Yeni
strateji dövrün başlanğıcı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin yerli televiziyalara verdiyi geniş müsahibə
2024-cü ilin ilk günlərinin ən maraqlı yeniliklərindən
oldu. Müsahibənin
geniş formatının
həm ölkə, həm də dünya ictimaiyyətini maraqlandıran bir çox məqama təfərrüatlı aydınlıq
gətirməsi Azərbaycan
Prezidentinin mediaya açıqlıq, daxili və xarici auditoriya ilə sıx kommunikasiyalara sadiqlik ənənələrini
göstərdi. Belə
bir format Azərbaycan vətəndaşları
və dünya ilə ünsiyyətin unikal, eyni zamanda
son dərəcə effektiv formasıdır.
Bu gün müasir dünyamızın
ən parlaq liderlərindən olaraq dövlətimizin başçısı
İlham Əliyevin şəxsiyyətinə, onun
müxtəlif regional
və qlobal məsələlərə baxışlarına
dünyada çox böyük maraq var. Belə geniş müsahibələr
müxtəlif problemlərlə
bağlı Azərbaycan
Prezidentinin mövqeyini
öyrənməyə, baş
verən proseslərdən
düzgün nəticə
çıxarmağa, vəziyyətin
axarını doğru
dəyərləndirməyə geniş imkanlar yaradır.
Vətən müharibəsindəki
qələbəmizdən, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra
dövlət suverenliyimizin
tam bərpasına nail olduq. Hazırda
Ermənistanla sülh
razılaşmasının əldə olunması istiqamətində mühüm
işlər aparılır.
Azərbaycan vətəndaşları
və beynəlxalq ictimaiyyət sülh proseslərini təbii ki, həssaslıqla izləyir, bu barədə məlumatları
ən mötəbər
mənbədən əldə
etməyə çalışırlar.
Prezident İlham Əliyev də proseslərin indiki mərhələsinin imkan
verdiyi qədər ölkə ictimaiyyətini
və dünyanı bu barədə xəbərdar olmağa açıq saxlayır. Məlumat çatışmazlığının
hər hansı manipulyasiyalara, informasiya təxribatlarına gətirib
çıxarmasına imkan
vermir. Dövlət rəhbərimizin Vətən
müharibəsi günlərində
vətəndaşlarımıza müraciətləri, tvitləri,
beynəlxalq mediada müsahibələri formatında
kütlələrlə birbaşa
dialoqu indi də səmərəli formada davam edir.
Tarixi seçki
Hazırda Azərbaycan
dünya miqyasında müstəqil siyasəti,
beynəlxalq aləmdə
nüfuzu, regionda uğurlu fəaliyyəti ilə güclü olkələr sırasındadır.
İndi sülh danışıqları ilə
yanaşı, ölkəmiz
üçün ən
mühüm siyasi hadisə fevralın 7-də
keçiriləcək prezident
seçkisidir. Bu, Azərbaycanın milli dövlətçilik tarixi
üçün çox
mühüm əlamətdarlıq
kəsb edir. Bu seçki ilə dövlətçilik
tariximizdəki müəyyən
bir dövrə yekun vurulur və
gələcək inkişaf
baxımından çox
strateji bir mərhələ başlanır.
Azərbaycan Prezidenti də bu baxımdan
7 fevral seçkilərinin
tarixi qiymətini və izahını verdi. Sentyabrdakı antiterror əməliyyatı
ilə Azərbaycanın
öz dövlət suverenliyini bərpa etməsi, Xankəndidə
Dövlət bayrağımızın
ucaldılması həqiqətən
epoxal bir hadisədir. Azərbaycanın
çoxəsrlik tarixində
buna bənzər Zəfər qazanılmayıb.
Dövlət rəhbərimizin
də bəyan etdiyi kimi, bütün
amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin
çox olmasını
nəzərə alsaq,
bu, xalqımızın,
dövlətimizin ən
parlaq Qələbəsidir.
Prezident İlham Əliyev dedi: "Bu gün biz
2024-cü ilə suverenliyini
tam bərpa etmiş ölkə kimi, xalq kimi
başlayırıq. Hesab
edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən
sonra başlayır".
7 fevral prezident seçkisi də bu yeni dövrə,
yeni tarixi reallıqlara təsadüf
edir. Müstəqillik
tariximizdə ilk dəfə olaraq prezident seçkisi ərazi bütövlüyü
bərpa olunmuş Azərbaycanın hər yerində keçiriləcək.
Bütün ərazilərimizdə
seçki məntəqələri
yaradılacaq. Azərbaycan
vətəndaşlarının ölkənin hər yerində səsvermə hüququ təmin ediləcək.
Yeni dövr, yeni çağırışlar
Burada maraqlı
bir xronoloji dövr var ki,
dövlətimizin rəhbəri
müsahibəsində həmin
məqama da aydınlıq gətirdi.
