Paşinyan
Qərbə tam arxalana bilmir
Hayastanın müstəqilliyinin
formal olduğu məlumdur. Bunu bütün dünya bilir. Ölkədə indiyə qədər hakimiyyətdə olmuş
bütün siyasi qüvvələr öz fəaliyyətlərini xarici
diktələrlə razılaşdırıblar.
Ermənistanın baş
naziri Nikol Paşinyan isə hazırda hakimiyyətini qorumağının əsas
yolunu Qərbə sığınmaqda görür,
onun verdiyi vədlərə güvənir.
Hər halda Paşinyan hakimiyyətinin
nümayiş etdirdiyi
xarici siyasətlə konkret seçim etdiyi görünür, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə
israrlı davranmağa
çalışır.
"Armenianreport" portalı yazır ki, əslində, indiki siyasətlə Hayastanın başqa yolu da yoxdur.
Artıq 6 ilə yaxındır ki, Paşinyan iqtidarı yol ayrıcındadır. Görünən odur ki, onun hakimiyyəti
Qərblə əməkdaşlığa
doğru kurs tutub. Lakin o da qeyd edilir
ki, rəsmi İrəvan Rusiya ilə münasibətləri
kökündən nəzərdən
keçirmək və
müvafiq olaraq, Paşinyanın Sarkisyan hakimiyyətinə müxalifətdə
olduğu vaxt dəfələrlə gündəmə
gətirdiyi ölkəni
Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı
(KTMT) və Avrasiya İqtisadi İttifaqından
(Aİİ) çıxarmaq üçün güc tapa bilmir. Amma
artıq 6 ilə yaxındır ki, Paşinyan hakimiyyətdədir
və məsələnin
yekun həllinə, necə deyərlər, hələ də var. Bəs Paşinyan
niyə tələsmir?
Onun KTMT-dən gözləntiləri nədir?
Hayastanın İctimai
Televiziyasına müsahibəsində
Təhlükəsizlik Şurasının
katibi Armen Qriqoryan açıq şəkildə qeyd edib ki, Ermənistanın
KTMT-dən heç bir gözləntisi yoxdur. Öz fikirlərinə haqq qazandıran Qriqoryan qeyd edib: "Hayastan yardım üçün KTMT-yə
müraciət edəndə
heç bir adekvat cavab verilməyib.
Və zaman keçdikcə biz anladıq ki, bu baxımdan KTMT-dən heç nə gözləmək olmaz. Onlar bəyanat
verəndə, qiymət
verəndə Hayastanın
ərazi bütövlüyünü,
suverenliyini, sərhədlərini
nəzərə almırlar".
Qriqoryan eyni zamanda Hayastana hər hansı hərbi-texniki yardım təklif olunması ilə bağlı məlumatları təkzib
edib. Onun sözlərinə görə,
KTMT müşahidəçilərinin harada yerləşdirilməli
olduğu barədə
də dəqiq cavab yoxdur. Yəni
KTMT Hayastanın sərhədlərini,
ölkənin regiondakı
məsuliyyət zonasını
tanımırdı. Bu
isə Hayastan üçün ciddi problemdir.
Qeyd edilir ki, Paşinyanın ən yaxın adamlarından biri bildirib ki, Hayastana
KTMT lazım deyil. Üstəlik, ötən
ilin noyabrında həmin Qriqoryan Brüsseldə keçirilən
"Ermənistan-Avropa: Ermənistanın
strateji gələcəyi"
adlı konfransda İrəvanda həm Avropaya inteqrasiya ideyasını, həm də Avropaya inteqrasiya üçün
addımları müzakirə
etdiklərini bildirmişdi:
"Bəs onda bizim hakimiyyət orqanları niyə tərəddüd edir? Axı Rusiyanın himayəsi altında fəaliyyət göstərən
hərbi-siyasi bloka üzvlük Qərblə,
ilk növbədə
ABŞ və Fransa ilə hərbi-texniki və hərbi-siyasi əlaqələrin inkişaf
etdirilməsi baxımından
İrəvanın əl-qolunu
bağlayır".
Bildirilib ki, Hayastan ilyarımdır ki, KTMT təlimlərində
iştirak etmir və Paşinyan özü də təşkilatın sammitlərinə
getmir. Amma, əslində bu, heç nəyi dəyişmir. Qərb dövlətləri İrəvanın
Rusiya ilə eyni hərbi blokda olduğunu bilə-bilə Hayastanla sıx əməkdaşlıq
etməyəcəklər. Üstəlik,
Hayastan ərazisində
Rusiyanın hərbi bazaları və sərhədçiləri var
ki, bu da
ölkənin təhlükəsizliyi
nöqteyi-nəzərindən saatlı bombadır - nə vaxtsa Moskva onlardan xoşuna gəlməyən
Hayastan hakimiyyətinə
qarşı istifadə
etmək qərarına
gələcək: "Bu
o deməkdir ki, biz Rusiya ilə
onun hərbi qüvvələrinin ərazimizdə
olduğu bütün
müqavilələri denonsasiya
etməliyik. Amma bizim səlahiyyətli orqanlarımız hələ
bunu etməyiblər ki, bu da
suallar doğurmaya bilməz. Siz başa düşməlisiniz
ki, əgər Qərb dövlətləri
ilə yüksək səviyyədə hərbi,
siyasi, iqtisadi münasibətlərə ümid
edirsinizsə, xüsusən
də bu, Ermənistanın milli təhlükəsizliyi ilə
bağlı mülahizələrdən
irəli gəlirsə,
onda siz təcili olaraq ölkəni KTMT və
Aİİ-dən çıxarmalısınız".
Qriqoryanın sözlərindən
və Paşinyanın
hərəkətlərindən belə çıxır ki, Hayastan artıq
KTMT-dən heç nə gözləmir. Amma hakimiyyət bu bloku tərk
etməyə tələsmir.
Və buna görə də xoşagəlməz vəziyyət
o zaman yaranır ki, təhlükəsizlik məsələlərində ölkə
Moskvaya və KTMT-yə güvənmir, ancaq Qərbə də tam arxalana
bilmir. Çünki onlar yalan ifadələri
və iki stulda oturmaq cəhdlərini sevmirlər.
Göründüyü kimi, proseslər getdikcə daha maraqlı xarakter alır və Rusiya ilə Hayastan arasında vəziyyətin kəskinləşməsi
açıq şəkildə
müşahidə olunur.
Yəni artıq İrəvanda əsl anti-Rusiya ab-havası hökm sürür. İrəvan düşdüyü
vəziyyətə görə
bir çox xarici dövləti, o cümlədən əsas
müttəfiqi olan Rusiyanı ittiham edir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
13 yanvar, № 6.- S.1-10.