Böyük qayıdışın mühüm mərhələsi başlayır

 

 

Bu il Qarabağ Şərqi Zəngəzur minlərlə əzəli sakinini qarşılayacaq

 

 

 

Azərbaycan xalqı 2023-cü ili tarixi qələbələr, böyük nailiyyətlər, bol uğurlarla  başa vurdu. Ərazi bütövlüyümüz tam təmin olundu, bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda dalğalandırıldı.

2023-cü il həm işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq zəfərləri, tarixi yurdlarımıza möhtəşəm qayıdış təntənəsi ilə yadda qaldı.

Qarabağ Şərqi Zəngəzura qayıdışı milli prioritetimiz kimi müəyyənləşdirən Prezident İlham Əliyevin əzmi, qətiyyəti iradəsinin nəticəsidir ki, onilliklər boyu düşmənin viran qoyduğu, bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə indi həyat qaynayır. Təkcə ötən il dörd yaşayış məntəqəmizə - Tərtərin Talış, Laçının Zabux kəndlərinə, eləcə Füzuli Laçın şəhərlərinə minlərlə insan qayıdış karvanları ilə dönüb.

Bütün bunlar həm onu göstərir ki, bu torpaqların əsl sahibləri qayıdıblar. Bu yerlərdə qurub-yaratmaq, xoşbəxt əbədi yaşamaq üçün...

 

 

 

Tarixi missiya

 

 

 

Prezident İlham Əliyevin şəxsi nəzarəti diqqəti  altında bu gün Qarabağ Şərqi Zəngəzurda çoxsaylı yaşayış məntəqəsi yenidən qurulur. Böyük infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir, "ağıllı kənd şəhərlər" salınır.

Çox qısa zamanda Qarabağ Şərqi Zəngəzurda iki beynəlxalq hava limanının - Füzuli Zəngilan Hava limanlarının  tikilərək istifadəyə verilməsi isə görülən işlərin möhtəşəmliyini bir daha nümayiş etdirir. Bir sözlə, dövlətimiz tərəfindən 10 min kvadratkilometr ərazidə böyük tikinti-quruculuq işləri aparılır. O cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Qarabağ Şərqi Zəngəzurda xalqımızın tarixi, dini, mədəni irsi müvəffəqiyyətlə bərpa olunur. İllərdən sonra müqəddəs məscidlərimizdən yenidən azan sədaları ucalır.    

Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərini Prezident İlham Əliyevin o bölgələrə həyata keçirdiyi mütəmadi səfərlər sayəsində daha aydın şəkildə görmüş oluruq. Əvvəlki iki ildə olduğu kimi, 2023-cü ildə dövlət başçısı İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birgə Qarabağ Şərqi Zəngəzura mütəmadi səfərlər etdi, görülən işlərlə yerində tanış oldu, yeni açılışlara, təməllərə imza atdı. May ayının 2-dən etibarən düz 10 gün ərzində dövlət başçısı əzəli yurdlarımızda - Ağdamda, Qubadlıda, Zəngilanda, Xocavənddə, Füzulidə, Hadrutda, Şuşada xeyli sosial obyektlərin açılışlarını etdi, yenilərinin bünövrələrini qoydu. Eyni zamanda il ərzində dəfələrlə işğaldan azad edilən ərazilərimizə yollanan dövlət başçısı ilin sonunda da bu xoş ənənəsini davam etdirdi. Doğum günü ərəfəsində İlham Əliyev Azərbaycan xalqını Xocalıdan, Xocavənddən, Şuşadan,  Ağdamdan, Xankəndidən salamladı. Dekabrın 24-də qurucu lider İlham Əliyev Ağdam rayonunda mühüm obyektlərin açılışlarını etməsi yeni bünövrələr qoyması ilə bir daha düşmənlərimizə göz dağı verdi, dostlarımıza sevinc ərməğan etdi.

 

 

 

Ötən il 2 şəhər 2 kənddə yenidən həyat başlayıb

 

 

 

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib.

Qarabağ Şərqi Zəngəzurda quruculuğa start verilməsindən ötən üç il müddətində dövlət büdcəmizin əsas prioritetlərindən biri milli hədəfimiz olan Böyük qayıdışa nail olunması istiqamətindədir. 

2020-2022-ci illər ərzində Qarabağ Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə əlaqədar dövlət büdcəsindən təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində Böyük qayıdış proqramının icrası üçün 5,3 milyard manat, gələn ilin büdcəsində isə Qarabağ Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Hazırda bu proqram böyük müvəffəqiyyətlə icra olunur görülən mühüm işlərin nəticəsidir ki, keçmiş məcburi köçkünlərimiz sürətlə dədə-baba torpaqlarına qayıdırlar.

2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinə sakinlərinin qaytarılması ilə Böyük qayıdışa uğurlu start verilib. Ötən ilin mart ayında, Novruz bayramı ərəfəsində isə Tərtərin Talış kəndinin sakinləri qayıdış sevincini yaşayıblar. Həmin zaman Talış kəndinə yollanaraq bayram tonqalını Qarabağda alovlandıran qalib lider İlham Əliyev bir daha dünyaya "Qarabağ Azərbaycandır!" mesajını çatdırdı.

2023-cü ilin mayında Laçın şəhərinin sakinləri doğma yurdlarına qovuşduruldular. Mayın 28-də - Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərin açarlarını onlara təqdim edərkən vurğuladı ki, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub sizin sərəncamınıza verilir: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

Avqustun 18-də Füzuli şəhərinə, 25-də isə Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb.

Bildirək ki, 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 408 ailə (1555 nəfər) Laçın şəhərinə, 380 ailə (1392 nəfər) Füzuli şəhərinə, 203 ailə (783 nəfər) Laçın rayonunun Zabux kəndinə qayıdıb. Ümumilikdə isə 1186 ailə - 4691 nəfər qayıdış köçü ilə yurduna qovuşub.

 

 

 

Bu il daha beş şəhərimizdə qayıdış təntənəsi yaşanacaq

 

 

 

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısının davam etdiriləcəyini bildirdi: "Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir".

"Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq" - deyən dövlət başçısı məlumat verdi ki, keçmiş məcburi köçkünlərin bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq: "Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin bərpasına artıq start veririk".

2026-cı ilin sonuna qədər hədəfimizin 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaq olduğunu söyləyən dövlət başçısı əminliklə bildirdi ki, biz buna da nail olacağıq.

Ötən il ərzində işğaldan azad edilən torpaqlarımızda Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti bərpa işləri, o cümlədən Qayıdış proqramının uğurla icra edilməsi onu göstərir ki, bu il Qarabağ Şərqi Zəngəzurda ardıcıl olaraq quruculuq qayıdış zəfərləri yaşayacağıq. 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 13 yanvar, ¹ 6.- S.1-4.