Azərbaycanı yeni hədəflərə
doğru aparan Lider
"Prezident İlham Əliyev Azərbaycan televiziyalarına
müsahibəsində bütün
məsələlərə aydınlıq gətirdi, eləcə də ölkəmizə qarşı
düşmənçilik siyasəti
həyata keçirən,
təxribatlar törədən
və qərəzli mövqe tutan dövlətlərə, xüsusən
Ermənistan və ona havadarlıq edən Fransaya önəmli mesajlar ünvanladı. Hər ötən gün bir daha əmin
oluruq ki, 2003-cü ildə
xalqımız ölkəmizin
gələcək inkişafı,
müstəqil Azərbaycanın
güclü dövlətə
çevrilməsi üçün
düzgün seçim
edərək İlham Əliyevi
Azərbaycan Respublikasının
Prezidenti seçdi".
Bu sözləri "Azərbaycan"
qəzetinə açıqlamasında
Milli Məclisin deputatı
Kamilə Əliyeva deyib. Deputat bildirib ki,
Azərbaycan xalqı hər zaman Ümummilli Lider Heydər
Əliyevin siyasi kursunun davam etdirilməsinə səs verib. Son
20 ildə Prezident İlham Əliyev Ulu Öndər Heydər
Əliyevin siyasi və iqtisadi siyasətini inkişaf etdirərək
Azərbaycanı dünyada güclü ölkələr
sırasına yüksəldib. Dövlət
başçısının 20 illik siyasəti Azərbaycanın
20 sentyabr qələbəsi, suverenliyimizin tam bərpa
olunması ilə nəticələndi. Məhz sentyabrın
20-dən sonra müasir tariximizin yeni dövrü
başladı.
Kamilə
Əliyeva qeyd edib ki, ikili standartların hökm
sürdüyü, beynəlxalq hüququn işləmədiyi
müasir dünyada güclü dövlət yaratmaq və onu
inkişaf etdirmək heç də asan deyil: "Prezident
İlham Əliyevin qətiyyətli və güclü siyasi
iradəsi, diplomatik bacarığı, müdrik siyasəti nəticəsində
isə Azərbaycan qısa müddətdə qüdrətli
dövlətə çevrildi. Otuz ilə yaxın
işğal altında qalan torpaqlarımızı
dünyanın güclü orduları sırasında yer alan
Azərbaycan Silahlı Qüvvələri 44 günün
içində işğaldan azad etdi. 2023-cü il aprelin 23-də
Laçın sərhəd- buraxılış məntəqəsinin
yaradılması, sentyabrın 19-da həyata keçirilmiş
antiterror tədbirlərinin uğurla başa
çatdırılması ilə Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi tam bərpa olundu.
Xocalıda Azərbaycan bayrağının ucaldılması,
Xocalı qurbanlarının qisasının
alındığı gün oldu. Prezident İlham Əliyevin
Xankəndidə Azərbaycan bayrağını
dalğalandırması Zəfərimizin zirvə nöqtəsi
idi".
Deputatın
sözlərinə görə, Prezident müsahibəsində
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
bağlanması istiqamətində görülən işlər
barədə də məlumat verdi: "Vətən müharibəsində
Azərbaycanın qələbəsindən sonra dövlət
başçısı Ermənistan rəhbərliyinə
sülh müqaviləsinin bağlanması üçün
beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipdən ibarət təklif ünvanladı. Ermənistan
rəhbərliyi isə əsassız bəhanələr gətirərək
sülh sazişinin imzalanmasına maneələr törədir.
Qərbdəki bəzi dövlətlərin, xüsusən də
Fransanın təsiri altında olan Paşinyan özündə
cürət tapıb sərbəst siyasət yürüdə
bilmir. Dövlətimizin başçısı dəfələrlə
bəyan edib ki, sülh müqaviləsinin bağlanması
istiqamətində danışıqların iki ölkə
arasında aparılması sülhün bərpasını
tezləşdirə bilər".
Kamilə
Əliyeva onu da deyib ki, sərhədlərin delimitasiyası
prosesində və iki ölkə arasında nəqliyyatın,
kommunikasiyaların açılmasında Ermənistan üzərinə
düşən öhdəlikləri yerinə yetirmir:
"Artıq 3 ildir Ermənistan Orta dəhlizin bir hissəsi
olan Zəngəzur dəhlizinin açılmasına mane
olur. Zəngəzur dəhlizi Azərbaycanın
əsas hissəsini Naxçıvanla birləşdirən yol
olmaqla yanaşı, Avropa ilə Asiya arasında iqtisadi cəhətdən
ən səmərəli və qısa marşrut xəttidir.
