"Dövlət-sahibkar
tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın
əsası" mövzusunda
keçirilən konfrans
iştirakçılarının Bəyanatı
Müasir Azərbaycanın
qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
sosial-iqtisadi inkişaf
strategiyasının Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
böyük müdriklik
və uzaqgörənliklə
davam etdirilməsi nəticəsində ölkəmizin
iqtisadi qüdrəti günbəgün artır,
etibarlı tərəfdaş
kimi nüfuzu güclənir.
Dünya birliyində
öz layiqli yerini tutan, dayanıqlı
və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan
dünyanın ən inkişaf etmiş ölkələrindən birinə
çevrilmək hədəfinə
doğru böyük inamla irəliləyir, əldə edilən uğurlarla tarix yazır. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük
Vətən müharibəsi
və lokal antiterror tədbirləri nəticəsində respublika
ərazisində separatizmə
birdəfəlik son qoyulması, torpaqlarımızın
işğaldan azad edilməsi, ölkəmizin
konstitusiya quruluşunun
tam bərpası ilə Azərbaycan inkişaf tarixinin yeni strateji mərhələsinə
başlamışdır.
Qlobal çağırışlar
fonunda ölkəmizdə
makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyat şaxələnir,
özəl bölmənin
inkişafı üçün
daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır. Həyata
keçirilən genişmiqyaslı
işlər nəticəsində
sahibkarlar ölkə iqtisadiyyatının aparıcı
qüvvəsinə çevrilmişdir.
Təsadüfi deyildir
ki, ölkəmizdə
reallaşdırılan islahatlar
beynəlxalq maliyyə
təşkilatları tərəfindən
də yüksək qiymətləndirilir.
Dövlət-sahibkar münasibətlərinin inkişaf
etdirilməsi, biznes fəaliyyətinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda
sahibkarlığın inkişafına
dövlət dəstəyi
mexanizmlərinin səmərəliliyinin
artırılması, tətbiq
olunan güzəştlər
və stimullar, işgüzar əlaqələrin
inkişafı istiqamətində
davam etdirilən məqsədyönlü tədbirlər
nəticəsində ölkə
iqtisadiyyatında qeyri-dövlət
sektorunun payı 86,5 faiz, məşğulluqda isə 78 faiz təşkil etmişdir.
Belə yüksək
nəticənin əldə
olunması bizləri qürurlandırır. Biznesin
təşviqi istiqamətində
həyata keçirilən
tədbirlər sahibkarlar
tərəfindən xüsusi
minnətdarlıqla vurğulanır.
Biznes nümayəndələri
dövlət-sahibkar əməkdaşlığının
əhatə dairəsinin
genişləndirilməsində dəstəyi daima hiss edir.
Azərbaycanda azad
bazar münasibətləri
və sağlam rəqabət mühiti özəl bölmə üçün əlverişli
imkanlar formalaşdırmışdır.
Bu imkanlar sayəsində Azərbaycanda
sahibkarlıq həm keyfiyyət, həm də kəmiyyət baxımından inkişaf
etməkdədir.
Dövlət dəstəyindən
ruhlanan Azərbaycan sahibkarları olaraq bütün qüvvələrimizi
səfərbər edərək,
tez bir zamanda
Qarabağımızın yenidən
dirçəldilməsinə və Böyük Qayıdışa öz töhfələrimizi verməkdən
qürur duyuruq.
Ölkə sahibkarları
Zati-aliləri İlham
Əliyevin rəhbərliyi
ilə həyata keçirilən sosial-iqtisadi
siyasəti dəstəkləyir,
bundan sonra da Azərbaycanın tərəqqisi naminə çağırışlara töhfə
verəcəklərini, iqtisadiyyatın
inkişafının təmin
olunması sahəsində
üzərlərinə düşən
vəzifələri dönmədən
həyata keçirəcəklərini
bəyan edirlər.
"Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın
əsası"
mövzusunda keçirilən
konfrans iştirakçıları
Bakı şəhəri,
12 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
13 yanvar, № 6.- S.5.