Azərbaycan
və UNICEF arasında
gələcək əməkdaşlıq
perspektivləri barədə
fikir mübadiləsi aparılıb
Yanvarın 11-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər
Təşkilatının Uşaq
Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Avropada qaçqın və miqrant məsələləri
üzrə xüsusi əlaqələndirici Regina
de Dominitsis ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Azərbaycan
və UNICEF arasında
mövcud əməkdaşlıq
gündəliyində duran
məsələlər və
gələcək əməkdaşlıq
perspektivləri, habelə
cari regional vəziyyət ətrafında
fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin müstəqilliyinin bərpasının
ilk günlərindən
BMT-nin müxtəlif ixtisaslaşmış qurumları,
o cümlədən UNICEF-lə
yaxından əməkdaşlıq
etdiyini, xüsusilə
Ermənistanın ərazilərimizin
işğalı nəticəsində
qaçqına və
məcburi köçkünə
çevrilmiş uşaqlar
üçün daha yaxşı təhsil və səhiyyə imkanlarının yaradılması
sahəsində aidiyyəti
dövlət qurumları
ilə birgə uğurlu proqram və layihələrin həyata keçirildiyini qeyd edib.
Qarşı tərəf
hazırkı postmünaqişə
dövründə vətəndaşlarımızın
öz evlərinə ləyaqətli qayıdışının
təmini istiqamətində
görülən genişmiqyaslı
bərpa və yenidənqurma işləri,
mina təhdidinə qarşı mübarizə
barədə ətraflı
məlumatlandırılıb.
Nazir Ceyhun Bayramov, xüsusilə mina təhdidi ilə mübarizə sahəsində UNICEF-lə
əməkdaşlıq çərçivəsində
aparılan maarifləndirmə
fəaliyyətindən bəhs
edərək, bu istiqamətdə beynəlxalq
ictimaiyyətin diqqətini
də bu təhdidə çəkməyin
vacibliyini vurğulayıb.
Regina de Dominitsis UNICEF-in Azərbaycanla mövcud uğurlu əməkdaşlıq
təcrübəsinin davam
etdirilməsində maraqlı
olduğunu, xüsusilə
Azərbaycanın ev sahibliyi edəcəyi cari ildə keçiriləcək BMT-nin
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
(COP29) və 2026-cı ildə
keçiriləcək Ümumdünya
Şəhərsalma Forumu
çərçivəsində uşaq hüquqları sahəsində müxtəlif
birgə təşəbbüslərin
həyata keçirilə
biləcəyini qeyd edib.
Postmünaqişə dövründə Azərbaycan
tərəfindən məcburi
köçkünlərin öz
evlərinə qayıdışına
istiqamətlənən bərpa
və quruculuq fəaliyyətinin təqdirəlayiq
olduğu, bu istiqamətdə UNICEF-in də prosesə dəstək göstərməyə
hazır olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov öz növbəsində COP29-a hazırlıq
prosesində ilkin planlar barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.3.