Azərbaycanda şəhid ailələrinin sosial təminatı daim dövlətin diqqətindədir

 

 

Bu sahədə ölkəmiz dünya miqyasında öz modelini ortaya qoyub

 

 

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə,  müharibə əlillərinə, qazilərə dövlət tərəfindən həmişə böyük diqqət qayğı göstərilir. Qarabağ müharibəsi əlillərinə, veteranlarına şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini birnömrəli vəzifə kimi qarşıya qoyub. Dövlət ölkənin müstəqilliyini, konstitusiya quruluşunu ərazi bütövlüyünü qoruyarkən şəhid qazilərə daim ehtiramlı yanaşır.

Ölkənin iqtisadi gücü, qüdrəti artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin məbləği artırılır. Bununla bağlı dövlət başçısı tərəfindən son illər bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən, şəhid ailələrinə, qazilərə əhalinin digər həssas qruplarına aid insanlara verilən təqaüdlərin həcmi artırılıb. Şəhid ailələri əlillərə mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır zərurət yarananda müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Qısa müddət ərzində bu insanlar xarici ölkələrdə müalicə olunaraq sağlamlıqlarını bərpa edirlər. Dövlətin bu təbəqəyə göstərdiyi qayğı diqqət cəmiyyətdə böyük rəğbətlə qarşılanır.

Prezident İlham Əliyev cari il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət qayğıdan da ətraflı bəhs edib. Jurnalistin bu mövzuda ünvanlandığı sualı cavablandıran Prezident deyib: "Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir".

Hərbçilər, qazilər şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət qayğısı ilə əhatə olunurlar. Onlar göstərilən bu qayğıdan həmişə razılıq edirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr uğurla həyata keçirilir. Onların üzləşdikləri problemlər həll olunur, diqqət qayğı göstərilir. Döyüşlər zamanı yaralanmış zabit əsgərlər yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələrinə, qazilərə əhalinin digər həssas qruplarına aid insanlara diqqət qayğının göstərilməsi, onların rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

Şəhid ailələrinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya müavinətlərin ödənilməsi vaxtlı-vaxtında təmin edilir. Sosial təminatlarının gücləndirilməsi məqsədilə müntəzəm olaraq onlara verilən müavinətlər artırılır.    Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu vacib məsələyə toxunaraq demişdir: "Eyni zamanda şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü bu protezlər ən son texnologiyadır. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər. Yəni bu, əsas faktorlardır. Əlbəttə ki, bu siyasət mənim bu kateqoriyadan olan insanlarla daim təmaslarım cəmiyyətə göndərilən çox ciddi siqnaldır. Görürəm ki, cəmiyyətdə bu kateqoriyadan olan insanlara xüsusi isti münasibət var".

Prezident İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibə zamanı dedikləri bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin müntəzəm olaraq gücləndirilməsi Azərbaycan dövlətinin sosial siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edən ölkəmiz zaman keçdikcə iqtisadi gücünü, hərbi qüdrətini, maliyyə imkanlarını daha da artıracaq, daha da inkişaf edəcək. Bütün bunlar dövlətimizin gələcəkdə sosial müdafiəyə ehtiyacı olan şəhid ailələrinin, əlillərin, qazilərin maddi mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına geniş imkanlar yaradacaq. 

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 13 yanvar, № 6.- S.1-9.