Paytaxtın
mərkəzi necə
dəyişəcək?
Bakı qədimliyi
və müasirliyi özündə birləşdirən
unikal məkandır. Bu günümüzə qədər qorunub saxlanılan qalaların, tarixi binaların, abidələrin ünvanı
olmaqla müasirliyin rəmzi sayılır paytaxtımız.
Şəhərimizi gəzərkən bunun aydın şəkildə
şahidi olmaq mümkündür. Mərkəzdə
XII əsrin yadigarı
olan Qız qalası, onun ətrafında İçərişəhərin
qədim küçələri,
digər tərəfdə
Xəzərin sahili boyunca uzanan müasir Dənizkənarı
Milli Park, başqa bir səmtdə isə modern memarlığı özündə
əks etdirən Alov qüllələri və s. Belə nümunələrin sayını
artırmaq da olar.
Xüsusi ilə
qeyd edilməlidir ki, Bakıda tarixi və mədəni abidələrin
qorunması, restavrasiyası,
şəhərimizin qədim
memarlıq nümunələrinin
qorunub saxlanması daim ölkə rəhbərliyinin diqqət
mərkəzindədir. Bunu
son illərdə yenidən bərpa edilən bir çox abidədən də görmək mümkündür.
Heydər Əliyev
Fondu indiyədək bu istiqamətdə çoxsaylı layihə həyata keçirib.
Bakının baş
planı çərçivəsində
gələcəkdə inşa
olunacaq və şəhərin memarlıq
simvolu rolunu oynayacaq binaların inkişafı üzrə
konsepsiya və prinsiplər müəyyən
edilib. Bu konsepsiya və prinsiplər sözügedən
binaların məqsədyönlü
inkişafını istiqamətləndirməyə,
onların ərazi üzrə düzgün şəkildə təşkili
yolu ilə mövcud bina və tikililərə özünəməxsusluq qatmağa,
Bakının müxtəlif
yerlərinə əlverişli
şəhər mühiti
qazandırmağa və
bu yönümlü layihələndirmə həllərinin
tarazlaşdırılmasına imkan verir. Bakının
baş planının
hazırlanması prosesində
şəhərin keçmiş
və hazırkı inkişaf dinamikası təhlil edilib.
Dənizkənarı ərazilər daha əlçatan olacaq
Sənəddə Bakının
Alov qüllələri,
Port Baku ərazisində
Aypara kompleksi və Heydər Əliyev Mərkəzi kimi memarlıq simvollarını tamamlayacaq
yeni binaların inşası üçün
bir sıra ərazilər də təklif olunur. Onlar arasında yeni mərkəzi parkın şərq hüdudundakı yamaclı
ərazilər, 28 May Mərkəzi Stansiyası
yer alır.
Ümumiyyətlə, Mərkəzi Bakının
dənizkənarı əraziləri
üzrə layihələndirmə
yanaşmalarının daha
da şaxələndirilməsi
nəzərdə tutulur.
Şəhərlə dənizkənarı
ərazilər arasında
daha yüksək əlçatanlığın təmin
edilməsi ilə çoxşaxəli funksionallığa
malik sahilyanı ərazilər sakinlər və qonaqların əsas istirahət yeri olmağa davam edəcək.
Baş plan çərçivəsində paytaxtda memarlıq abidələrinin və irsinin qorunmasına dair qaydaların, habelə ayrı-ayrı binalar və bina ansamblları üçün qiymətləndirmə
meyarlarının tətbiqinə
dair təkliflər müəyyən edilib. Bu baxımdan Bakının mərkəzi
hissəsinin şəhər
simasının qorunaraq
inkişaf etdirilməsi
üçün Bakının
mərkəzi planlaşdırma
rayonunun yaradılması
da təkliflər sırasındadır. Mərkəzi
planlaşdırma rayonu
paytaxtın bənzərsiz
və unikal ərazisini əhatə edir. Şəhərin spesifik planlaşdırma yanaşması onun tarixi inkişafına uyğun formalaşdırılıb.
Mühüm əhəmiyyətə
malik mərkəzi ərazinin, yəni şəhər nüvəsini
əhatə edən Bakının mərkəzi
planlaşdırma rayonunun
konkret sərhədləri
müəyyən edilib.
Şəhərin tarixi
simasına xələl
gətirməmək məqsədilə
mərkəzi planlaşdırma
rayonunun hüdudları
daxilində yerləşən
ərazilərdə aparılacaq
gələcək inkişaf
tədbirləri üzrə
müəyyən qaydaların
tətbiqi nəzərdə
tutulur.
Qeyd edilən rayonun ərazisinə İçərişəhər, onun mühafizə zonası, şəhərin
memarlıq abidələrinin
əksəriyyətinin yerləşdiyi
ərazi daxildir.
