ATƏT nümayəndələri
Bərdədə seçkilərə
hazırlığın gedişi
ilə tanış olublar
Son 30 ildə ilk dəfədir ki, respublikamızda prezident seçkiləri ölkəmizin
ərazi bütövlüyü
şəraitində keçirilir.
44 günlük müharibənin
və bir günlük uğurlu antiterror əməliyyatının
parlaq qələbə,
tarixi zəfər soraqlı nəticəsinin
doğurduğu yüksək
əhvali-ruhiyyə, yaratdığı
xoş ovqat hələ də vətənsevdalı könüllərin
təsəllisidir.
İşğaldan azad
edilmiş ərazilərdə
aparılan möhtəşəm
quruculuq işləri Ermənistan silahlı qüvvələrinin
analoqu olmayan vandallıqla dağıtdıqları,
viran qoyduqları kəndlərin, şəhərlərin xarabalıqları
üzərində ucaldılan müasir tipli "ağıllı"
yeni yaşayış
məntəqələri, uğurla
reallaşan nəhəng
infrastruktur layihələri
xalqımızın qələbəyə
köklənmiş əhvali-ruhiyyəsinə
yeni çalarlar qatır.
Xalqımız qarşıdakı
7 fevral növbədənkənar
prezident seçkilərinə
qalib, qurucu, sülhpərvər əhvali-ruhiyyə
ilə gedir. Bu seçki həm də ən yaxın keçmişin hesabatı
olacaq, qarşıdakı
hədəflərimizi müəyyən
edəcəkdir. Biz dünyanı heyrətə
salan yeni müharibə qaydaları
ilə 30 il işğalda inləyən
Qarabağı azad etdik. İndi isə Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Gündəmdə isə 7 fevral növbədənkənar prezident
seçkilərini yüksək səviyyədə,
azad, demokratik və şəffaf keçirilməsini təmin
etmək kimi son dərəcə məsul və şərəfli vəzifə
durur.
Ölkəmizin bütün
bölgələrində seçkilərə
hazırlıq Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin
tələblərinə uyğun
qaydada davam etdirilir. Dairə və məntəqə seçki
komissiyaları növbədənkənar
prezident seçkilərinin
hazırlanıb keçirilməsi
üzrə əsas hərəkət və tədbirlərin təqvim
planına uyğun fəaliyyət göstərirlər.
99 saylı Bərdə
şəhər Seçki
Dairəsində də
işlər ahəngdar
gedir. Dairə seçki komissiyasının
sədri Dilsuz Nəcəfov söhbət
zamanı bildirdi ki, dairə 58 məntəqəni əhatə
edir. Məntəqələrin
texniki təminatı yüksək səviyyədədir.
Seçki məntəqələrinin
17-si şəhərdə, 41-i isə kəndlərdə
yerləşir. 11 məntəqədə
VEB kamera quraşdırılıb.
Bütün məntəqələr
zəruri inventarlarla
təmin edilib və telefonlaşdırılıb.
Dilsuz Nəcəfov
Dairə Seçki Komissiyasının tərkibindən
danışarkən onu
da bildirdi ki,
9 nəfərdən ibarət komissiyada 3 nəfər Yeni Azərbaycan, 3 nəfər
parlamentdə azlıqda
olan Böyük Qurtuluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Real partiyalarını
təmsil edir. Öyrəndik ki, son məlumata görə, dairə üzrə seçicilərin
sayı 51.669 nəfərdir.
Seçici siyahıları
diqqətlə araşdırılır. Ərazidə yeni qeydə alınan, yaxud köçüb başqa
yerlərə gedən
vətəndaşların adları
dəqiqləşdirilir. Bu
isə o deməkdir ki, seçici
sayı dəyişə
bilər.
99 saylı Bərdə şəhər
Seçki Dairəsində
hazırlıq işlərinin
gedişi ilə tanış olarkən burada ATƏT-in ölkəmizdəki uzunmüddətli missiyasının
nümayəndələri ilə görüşdük. ATƏT-i təmsil edən beynəlxalq müşahidəçilər
- Varela
Serra Ella, Speldel Juergen seçki hazırlığı
mühiti ilə tanış olmaq üçün rayonlara səfər etmişdilər.
Avropalı qonaqlar dairə seçki komissiyasının üzvləri
ilə görüşdə
məntəqələrdəki mövcud vəziyyətlə
tanışlığın təəssüratlarını bölüşdülər, faydalı
təkliflər verdilər.
Onlar seçkilərə
hazırlıq prosesinin
yüksək səviyyədə
getdiyini bildirdilər,
demokratik tələblərə
əməl olunduğunu
vurğuladılar.
Lazım QULİYEV,
Azərbaycan.-2024.-
12 yanvar, ¹ 5.- S.6.