Baş
nazir Əli Əsədov UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüşüb
Yanvarın 11-də Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, UNICEF-in Cenevrədəki BMT ofisində
Nümayəndəsi və
Avropada Qaçqınlar
və Miqrant məsələləri üzə
xüsusi koordinatoru Recina De Dominişislə görüşüb.
Görüşdə Azərbaycanın BMT və
onun ayrı-ayrı təsisatları ilə tərəfdaşlığa böyük
önəm verdiyi və bu baxımdan
UNICEF ilə əməkdaşlığın
xüsusi önəm kəsb etdiyi bildirilib.
Azərbaycanla BMT-nin
Uşaq Fondu arasında uzunmüddətli
və müxtəlif sahələri əhatə
edən səmərəli
tərəfdaşlığın mövcud olduğu vurğulanıb.
Azərbaycanda uşaqların
müdafiəsinin və
uşaq hüquqlarının
təmin olunmasının
diqqət mərkəzində
olduğu bildirilərək
ötən dövrdə
ölkəmizin BMT-nin
“Uşaq Hüquqları
haqqında” Konvensiyası
daxil olmaqla bir sıra beynəlxalq
sənədlərə qoşulduğu
vurğulanıb.
Bildirilib ki,
2020-ci ildə “Azərbaycan
Respublikasının Uşaqlara
dair 2020–2030-cu illər
üçün Strategiyası”
və bu çərçivədə 5 illik Fəaliyyət Planı qəbul edilmişdir.
Eyni zamanda Azərbaycanda sağlamlıq
imkanları məhdud,
eləcə də həssas təbəqədən
olan uşaqlara dövlət tərəfindən
böyük qayğı
göstərildiyi vurğulanıb.
Görüşdə həmçinin keçmiş münaqişədən əziyyət çəkmiş uşaqlara yardım, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə, cari ildə Azərbaycanda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində uşaq hüquqlarının qorunması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.3.