Dayaz
erməni millətçiliyinin
dərin fəsadları
Prezident İlham
Əliyev yerli telekanallara müsahibəsində
geriyə nəzər
salaraq Qarabağı Azərbaycandan ayırmağa
yönələn düşmən
təbliğatını bir
daha ifşa etdi, bunun dövlətimizin
parçalanmasına xidmət
etdiyini bildirdi. Dövlət başçısı
həmçinin dünyada
beynəlxalq hüququn
işləmədiyini bir
daha vurğuladı.
"Bu mexanizmlər
ancaq zəif ölkələr üçün
işə salınır.
Böyük dövlətlər
buna məhəl qoymur. Onlar üçün
sanki qanun qanun deyil, beynəlxalq
hüquq hüquq deyil. Belə olan halda, ədaləti
tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri
təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər
tutaraq son illər ərzində fəal işləmişik
və ədaləti özümüz bərpa etmişik", - deyən Azərbaycan Prezidenti müsahibəsində Ermənistan
ordusu üzərində
çalınan qələbəni
ədalətə inamın
bərpası kimi dəyərləndirdi. Bu ədalət beynəlxalq müstəvidə siyasi və diplomatik savaşın sayəsində
əldə olunmuşdur.
O vaxt Qarabağda yaradılmış Xüsusi
Komitə, ona
rəhbərlik edənlər
bütün addımları
və hərəkətləri
ilə Qarabağı
Azərbaycandan qoparıb
Ermənistana birləşdirmək
üçün dəridən-qabıqdan
çıxırdılar. Prezident
İlham Əliyev:
"Müxtəlif bəhanələr
altında - Ermənistanla
əməkdaşlıq, insanları,
cəmiyyətləri sülhə
hazırlamaq üçün
müxtəlif QHT-lər
vasitəsilə təmasların
yaradılması məhz
o məqsədi güdürdü
ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə
fərqli istiqamətdə
yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən
gənc nəsil vətənpərvər olsun,
heç vaxt bu ədalətsizliklə barışmasın və
əgər bizə nəsib olmazsa bu tarixi ədaləti
bərpa etmək, gələcək nəsillər
onu etməlidirlər".
Dövlət başçısının
dediklərini təsdiq
edən bir hadisəni xatırlatmaq istərdik. 2001-ci il idi. Bir sıra
beynəlxalq qurumların
təşkilatçılığı ilə Azərbaycandan və Ermənistandan Qarabağ müharibəsində
iştirak edən jurnalistlərin Tbilisidə
bir neçə günlük görüşü
təşkil olunmuşdu.
Görüşdə erməni
jurnalistləri özlərini
elə aparırdılar
ki, sanki müharibədən ziyan çəkən, əraziləri
işğal olunan tərəf biz yox, onlar idi.
Ermənilər aramsız
təkrar edirdilər ki, bu müharibə
heç kimə xeyir vermir, barışmaq,
sülhə gəlmək
lazımdır. Özü
də onlar bu "mövqe"lərini
miskin, zavallı, yazıq görkəmində
verirdilər və sanki dünyada onlardan miskin xalq yoxdur. Prezident
İlham Əliyevin sözügedən müsahibəsinə
qulaq asanda 23 il əvvəl ermənilərin niyə belə "yallı" getdikləri bir daha məlum olur. Sən demə, o zaman onların sülh istəyi sadəcə məkrli bir hiylə imiş. Aldıqlarını alıblar,
işğal etdiklərini
ediblər və indi onlar üçün
ən vacibi ələ keçirdikləri
torpaqlarda möhkəmlənmək,
bərkiməkdir. Buna
görə də onların "aciz"cəsinə
sülh iməkləmələri
daxildən gələn
istək yox, işğal siyasətindən
doğan hiyləgər
həmlə idi.
Tbilisidə biz
erməni jurnalistlərinə
onların nəyi anlamadıqlarını izah
etdik. Dedik ki, siz (keçmiş
- red.) Dağlıq Qarabağı geri qaytardığınız ərazi
kimi qiymətləndirirsiniz,
amma medalın digər üzündən
xəbəriniz yoxdur.
Anlamırsız ki,
sizin ələ
keçirdiyiniz torpaqların
hər qarışı
başda Şuşa olmaqla, bizim ruhumuzun, bədənimizin bir parçasıdır. Nə qədər ki bu torpaqlar
işğal altındadır,
bizim ruhumuz dincəlməyəcək, düşmən
tapdağı altında
inildəyəcək, bizə
rahatlıq verməyəcək
və bizi yaşamağa qoymayacaq. Sülhdən danışırsınız,
amma bunun üçün bizim geri qayıtmağımız,
torpaqlarımıza sahib
çıxmağımız vacibdir.
Bu sözlərdən
sonra ermənilər şoka düşmüşdülər.
Sanki onlar nəyin baş verdiyini və hansı torpaqları işğal etdiklərini indi anlayırdılar.
O tədbirdən 23 il
keçsə də, ermənilərin hiyləgər
davranışları, həyasızcasına
sülhün vacibliyindən
danışmaqları yadımızdan
çıxmır. 23 ildən
sonra Azərbaycan Prezidenti İlham Əliyev sözügedən
müsahibədə o illər
bu tipli bütün danışıqların
məğlubiyyətimizi əbədiləşdirmək
cəhdlərindən artıq
bir şey olmadığını xatırlatdı,
hətta möhtəşəm
qələbədən sonrakı
indiki dövrdə də bizi məkrli
düşmənlə ayıq-sayıq
davranmağa səslədi.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2024.-
13 yanvar, № 6.- S.9.