Bakının mərkəzi
planlaşdırma rayonu
tarixi bina və abidələrlə
müasir memarlığa
malik tikililərin ahəngi ilə səciyyələnir. Rayon
daxilində yeni inkişaf əraziləri
(nöqtəvi inkişaf
imkanları və ya köhnə sənaye əraziləri),
habelə mədəni
və tarixi irsin qorunması imkanları (konservasiya və ya bərpa)
şəhərin tarixi
simasının və
canlılığının qorunaraq həyata keçirilməsi baxımından
əsas rol oynayır. Bakının mərkəzi planlaşdırma
rayonunun yaradılmasında
məqsəd təklif
olunan ərazi üzrə konkret tikinti norma və
qaydalarının tətbiq
edilməsi ilə mərkəzi Bakının
özünün tarixi
hüdudları daxilində
ahəngdar inkişafının
təmin edilməsidir.
Bu ərazidə Bakının simasını
və mədəni irsini təcəssüm etdirən çoxlu sayda qeydiyyata alınmış abidələr
və tarixi binalar yerləşir.
Yeni şəhər
fasadı
Bakının dəniz
fasadı onu iki tərəfdən hüdudlayan iki müasir tikili - Alov qüllələri və Aypara kompleksi və mərkəzdə yerləşən,
qədim Bakının
ürəyi hesab edilən İçərişəhər
və Qız qalası ilə xarakterizə olunur. Alov qüllələri və Aypara kompleksinin arasında uzanan Dənizkənarı
Milli Parkın ərazisi bir-birindən müəyyən məsafədə
yerləşən tikililərlə
təmsil olunur. Bu tikililər dənizkənarı ərazilərin
ümumi fonunu formalaşdıran mərkəzi
planlaşdırma rayonunun
bir hissəsidir. Bakının baş planı çərçivəsində
bu ərazi ilə bağlı xüsusi təlimatların
tətbiqi yolu ilə şəhərin bu simasının qorunması nəzərdə
tutulur.
Bu mənzərənin
daha nəzərəçarpan
edilməsi üçün
baş plana əsasən, perspektivdə şəhərin
dənizkənarı ərazilərlə
əlaqəsinin gücləndirilməsi,
yəni yeni 28 May dəhlizinin formalaşdırılması mərkəzi
planlaşdırma rayonunun
şimal sərhədi
olaraq Qış parkının və əlamətdar binalar üçün iki sahənin (yeni Mərkəzi Park) müəyyən
edilməsi ilə onun şərq uzantısının inkişafı,
Mərkəzi Parkın
şərq hüdudunun
yamaclarında yeni əlamətdar binaların
inşası və 28
May stansiyasında meydan ərazisinin transformasiyası təklif
olunur. Bu yanaşma mərkəzi planlaşdırma rayonunun dörd künc nöqtəsini müəyyən
edəcək. Hər bir künc nöqtə
şəhərətrafı ərazilərdən mərkəzə
yaxınlaşma zamanı
mayak rolunu oynayacaq. Bakı göllərinin ətrafının
inkişafı baş
planın planlaşdırma
strategiyasının əsas
hədəflərindəndir. Bu istiqamətdə həyata keçiriləcək
tədbirlər Bakı
üçün yeni şəhər fasadının
yaradılmasını və
göl sahilləri boyu yeni çoxmərtəbəli
binaların inşası
imkanını təmin
edəcək.
Sənəddə tarixi
memarlıq irsinin qorunması məqsədilə
tarixçilər, memarlar,
sənətkarlar, şəhərsalma
və daşınmaz əmlak mütəxəssislərindən
ibarət ekspert komissiyasının təsis
olunması tövsiyə
olunur.
Komissiya sözügedən
ərazi daxilində müəyyən olunmuş
abidələrin yaxınlığında
və tarixi ərazilərdə aparılan
işlər zamanı
müvafiq qurumların
və sərmayədarların
məlumatlandırılması və istiqamətləndirilməsi
vəzifəsini yerinə
yetirəcək. Ekspertlər
maraqlı tərəflərin
ərazidə həyata
keçirilən və
ya keçirilməsi nəzərdə tutulan tədbirlərin potensial mənfi təsirləri barədə məlumatlandırıb,
alternativ planlaşdırma
həlləri müəyyən
etmək üçün
tarixi binaların yaxınlığında yeni
təklif olunan inkişaf təşəbbüsləri
ilə bağlı tövsiyələrin verilməsini
təmin etməlidirlər.
Ümumilikdə, Bakının
baş planı çərçivəsində 20 illik dövrdə şəhərin memarlıq
siması və tarixi irsinin qorunub saxlanması istiqamətində şəhərdaxili
və şəhərətrafı
mədəni landşaft
ərazilərinin mühafizə
zonalarını yaradılması
nəzərdə tutulur.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
13 yanvar, № 6.- S.1-4.