2023-cü ilin oktyabrında
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20-ci ildönümü
tamamlandı. Bu, ötən 20 il ərzində tarixinin ən qüdrətli mərhələsinə gəlib
çatmış Azərbaycanın
milli dövlətçilik
tarixi üçün
son dərəcə mühüm xronoloji bir dövrdür. 20 ildən sonra yenidən Prezident seçkisinin keçirilməsi,
təbii ki, bu xronoloji dövrü
də əsaslandırmış
olur.
Son 20 ilin tarixi 2003-cü ilin oktyabrında Azərbaycan xalqının nə qədər doğru seçim etdiyini göstərir. Həmin il keçirilən prezident seçkisi müstəqil tariximizin ən həlledici məqamı idi. O məqamda ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmiş
oldu, xalq Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs verdi. Bir sözlə,
2003-cü ildə əsası
1993-cü ildə qoyulmuş
siyasətə bir daha dəstək verildi. Əgər tarix başqa istiqamətdə getsəydi,
xalqımızın, dövlətimizin
hansı bəlalar, faciələrlə üzləşə
biləcəyini təsəvvür
etmək çətin
deyildi. Müstəqilliyimizin
ilk iki ilinin
reallıqları əyani
şəkildə göstərdi
ki, güclü lider olmadan, düşünülmüş siyasət aparılmadan istənilən ölkə,
xüsusilə gənc
müstəqil dövlət
çox ciddi təhlükələrlə üzləşə
bilər.
Xalqımızın 20 il əvvəlki seçimi bugünkü Azərbaycanı, sözün
əsl mənasında,
dünya miqyasında güclü ölkələr
sırasına gətirib
çıxardı. Azərbaycan
həm beynəlxalq aləmdə, həm regionda, həm də daxili siyasət prioritetlərinin
düzgün seçilməsində
bir çox ölkə üçün
nümunədir. Azərbaycanın
müasir tarixinin yeni dövrü isə məhz sentyabrın 20-dən sonra
başlayır. "Sentyabra
qədər getdiyimiz yol məqsədyönlü
yol idi, məqsədə hesablanmış
yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər
ölkəmizdə gedən
proseslər nöqteyi-nəzərindən
bu hadisə bütün işlərimizin
son nidası idi" - Prezident İlham Əliyev müsahibəsində qeyd
etdi.
7 fevral prezident
seçkisindən sonrakı
illərin, təbii ki, özünəməxsus
çağırışları olacaq. Seçkidən sonrakı dövr bu baxımdan da əhəmiyyətli və maraqlıdır.
Məsələ burasındadır
ki, təxminən 33 illik müstəqillik tariximizdə və həmin tarixə qədərki bir neçə ildə Azərbaycanda əsas məsələ Qarabağ,
ölkəmizin ərazi
bütövlüyü ilə
bağlı olub. Cəmiyyət əsas milli ideya kimi
bu məsələyə
yönəlib. Ölkəmizin
ictimai-siyasi həyatı
bu mövzuya köklənib və onun üzərində qurulub. Dövlətimizin başçısı İlham
Əliyev də müsahibəsində qeyd
etdiyi kimi, bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya ətrafında,
bu amal ətrafında
birləşmişdi. Artıq
biz bunu əldə etmişik. İndi cəmiyyəti öz ətrafında səfərbər edəcək,
milli vəhdətimizi
daim qoruyacaq, bizi strateji hədəflərimizə
yönəldəcək yeni
milli ideyaya ehtiyac var. Bu,
təbii ki, çox böyük, əhatəli bir prosesdir və geniş müzakirələrinə
ehtiyac var. Cəmiyyətimizin gələcəyini
düşünən hər
bir insanın üzərinə bu məsələdə mühüm
missiya düşür.
Ona görə Azərbaycan Prezidenti haqlı olaraq müsahibəsində bu məsələni aktuallaşdırdı,
gələcək inkişafla
bağlı cəmiyyətdə
diskussiyaların aparılması,
siyasətçilərin, politoloqların,
elm adamlarının, ziyalıların bu prosesdə fəal iştirakı zərurətini
diqqətə çatdırdı.
Prezident İlham Əliyev bəyan etdi ki, yeni
dövrün yeni hədəfləri olmalıdır.
Biz yeni dövrə köhnə hədəflərlə gedə
bilmərik, çünki
o hədəflər artıq
əldə edildi. Biz nə etmişiksə,
etmişik, xalq da bunu qiymətləndirir
və qiymətləndirəcək.
