Şəhidin
övladı dünyaya
gəlmişdir
Ərazi bütövlüyümüzün
təmin olunmasında
öz canından keçən minlərlə
igid oğullarımızın
arasında Şikar Hüseynov da var.
O, keçən il
sentyabrın 19-da başlanan
lokal xarakterli antiterror tədbirləri zamanı yüksək peşəkarlıq və
şücaət göstərmiş,
öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına
həlak olmuşdur. Prezident İlham Əliyevin sərəncamı
ilə igid Azərbaycan oğlu "Vətən uğrunda"
medalı və
3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni
ilə təltif edilmişdir.
Bu günlər
şəhidin ailəsində
böyük sevinc yaşanır. Belə ki, qəhrəman şəhidin övladı
dünyaya gəlmişdir.
Goranboy rayonunda doğulan körpəyə
Mələk adı verilmişdir. Şəhid
övladının zəruri
xərclərini öz
üzərinə götürən
"YAŞAT" Fondu şəhidin
həyat yoldaşının
hesabına 1000, dünyaya
yeni göz açan körpənin adına isə depozit hesabı olaraq 5000 manat köçürmüşdür.
Sabir ƏLİYEV,
Azərbaycan.-2024.-
12 yanvar, № 5.- S.7.