Azərbaycan ilə Latviya arasında əməkdaşlığa əsaslanan əlaqələrin uğurlu inkişafı məmnunluq doğurur

 

Yanvarın 11-də Xarici İşlər Nazirliyində Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazirliyin rəhbər heyəti, Milli Məclisin deputatları, Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşları digər qonaqlar iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Latviya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin 30 il ərzində müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar, elmi-texniki, mədəni s. istiqamətlər üzrə inkişafından ətraflı bəhs olunub. Ali yüksək səviyyəli səfərlər təmasların, habelə strateji dialoqun ötən il Bakıda keçirilmiş ikinci iclasının əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynadığı qeyd edilib.

Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya diplomatik münasibətlərin 30 illiyi münasibətilə təbriklərini çatdırıb, münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvarlığını bildirib. Azərbaycan ilə Latviya arasında münasibətlərin tarixindən bəhs edən səfir tarixi ənənələr, qarşılıqlı dostluq əməkdaşlığa əsaslanan əlaqələrin bu gün uğurla inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırılıb.

Çıxışlardan sonra iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Azərbaycan Latviya xarici işlər nazirlərinin təbrik məktublarının mübadiləsi baş tutub.

Tədbirin sonunda iştirakçılar Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

 

Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.3.