Azərbaycan Prezidenti belə bir mövqeyi
bölüşdü ki,
tarixi Zəfəri bundan sonra daim
istismar etmək düzgün olmaz. Bu, birincisi, siyasi nöqteyi-nəzərdən
düzgün olmaz. İkincisi, cəmiyyətdə
elə bir sakitləşmə ovqatı
da yaradılmamalıdır:
"Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət dediyimiz bu məsələlərlə
bitməyəcək, bundan
sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik.
Bizim Zəfərimizin
bəzi ölkələr
üçün fəsadları
onlara çox baha başa gəlib… Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli
məsələ deyil.
Bu, bir növ
beynəlxalq gündəliyin
əsas məsələlərinin
birinə çevrilibdir".
Ədalətin Zəfəri
Prezident İlham
Əliyevin gələcəyə
strateji baxışına
görə, Azərbaycana
qarşı ənənəvi
mənbələrdən gələn
mənfi münasibət
bundan sonra da dayanmayacaq. Elə bəzi ölkələrin Ermənistanı
silahlandırmaq cəhdləri
də ölkəmizi daim təzyiq altında saxlamaq məqsədini daşıyır.
Bu, Azərbaycanı bundan sonra da
rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada Fransa
yenə ön plandadır. Dövlət rəhbərimiz bəyan etdi ki, Fransanın
siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Bu gün Ermənistanı
silahlandıran, onlara ürək-dirək verən,
hərbçilərini hazırlayan
və növbəti müharibəyə hazırlayan
ölkə Fransadır.
Ona görə biz heç vaxt sakitləşməməliyik.
Bu məqamları nəzərə alaraq Azərbaycan dövləti
tarixi Zəfərimizdən
sonra da müdafiə məsələlərinə
yenə böyük diqqət ayırır. Bu il müdafiə
sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən
azı bir milyard manat investisiya
qoyulacaq. Yeni silahlı birləşmələr,
yeni texnika, sursatlar, ən müasir avadanlıqlar antiterror əməliyyatında
çox önəmli
rol oynayıb. Azərbaycan dövləti
bundan sonra da özünü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcək.
Eyni zamanda bizə qarşı qanlı müharibə aparmış, vandallıqlar
etmiş, Xocalı soyqırımını törətmiş,
şəhərlərimizi, kəndlərimizi dağıtmış
canilərin bu əməlləri də unudulmayacaq, onların ədalət mühakiməsi
qarşısında öz
cinayətlərinə görə
layiqli cəzalarına
çatmaları təmin
olunacaq. Dövlət rəhbərimiz onlardan bir neçəsinin artıq həbs edildiyini, aralarında Qarabağda olmuş bütün dırnaqarası
keçmiş liderlərin,
ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası
baş nazirin və digərlərinin olduğunu, təkcə o qruplaşmada iki nəfərin çatışmadığını,
onların İrəvanda
olduqlarını, onlar
da olsa, onda tam heyətin
formalaşacağını diqqətə çatdırdı
və vurğuladı
ki, bu, ədalətin
Zəfəridir.
Zəngəzur dəhlizi
açılmalıdır
Dövlət rəhbərimiz
müsahibəsində hazırda
Ermənistanla aparılan
sülh danışıqlarının
bəzi təfərrüatlarına
da toxundu. Prezidentin mövqeyindən
belə aydınlaşdı
ki, sülh üçün zəmanətçilər
istəyən Ermənistandan
fərqli olaraq Azərbaycan bununla bağlı heç bir zəmanətçiyə
ehtiyac duymur və sülhün ikitərəfli formatda imzalanmasının tərtəfdarıdır.
"Mən ümumiyyətlə,
istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri
geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə
arasındakı məsələmizdir,
özümüz də
bunu həll etməliyik. Əgər razılığa gəlsək,
sülh müqaviləsi
imzalanacaq…" - dövlətimizin
başçısı xüsusi
qeyd etdi.
Azərbaycan Prezidenti
iki ölkə arasında sərhədlərin
müəyyənləşdirilməsi ilə bağlı xəritələr məsələsinə
də aydınlıq gətirdi. Tarixi reallıqlara istinadən həm ölkə, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırdı
ki, hazırda Ermənistanın paytaxtı
olan İrəvan şəhəri 1918-ci ildə,
sovetləşmədən sonra
isə Qərbi Zəngəzurun böyük
bir hissəsi Ermənistana verilib. Sovet illərində də bu proses
davam edib və Azərbaycan ərazisindən Ermənistana
sonuncu torpaq hədiyyəsi 1969-cu ilin mayında edilib. Məhz buna görə Ermənistan və onun havadarları
sərhədlərin müəyyənləşdirilməsi
üçün ötən
əsrin 70-ci illərinin
xəritələrini əsas
götürmək istəyirlər.
