Füzuliyə həyat gəlir

 

 

Şəhərin su təchizatı sistemi layihəsinin birinci mərhələsi icra olunur

 

 

 

Ululardan üzübəri deyirlər ki, su həyatdır. Bu, doğrudan da belədir. Təbiətdə olan bütün canlıların inkişafı su ilə əlaqədar olduğu kimi, həyatımızın qalan təfərrüatı da sudan asılıdır. Elm onu da sübut edib ki, insan bədəninin 80 faizi, Yer kürəsinin isə üçdəiki hissəsi sudan ibarətdir. Normal şəraitdə sağlam insan orqanizminə  2-3 litr su daxil olur bir o qədəri xaric edilir. Buna görə insan  uzun müddət ac qalmağa dözsə , susuz qalmaq iqtidarında deyil.

Dünyanın bir sıra problemlərlə baş-başa qaldığı indiki zamanda içməli su ilə bağlı "dərdlər" bir yandan bəşəriyyətin başı üzərində "cövlan edir", insanın susuzluqdan əziyyət çəkmək ehtimalını artırır. Təəssüf ki, elm texnika inkişaf etdikcə, innovasiyalar  həyatın hər sahəsinə  daxil oduqca su mənbələri ilə bağlı planlar da bəzən "suya düşür". Bu gün su qıtlığı dünyanı təhdid edən qlobal problemlərdən biri hesab olunur. Su təchizatı hər bir ölkə üçün strateji əhəmiyyət daşıdığına görə bu sahənin mütəxəssisləri yorulmadan, usanmadan çalışırlar ki, su mənbələri azalmasın.  Yeni üsullar tapmaq,  ortaya yeni ideya fikirlər qoyub onları reallaşdırmaq hər bir dövlətin  görəcəyi vacib işlərdəndir. Bunun da yolu su təsərrüfatının  istismarı sahəsində müasir tələblərə cavab verən infrastrukturlar yaratmaqdan keçir.

Azərbaycanda bu illərdir həyata keçirilir. Bu, Prezident İlham Əliyevin meliorasiya su təsərrüfatının inkişafı ilə əlaqədar imzaladığı bir sıra sərəncamlarda əksini tapıb. Dövlət büdcəsindən mütəmadi olaraq ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılması üçün vəsaitlər ayrılaraq suvarma içməli su ilə bağlı problemlərin zamanında aradan qaldırılması, eləcə infrastrukturun yenilənməsi tədbirlərinin həyata keçirilməsinə nail olunur. Sevindirici haldır  ki, bu məsələdə  işğaldan azad olunan ərazilər xüsusilə diqqət mərkəzindədir. Qarabağ Şərqi Zəngəzurda su təchizatı, tullantı yağış sularının idarə olunması sistemlərinin yaradılmasına yönəlik texniki-iqtisadi  əsaslandırma ilkin layihə sənədləri hazırlanaraq işçi qruplarına verilir ki, nəzərdə tutulanlar yubanmadan həyata keçirilsin.

Məlum olduğu kimi, Prezident İlham Əliyev Füzuli şəhərinin təməlini 2023-cü il mayın 5-də qoyub. Elə həmin gündən şəhərin bərpası yenidən qurulması istiqamətində görülən işlər sırasında su təsərrüfatı ön sıradadır. Hazırda burada içməli su təchizatı, kanalizasiya yağış suları sistemlərinin  yaradılması layihəsinin birinci mərhələsi həyata keçirilir. Layihə Azərbaycan Dövlət Su Agentliyi tərəfindən icra olunur. Agentliyin verdiyi məlumata görə, layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. İlkin mərhələdə şəhərin xarici su təchizatı sistemlərinin mərkəzi anbarların tikintisi işləri həyata keçirilir. Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan mərkəzi su anbarları inşa edilir. Füzuli şəhərinin su mənbəyindən götürülən suyun şəhərə çatdırılmasını təmin etmək üçün 10,7 kilometr uzunluğunda magistral su kəmərinin inşası yekunlaşıb.

Füzuli şəhərini dayanıqlı keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə növbəti mərhələdə Gövşadlı kəndi yaxınlığında 15 subartezian quyusu qazılacaq. Bu mənbə hesabına Füzuli şəhəri ilə yanaşı, rayonun bir neçə kəndi içməli su ilə təmin olunacaq. Layihə çərçivəsində Füzuli şəhərində 103 kilometr içməli, 87 kilometr tullantı 100 kilometr yağış su şəbəkələri inşa ediləcək. Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Füzuli şəhərində yaradılan yeni infrastruktur "ağıllı su" sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək.

Bəlkə suyun bizə ana təbiət tərəfindən birbaşa, həm də kifayət qədər təqdim olunduğundandır ki, uzun zaman insanlar ona adi bir nemət kimi baxıblar. Ancaq elm sübut edib ki, su adi olduğu qədər də Tanrının mürəkkəb və möcüzəli nemətidir. İnsanlara bəxş edilmiş bu möcüzənin yoxa çıxmasına imkan vermək olmaz. Uzun illər erməni barbarlar  işğal  etdikləri  torpaqlarımızda içməli suya da qənim kəsildilər. Yəqin düşünüblər ki, törətdikləri vəhşiliklərin qanlı  izlərini su ilə "yuya" biləcəklər. Amma anlamayıblar ki, qanı su ilə yox, qanı qanla yuyanda onun izi, ləkəsi qalmır. 44 günlük Vətən savaşında bu izləri Azərbaycan Ordusu qanla yudu, Qarabağı  erməni ləkəsindən tamamilə təmizlədi. Bu gün Füzuli şəhərində su təchizatı ilə bağlı həyata keçirilənlər məhz Azərbaycan əsgərinin gördüyü işlərin məntiqi davamıdır.

Onu da deyək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi  zəfərdən bəri Füzulidə xeyli iş görüb.  Amma şəhərin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi tam icra olunmamışdı. Həmin işlər burada yaşayan əhalinin, dövlət və özəl sektora aid binaların, digər obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsindən ibarət idi. Agentliyin verdiyi məlumata görə,  deyilən tədbirlər çərçivəsində 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su kəməri inşa edilib. Şəhərdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məhsuldarlığı sutkada  600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu da quraşdırılıb.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 13 yanvar, ¹ 6.- S.1-11.