Mədəni irs abidələrinə qarşı vandalizm aktı qəbuledilməzdir

 

Fransanın Evian şəhərinin sakinləri həmişə məmnuniyyətlə seyr etdikləri heykələ qarşı törədilmiş vandalizm aktından narazıdırlar. Onlar bildirirlər ki, cansız bir heykələ qarşı bu cür hərəkət qəbuledilməzdir başa düşülən deyil. XIX əsr Azərbaycan poeziyasının əsas simalarından olan, “Gül dəftəriillüstrasiyalı şeirlər albomu UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınmış, Qarabağ xanının nəvəsi Xurşidbanu Natəvanın Eviandakı heykəlinin vandalizm aktına məruz qalması yerli sakinləri şoka salıb.

AZƏRTAC-ın müxbiri hadisənin baş verdiyi Evianda olub, yerli sakinlərin fikirlərini öyrənib.

Yerli sakin Şambiyon Kolet bildirib: “Mədəni irs abidələrinə qarşı vandalizm aktı qəbuledilməzdir. Yayda burada oturanda bu heykəl gözlərə məmnuniyyət idi. Çox gözəl heykəldir. Təəssüf ki, bu heykəl vandalizm aktına məruz qalıb. Bunu törədənlər insanlıqdan uzaq olanlardır”.

Adının açıqlanmasını istəməyən digər sakin deyib ki, harada olmasından asılı olmayaraq, bütün mədəni irs abidələri qorunub saxlanılmalı insanlar onlara hörmətlə yanaşmalıdırlar. Mədəni irs abidələri birgə mədəniyyətimizi, xalqlar arasında körpünü əks etdirir. Mədəni irs olan heykəlin vandalizmə məruz qalması keçmişimizə, tariximizə qarşı olan vandalizm aktıdır. Bu qəbuledilməz bir hərəkətdir.

Evianda yaşayan Natali Moğel isə qeyd edib: “Bura sakit, insanların dincəldiyi bir məkandır. Bu axmaqlıqdır. Bu, bir mədəniyyət nümunəsidir, şairənin heykəlidir. Bu, siyasət deyil, mədəniyyətdir. Bunu hər kəs anlamalıdır”.

Adının çəkilməsini istəməyən digər sakin deyib ki, bu heykələ qarşı vandalizm aktı böyük qalmaqaldır. Heykələ qarşı bu münasibət nəyə xidmət edə bilər? Bu, millətçiliyin nümunəsidir. Xarici şairə olduğu üçün millətçilər belə bir akt törədə bilərlər. Fransada millətçilik irqçilik mövcuddur, son vaxtlar xaricilərə qarşı irqçi münasibətlər daha da artıb.

Heykələ qarşı belə vandalizm aktı qəbuledilməzdir. İnsanlar mədəniyyət abidələrinə hörmətlə yanaşmalıdırlar. Bu heykələ qarşı vandalizmi heç cür anlaya bilmirik. Bunu törədənlərin insan olmasına belə şübhə yaranır. Normal insan belə hərəkət etməz”, - deyə evianlı Rojeb Latfi bildirib.

 

 

Azərbaycan.-2024.- 13 yanvar, ¹ 6.- S.10.