Ermənistanın
təklifi avantüradır
"Azərbaycan Zəngəzur
dəhlizinin açılması
ilə bağlı təklif irəli sürməklə Ermənistanın
suverenliyini təhdid etmir. Prezident İlham Əliyevin də vurğuladığı
kimi, Azərbaycandan Azərbaycana, yəni Naxçıvana keçiddə
heç bir yoxlama olmamalıdır. Belə olan halda, İrəvanın əsassız bəhanələrlə
öhdəliklərindən boyun qaçırmağa çalışması əsassızdır.
Ermənistanın həm
Naxçıvan, həm
də digər bölgələr arasında
quru sərhədlərin
olmaması ilə bağlı cəhdləri
heç bir nəticə verməyəcək".
Bunu "Azərbaycan"
qəzetinə açıqlamasında
Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat bildirib ki, Zəngəzur dəhlizi layihəsinin reallaşması məhz həmin quru sərhədin açılması
deməkdir: "Bu məsələ Ermənistanın
və ya digər dövlətlərin
arzu-istəklərinə görə
tənzimlənmir. Bu dəhliz dünya miqyaslı logistik daşınmalarda istər
region, istərsə də bir sıra
dünya dövlətləri
üçün mühüm
əhəmiyyət kəsb
edir. Ermənistan isə tənəzzülə
uğramış iqtisadiyyatını
vəziyyətdən çıxarmaq
üçün bu yolun açılmasında
xüsusilə maraqlı
olmalıdır. Ona görə də ermənilər bundan nəticə çıxarmalıdırlar".
Deputatın sözlərinə
görə, bir neçə gün əvvəl Türkiyə
tərəfi belə bir açıqlama yaydı ki, Zəngəzur dəhlizinin
açılması ilə
bağlı müsbət
siqnallar var. Artıq Ermənistan da dərk edir
ki, onlar yüklərini təkcə
İran və Gürcüstan
vasitəsilə deyil,
həmçinin Zəngəzur
dəhlizi ilə də Avropaya çatdırmaq imkanına
malik olarlar. Həm Türkiyə sərhədinin, həm də Zəngəzur dəhlizinin açılması
ermənilər üçün
yalnız müsbət
hal ola bilər.
Azərbaycan daim bunu dəstəklədiyinə
və bu istiqamətdə davamlı
cəhdlər göstərdiyinə
görə bu yol mütləq açılacaq.
Deputat Prezident İlham Əliyevin ermənilərin "sülh
qovşağı" təklifi
ilə bağlı səsləndirdiyi fikirlərə
diqqət çəkib:
"Dövlət başçısı
qeyd edib ki, Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli
Bəyanatının bir
müddəasını yerinə
yetirmir və faktiki olaraq öz öhdəliyinə
laqeyd yanaşır. Ona görə bunu pərdələmək,
eyni zamanda, "Zəngəzur dəhlizi"
sözünü sildirmək
üçün belə
bir təklif irəli sürmüşlər".
Arzu Nağıyevin
sözlərinə görə,
Azərbaycanın Zəngəzur
dəhlizi təklifi beynəlxalq təcrübəyə
əsaslanır. Azərbaycandan
Naxçıvana gedən
yüklər, eləcə
də vətəndaşlar
və avtonəqliyyat vasitələri hansısa
yoxlamalar olmadan, heç bir gömrük inzibatçılığına
cəlb edilmədən
sərbəst keçməlidir.
Həmçinin bu dəhlizin açılması
ən optimal variantdır. "Ermənistanın
təklif etdiyi "sülh qovşağı"
layihəsi isə yararsızdır və avantüradan başqa bir şey deyil.
Hər kəsə məlumdur ki, bu marşrut hava şəraiti və relyefə görə heç bir fayda verə
bilməz", - deyə
deputat bildirib.
N.QAFARZADƏ,
Azərbaycan.-2024.-
13 yanvar, № 6.- S.10.