Zəfərə
görə şəhidlərə
minnətdarıq
"Hər bir
şəhidin həyatı
təkrarolunmazdır, hər
bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün
faciədir, böyük
bir dərddir. Müharibə dövründə
Azərbaycan hərbçiləri
həm peşəkarlıq,
həm rəşadət,
cəsarət, qəhrəmanlıq,
eyni zamanda fədakarlıq göstərmişlər.
Şəhidlərimizin əziz
xatirəsi hər birimiz üçün müqəddəsdir".
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Dövlət başçısı
İlham Əliyev 20 illik prezidentlik dövründə daim şəhid ailələrinin,
müharibə əlillərinin
yanında olub. Ümumxalq məhəbbəti
qazanan İlham Əliyev hamı tərəfindən sevilir.
Prezident İlham Əliyevin şəhid ailələrinə olan diqqət və qayğısı vətənin
müdafiəçilərinə necə böyük önəm verdiyini bir daha göstərir.
Tez-tez şəhid
ailələri ilə
görüşən Prezident
İlham Əliyev çıxışlarında Vətənin
azadlığı uğrunda
canından keçən
oğulların döyüşlər
zamanı göstərdiyi
qəhrəmanlığı yüksək dəyərləndirir.
Şəhidlərdən, onların
nakam həyatlarından
danışarkən Prezident
kövrəlir, şəhid
ailələrinin ağrı-acılarını
bölüşür. Onların
kədərlərini yüngülləşdirməyə,
dərdlərinə şərik
olmağa çalışır.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin tapşırığına əsasən,
Vətən müharibəsində
şəhidlik zirvəsinə
ucalanların ailə üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi,
o cümlədən mənzil,
fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər görülür.
Şəhid ailələrinə
sosial qayğı təkcə mənzil və avtomobil təminatı ilə bitmir. Bu kateqoriyadan
olan insanların sağlamlıqlarının bərpası,
daimi iş yerləri ilə təminatı məsələsi
də dövlətimiz
üçün mühüm
əhəmiyyət kəsb
edir.
Dövlət başçısı
İlham Əliyev Vətən müharibəsinin
davam etdiyi günlərdə də şəhid ailələrini, qaziləri
tək qoymadı. Hospitallara, xəstəxanalara
gedib yaralılarla görüşdü, onların
qayğılarına qalmaq
üçün müvafiq
tapşırıqlar verdi.
Prezidentin şəhid
ailələri ilə
görüşləri, çıxışları
cəmiyyət tərəfindən
də böyük sevgi və rəğbətlə
qarşılanır. Prezident
İlham Əliyev şəhid ailələri
ilə görüşərkən
yurdumuzun azadlığı
uğrunda gedən döyüşlərdə böyük
qəhrəmanlıqlar göstərərək
canlarından keçmiş
oğulların fədakarlığını
yüksək dəyərləndirərək
demişdir: "Mən
yenə də deyirəm, ömrün əvvəli də, sonu da var,
heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında,
tarix və gələcək nəsillər
qarşısında böyük
xidmətdir. Şəhid
əbədi qalır,
əməyi və qəhrəmanlığı əvəzolunmazdır.
Çünki canını
fəda edir ki, torpaqlar azad
olunsun və ədalət bərpa olunsun, xalqımızın
ləyaqəti bərpa
olunsun. Çünki otuz il torpaqlarımız
işğal altında
qalıb və xalqımız mənəvi
əzablar çəkib".
Prezident İlham
Əliyev Vətən
üçün cəsur
övladlar böyütmüş
valideynlərə minnətdarlıq
edir, onlara dərin hörmətini bildirir.
Azərbaycan Prezidenti
İlham Əliyev bundan sonra da
şəhid ailələrinin
yanında olacaq, onlara daim diqqət
və qayğı göstərəcək. Tam
inamla deyə bilərik ki, bu gün cəmiyyətdə
böyük nüfuz sahibi olan, xalqın
böyük sevgisini qazanmış dövlət
başçısı fevral
ayının 7-də keçiriləcək
prezident seçkilərində
rəqiblərini arxada
qoyaraq qalib gələcək.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan/-2024.- 12 yanvar, № 5.- S.7.