Düşmən
Azərbaycan əsgərinin
gücünü gördü
Torpaq yolunda şəhid olanlar heç vaxt unudulmur, heç vaxt yaddan çıxmır.
Xalq belə cəsur oğul və qızlarını daim hörmətlə anır, ehtiramla xatırlayır. Əsgər
Kərimli Orxan Akif oğlu da 19 yaşında torpaqlarımızın azadlığı
uğrunda gedən döyüşlərdə şəhid
olub. Ürəyi Vətən eşqi ilə döyünən Orxan lap gənc
yaşlarından yurdunun
müdafiəsinə atılıb.
27 sentyabr 2020-ci ildə
erməni təxribatı
nəticəsində Vətən
müharibəsi başlayanda
Orxan Kərimli əsgər idi.
"N" hərbi hissəsində
xidmət edir, Vətən qarşısındakı
övladlıq borcunu ləyaqətlə yerinə
yetirirdi. Keçirilən
təlim-məşqlərdə fəal iştirak edir, hərbi bilik və döyüş
vərdişlərini böyük
həvəslə öyrənirdi.
Sentyabr ayının son günlərində erməni işğalçıları
yeni ərazilərimizi
zəbt etmək üçün qəflətən
mövqelərimiz üzərinə
hücuma keçdilər.
Orxanın xidmət etdiyi hərbi hissənin şəxsi heyətini də döyüşlərə cəlb
etdilər...
Kərimli Orxan
Akif oğlu 6 oktyabr 2001-ci ildə Göyçay rayonunda anadan olmuşdu. 2007-ci ilin sentyabrında şəhərdəki 7 nömrəli
məktəbdə oxumağa
başlamışdı. 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinə qəbul
olunmuşdu.
Birinci kursu bitirdikdən sonra Orxan Kərimli hərbi xidmətə çağırılmışdı.
"N" hərbi hissəsində
xidmətə başlamışdı.
Üç ay təlim keçib, hərbi biliklərə və silahların sirlərinə yiyələnmişdi.
Artilleriya qurğularının
sirlərini dərindən
öyrənmişdi. Bir
müddətdən sonra
Tovuz döyüşləri
başlamışdı. Hərbi
hissələrinə "həyəcan" çağırışı
verilsə də, şəxsi heyət döyüşə cəlb
olunmamışdı.
Orxangili döyüşlərə
44 günlük Vətən
müharibəsi başlayanda
cəlb etdilər. Onların hərbi hissələrinin zabit və əsgərləri Kəlbəcər istiqamətində,
Murovdağ uğrunda vuruşurdular. Müharibə
başlayan gündən
Orxan artilleriya qurğusundan düşmənlərin
başına od ələyirdi, qəsbkarlara
qan uddururdu. Hərbi vəzifəsi baş tuşlayıcı
olan O.Kərimli düşmən hədəflərini
dəqiq atəş zərbələri ilə
məhv edirdi. Əsgər yoldaşları
ilə bərabər dəfələrlə ölümlə
üzləşsələr də, mövqelərindən
bir addım da olsun geri
çəkilmədilər.
Müharibənin 12 günü
arxada qalmışdı.
Təəssüflər olsun
ki, qəsbkarların atdığı mərmilərdən
biri oktyabrın 9-da Orxangilin atəş mövqeyinin yaxınlığına
düşdü. Əsgər
O.Kərimli aldığı
qəlpə yarasından
şəhid oldu.
Həmin gün
onun evinin qapısını acı xəbər döydü. Əsgər Orxan Kərimli 19 yaşında
torpaqlarımızın azadlığı
uğrunda gedən döyüşlərdə canından
keçmişdi. Yaxınları,
doğmaları onu Göyçay şəhərinin
Şəhidlər xiyabanında
dəfn etdilər. Orxan həmin gündən yaddaşlara köçüb əbədilik
qazandı.
Döyüşlərdə göstərdiyi igidliyə
və cəsarətə
görə ölümündən
sonra əsgər Kərimli Orxan Akif oğlu Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamları
ilə "Cəsur döyüşçü", "Vətən uğrunda",
"Kəlbəcərin azad
olunmasına görə", "Qubadlının azad olunmasına görə"
medallarına layiq görüldü.
V.MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
12 yanvar, № 5.- S.7.