaycan Katolik Kilsəsinin nümayəndəsi
Yozef Marek, Avropa Yəhudilərinin Bakı
Dini icmasının ravvini
Şneor Seqal, Alban-udi Xristian dini
icmasının sədri
Robert Mobili, Gürcü
Yəhudiləri dini icmasının sədri
Zamir İsayev, Azərbaycan Bəhailəri Mərkəzinin
katibi Ramazan Əsgərli
və “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının
sədri Rasim Xəlilov çıxışlarında
ABŞ-ın Beynəlxalq
Din Azadlığı Komissiyasının
Azərbaycanla bağlı
dərc etdiyi xüsusi hesabatı və Dövlət Departamenti tərəfindən
ölkəmizin qondarma
xüsusi izləmə
siyahısına daxil olan ölkə kimi müəyyənləşdirilməsini
yekdilliklə pisləyiblər.
Bildirilib ki, həmin sənədlərdə Azərbaycandakı
dini etiqad azadlığı ilə əlaqədar yer almış böhtan fikirlər ölkəmizdə
mövcud olan dini tolerantlıq mühitinə qarşı
qərəzli kampaniyadır.
Müxtəlif konfessiyaların
nümayəndələri olaraq
heç bir zaman Azərbaycanda dini zəmində qarşıdurma,
qısnama, ayrı-seçkilik
yaşamadıqlarını diqqətə çatdıran
natiqlər ABŞ Dövlət
Departamentini bundan sonra Azərbaycan həqiqətlərini nəzərə
alaraq obyektiv mövqe sərgiləməyə
səsləyiblər.
Azərbaycan.-2024.- 12 yanvar,
¹ 5.- S.2.