Onun
ən böyük arzusu torpaqlarımızın
azadlığı idi
O, Əliyevlər ailəsinin
yeganə oğlu idi... Yayda toyunu
eləmək, evə gəlin gətirmək istəyirdilər... Şamaxı
Rabitə Kollecində
təhsil alan İradə adlı bir qızla bir-birinə könül vermişdilər. Lakin həyat axarındakı qəfil dəyişiklik hər şeyi alt-üst etdi - bir ömür yarıda qırıldı,
digərini sonsuz dərd, nisgil ağuşuna aldı... Ürəyindəki Vətən
eşqi digər sevgilərə üstün
gəldi.
44 günlük qalibiyyət
dolu Vətən savaşımızın qəhrəman
şəhidi Əliyev
Rauf İlyas oğlu 1993-cü il fevralın 11-də Şamaxı
şəhərində doğulub.
1999-cu ilin sentyabrından
şəhid Elşən
Hüseynov adına Şamaxı şəhər
2 saylı tam orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə
Şamaxı İmadəddin
Nəsimi adına 1 saylı musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb, sonra Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecinə qəbul olunub. 2012-ci ildə kolleci bitirərək oktyabrın
10-da həqiqi hərbi
xidmətə çağırılıb.
Əmək fəaliyyətinə
2015-ci il yanvarın
5-dən Qobustan şəhər
Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbində
başlayıb.
Azərbaycan xalqı
şəhadət şərbətini
1990-cı ilin 20 Yanvarında
içdi və imperiya qandallarını qıraraq əbədi dövlət müstəqilliyi
qazandı. Lakin düşmənlərin təcavüzkar
siyasətinin bir hissəsinin acı nəticəsi olan Qarabağ münaqişəsi
30 il idi ki, ərazilərimizin iyirmi faizində bu suverenliyin bərpası və Əsas Qanunumuzun işləməsinin qarşısını
alırdı.
Nəhayət, Prezident
İlham Əliyevin qətiyyəti və xalqımızın şəhidpərvərliyindən
qaynaqlanan 2020-ci ilin 27
sentyabr - 10 noyabr təntənəli Zəfər
yürüşü erməni
işğalına birdəfəlik
son qoydu. Hələ bu tarixə qədər də - 2016-cı ilin aprelində Lələtəpə-Cocuq
Mərcanlıda, 2020-ci ilin
iyununda Tovuzda - dəfələrlə xain
hücuma keçən
yağı düşmən
geri oturduldu. Artıq Birinci Qarabağ savaşından
xeyli vaxt keçmişdi, igid övladlar böyüyüb
şəhid atalarının
qisasını alırdılar.
Əlavə olaraq, yeni bir müqəddəs
ənənə də
formalaşmışdı: gənclər şəhid
Mübarizi, Fəridi,
Raqufu, Poladı həyat amalı seçərək onların
yolu ilə gedir, müqəddəs cihadın başlanacağı
günü səbirsizliklə
gözləyir, fürsət
düşəndə düşmənə
divan tuturdular.
Bu barədə
anası Səbinə
xanım danışır:
"21 sentyabr 2020-ci il
tarixdə Silahlı Qüvvələrin hərbi
təlim, yoxlama və xüsusi toplanışına çağırılmışdı.
Qapıdan çıxanda
qarşısını kəsdim,
dedim, ay oğul, 3 ildir nişanlısan, toyun yubanır, görüləsi
başqa işlərimiz
də var, bəlkə getməyəsən...
Cavab verdi ki, ana, nə
danışırsan, toy
gözləyər, Vətən
dardadır, Polad Həşimov kimi generalımız şəhid
oldu, biz kimik?.."
Yeganə oğul
itkisinin ailəyə,
xüsusən valideynlərə
hansı zərbəni
vurduğunu anlamaq çətin deyil. Atası İlyas dayının beli bükülüb, səhhətində
müxtəlif problemlər
yaranıb, geniş dünyagörüşə malik,
dərin adam olsa da, çox
danışmağı sevmir,
dünyanın ən ağır yükünü
ürəyində daşıyır...
Rauf Milli Ordu sıralarında, cəbhə bölgəsində
- Ağdamın Yusifcanlı
kəndindəki "N" saylı hərbi hissədə xidmət keçir. Bacarıqlı
əsgər kimi bölükdə 2012-ci ilin
oktyabrında baş atıcı, 2013-cü ilin
yanvarında heyət nəfəri, aprelin 2-də
məsafə ölçən,
oktyabrın 10-da isə
manqa komandiri vəzifələrinə təyin
olunur. Kəşfiyyatçı
koordinator olan çavuş Rauf Əliyev 2013-cü ilin noyabr ayında düşmənin törətdiyi
təxribat zamanı öz əsgərlərini
qoruyaraq ayağından
və kürəyindən
yaralanır. Həqiqi
hərbi xidmətini
2014-cü il aprelin 3-də
təltiflərlə başa
vuraraq tərxis edilir...
Uşaqlıq dostu
Kamran Kərimov, cəbhə yoldaşları
Kamil Vahabov, Abuzər Əliyev və Əhəd Şahverdiyev də şəhidimiz barədə
ürək yanğısı,
amma qürurla söhbət açdılar:
"Vətən müharibəsinin
ilk günlərində
birlikdə döyüşmüşük.
Rauf öndə hərəkət edən kəşfiyyat qrupuna könüllü qatılaraq
Tərtər-Ağdərə istiqamətində gedən
döyüşlərdə fəal iştirak etdi. Talış yüksəkliyi və Suqovuşanın azad olunmasında böyük qəhrəmanlıq, şücaət
göstərmişdir. İgid
döyüşçü, sədaqətli dost idi... Ərazidə "Ağ uçuq" deyilən meşə sahəsi vardı, orada düşmənin minamyot atəşinə düşdü... Bir təsəllimiz var ki, işğaldan azad olunmuş Vətənin səmasında
azad dolaşan ruhu şaddır!"
Rauf Əliyev
2020-ci il sentyabrın
30-da günorta saatlarında
şəhidlik zirvəsinə
ucalaraq, oktyabrın
1-də Şamaxı Şəhidlər
xiyabanında torpağa
tapşırıldı. Azərbaycan
Respublikası Prezidentinin
15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən
sonra "Vətən
uğrunda" medalı
ilə təltif olundu.
Qurban
MƏMMƏDOV
Azərbaycan.-2024.- 12 yanvar,
№ 5.- S.7.