Seçkilər
İlham Əliyevə
yüksək etimadın
növbəti təntənəsi
olacaq
"Prezident İlham
Əliyevin rəhbərliyi
ilə 2020-ci ildə torpaqlarımızı işğaldan
azad etdik və qalib xalqa
çevrildik. Bununla da Azərbaycan yeni mərhələyə
qədəm qoydu. Bu gün isə
daha iri addımlarla yeni zəfərlərə doğru
irəliləyirik. Biz
bu mərhələdə
dövlətçiliyimizi, müstəqilliyimizi daha da gücləndirməli və təhlükəsizliyimizi
qorumalıyıq. Bu mənada fevralın 7-nə
təyin olunmuş növbədənkənar prezident
seçkiləri xüsusi
əhəmiyyətə malikdir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, xalqımızın
doğru seçimi bizi gələcəkdə
təhdid edə biləcək məsələlərdən
qoruyacaq. Xalqımız
yenə də ən düzgün seçimini edəcək.
Ceyhun Məmmədov
qeyd edib ki, bu, Zəfər
seçkisidir, çünki
ilk dəfədir ki, prezident seçkiləri
ərazi bütövlüyü
və suverenliyi tam bərpa edilmiş Azərbaycan torpaqlarında, bütün
şəhər və
rayonlarımızda keçiriləcək:
"Bizə bu qələbəni yaşadanın
isə Prezident İlham Əliyev olduğunu unuda bilmərik. Ulu Öndərin layiqli varisi İlham Əliyev son 20 ildə Azərbaycanın inkişafında müstəsna
xidməti olan liderdir. Məhz onun rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu gün
azad və müstəqil bir dövlət kimi fəaliyyətimizi davam etdirdiyimizə, dünyada gündən-günə daha
çox nüfuz sahibi olduğumuza görə İlham Əliyevə borcluyuq. Qarşıda isə hədəflərimiz və
planlarımız var. Bu məqsədlərimizə
nail olmaq üçün prezident seçkilərinin keçirilməsinə
ehtiyac vardı".
Deputatın sözlərinə
görə, 2024-cü ilin
regionda kifayət qədər mürəkkəb
olacağı ehtimal edilir: "Ona görə də bizim də dövlət
olaraq daha ayıq-sayıq olmağımıza,
düşünülmüş və ölçülüb-biçilmiş
bir siyasət həyata keçirməyimizə
ciddi ehtiyac var. Azərbaycan xalqı hər zaman öz Prezidentinin
ətrafında sıx
birləşib, vətəndaş
mövqeyini ortaya qoyub. Biz əminik
ki, budəfəki seçkilərdə də
xalqımızın nümayəndələri
öz vətəndaş
borclarını ləyaqətlə
yerinə yetirəcəklər".
Ceyhun Məmmədov
əlavə edib ki, vətəndaşlarımız
düzgün seçim
edərək bizi daha böyük uğurlara, qələbələrə
aparacaqlar. Ona görə də siyasi aktivlik nümayiş etdirilməli,
prezident seçkilərində
fəallıq göstərməliyik.
Azərbaycan xalqı dövlətimizin parlaq gələcəyinə, inkişafına,
ölkəmizdəki əmin-amanlığa,
bir sözlə, yeni zəfərlərə
səs verəcək.
Deputatın sözlərinə görə, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri xalqın İlham Əliyevə ehtiram və etimadının növbəti sübutu olacaq. Bu, təsadüfi deyil, çünki artıq 20 ildən çoxdur Azərbaycanın bütün uğurları məhz Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanda iqtisadi dayanıqlılığı təmin edən, vətəndaşların sosial rifah halını hər ötən il daha da yaxşılaşdıran, regionun ən güclü ordusunu quran və ən əsası Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edən dahi şəxsiyyətdir.
Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.4.