Azərbaycan isə bununla razılaşa bilməz. Prezident İlham Əliyevin bəyan etdiyi bu mövqe dövlətimizin
bu məsələdə
də haqq-ədalətə
sadiq qaldığını,
məsələlərin hər
iki tərəf üçün ən ədalətli şəkildə
həllinə çalışdığını
və bu mövqeyindən geri çəkilməyəcəyini göstərir. "Əgər
biz xronoloji metodologiyaya üstünlük
versək, onda gəlin baxaq, XX əsrin əvvəlində
xəritələr nə
idi, gəlin bu xəritələr üzərində işimizi
quraq. Yəni siz 1960-cı, 1950-ci, 1940-cı illəri
kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız
artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini
əsas götürmək
istəyən təkcə
Ermənistan deyil, onun yəni "Ermənistan plyus" qruplaşmasıdır və
biz buna heç vaxt razılıq verə bilmərik", - deyə Azərbaycan Prezidenti qəti şəkildə bəyan etdi.
Dövlət rəhbərimiz
Zəngəzur dəhlizi
ilə bağlı məsələlər üzrə
də fikirlərini bölüşərək qeyd
etdi ki, Azərbaycanın bununla bağlı irəli sürdüyü təklif
qətiyyən Ermənistanın
suverenliyinə təhdid
deyil, sadəcə, bu öhdəlikdən boyun qaçıran erməni tərəfi əsassız bəhanələr
gətirir. Azərbaycanın
təklifi beynəlxalq
təcrübəyə əsaslanır,
Azərbaycandan Azərbaycana
(Naxçıvana) gedən
yüklər, vətəndaşlar
və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük
inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidir.
Digər ölkələrə
gedən yüklərə
görə isə gömrük rüsumları
ödənilməlidir. Ermənistanın
alternativ olaraq irəli sürdüyü layihəyə
gəlincə isə bu marşrut hava şəraiti və relyefə görə yararsızdır.
Ən düzgün variant Azərbaycanın təklifidir. Əgər Zəngəzur dəhlizi açılmasa, Azərbaycan
Ermənistanla heç
bir başqa yerdə sərhədimizi bərpa etmək fikrində deyil.
Azərbaycan beynəlxalq
miqyasda xüsusi rola malik olacaq
Ali Baş Komandan Ermənistana və onun arxasında
duranlara, bu ölkəni silahlandıranlara
açıq mesaj verdi ki, Azərbaycana
qarşı hər hansı bir təhlükə mənbəyi
olarsa, dərhal məhv ediləcək. Azərbaycan Prezidenti Ermənistanın
dünyadakı əsas
havadarlarından olan Fransada Natəvanın heykəlinin təhqir edilməsinə də münasibət buldirdi və bunu vandalizm
aktı kimi dəyərləndirdi. "Burada
onlar praktik olaraq ermənilərdən
az fərqlənirlər.
Çünki ermənilər
Natəvanın Ağdamdakı
məzarını qazıblar,
heykəlini məhv ediblər". Ermənilərin
təxminən 30 il ərzində vandalcasına
dağıdıb talan
etdiklərini Azərbaycan
bu gün öz imkanları hesabına bərpa edir. Dağıdılmış
yurdlarımızı yenidən
qurur. İllərlə
doğma yerlərinin həsrətini çəkən
məcburi köçkünlər
öz yurdlarına qayıdır. Prezident bəyan etdi ki, 2024-cü ildə daha 5 şəhərə
- Şuşaya, Xankəndiyə,
Xocalıya, Kəlbəcərə,
Cəbrayıla keçmiş
məcburi köçkünlər
qaytarılacaq. Dövlətimizin
başçısı azad
olunmuş ərazilərdə
aparılan tikinti və bərpa işlərində, infrastruktur
layihələrində özəl
sektoru da fəal olmağa çağırdı.
Müsahibə zamanı
verilən müvafiq suala cavab olaraq
dövlətimizin başçısının "Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər
bizim yanımızda idi və Azərbaycana
verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu,
sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə
qarışmaq istəyənlərə
bir ciddi mesaj idi ki,
kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır…"
fikri isə Azərbaycan və Türkiyə qardaşlığının,
həmçinin iki ölkənin liderləri arasındakı dostluq münasibətlərinin ifadəsidir.
2024-cü il Azərbaycan
üçün daha bir mühüm məqamla əlamətdardır.
Məlum olduğu kimi, BMT-nin İqlim
Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına - COP29 tədbirinə
bu il ölkəmiz
evsahibliyi edəcək.
Azərbaycan COP29-un prezidenti
kimi beynəlxalq miqyasda xüsusi rola malik olacaq.
Dünyanın bir nömrəli beynəlxalq
tədbirinin Azərbaycana
həvalə edilməsi
ölkəmizin bütün
dünyadakı nüfuzunun
göstəricisidir.
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
14 yanvar, ¹ 7.- S.3.