Əslində, bu, Azərbaycandan çox Ermənistan
üçün həyati əhəmiyyətli marşrutdur.
Deputat əlavə
edib ki, Azərbaycan İranla bu ölkənin ərazisindən
keçməklə Naxçıvana dəmir və avtomobil
yollarının çəkilməsi barədə
razılığa gəlib, artıq bu istiqamətdə
işlərə başlanılıb. Bu yol həm də
"Şimal-Cənub" marşrut xəttinin inkişaf etməsinə
səbəb olacaq. Ermənistan yenə də dalanda qalacaq. Ermənistan
rəhbərliyi anlamalıdır ki, gələcəkdə
siyasi və iqtisadi cəhətdən inkişaf etmələri
üçün Azərbaycanla səmimi qonşuluq əlaqələri
qurmalı, nəqliyyat dəhlizlərinin açılması
üçün işlər görməlidirlər. Azərbaycanın
irəli sürdüyü təkliflər beynəlxalq
hüquqa əsaslanır və bölgədə
sülhün, ədalətin bərpasına xidmət edir. Ermənistan
rəhbərliyi isə bəzi ölkələr, xüsusən
Fransanın diktəsi ilə hərəkət edir.
Fransanın tarixboyu müstəmləkəçilik
siyasəti həyata keçirdiyini bildirən deputat qeyd edib:
"Fransa illərboyu Afrika və Şərqi Asiya dövlətlərinə,
dənizaşırı bölgədə yerləşən
xalqlara qarşı talançılıq və
soyqırımı siyasəti yürüdüb. Ermənistan
torpaqlarımızı işğal altında saxlayan zaman
Fransa hər zaman bu dövlətə və onun
işğalçılıq siyasətinə dəstək
verib. Vətən müharibəsində şanlı qələbəmizdən
sonra ölkəmizə qarşı düşmənçilik
siyasətini daha da genişləndirib. Makron administrasiyası və
Fransa Senatı ölkəmizə qarşı təxribat və
qərəz dolu bəyanatlar səsləndirməyə
başlayıblar. Bəzi hallarda Azərbaycana qarşı hədələrlə dolu bəyanatlar səsləndirirlər.
Fransa düşünürdü ki, zəif, gücsüz
dövlətlərə qarşı həyata keçirdiyi bu
siyasəti Azərbaycanda da həyata keçirə biləcək
və ölkəmiz onların diktəsi ilə hərəkət
edəcək. Makron anlamadı ki, qarşısındakı
qüdrətli Azərbaycan dövlətidir və bu dövlətin
İlham Əliyev kimi güclü lideri, mahir diplomatı, beynəlxalq
hüququ mükəmməl bilən, milli və dövlət
maraqlarını uca tutan Prezidenti var".
Kamilə
Əliyeva vurğulayıb ki, Prezident İlham Əliyev
bütün beynəlxalq tədbirlərdə Fransanın
müstəmləkəçi siyasəti aparan dövlət
olmasını açıq şəkildə dünyaya bəyan
edir. Halbuki Prezidentimizdən başqa, heç bir dövlət
başçısı Fransanın müstəmləkə
siyasəti həyata keçirməsi barədə həqiqəti
heç vaxt səsləndirməmişdi. Prezident
İlham
Əliyev tərəfindən yaradılmış Bakı Təşəbbüs
Qrupu dünyada özünü demokratiyanın beşiyi
adlandıran Fransanın əsl simasını bütün
dünyaya nümayiş etdirir. Təşəbbüs qrupuna
üzv ölkələrdə Fransaya qarşı böyük
etirazlar baş qaldırıb. Bütün sahələrdə
Azərbaycana uduzan Makron hakimiyyəti mədəni irsimizə
qarşı cılız və iyrənc siyasət həyata
keçirir. Fransanın Evian-Le-Ben şəhərində Natəvanın
heykəlinə qırmızı boya atılması və onun
üzərinin örtülməsi Makron hakimiyyətinin nə
qədər cılız və aciz olduğunun göstəricisidir".
Növbədənkənar
prezident seçkiləri ilə bağlı Kamilə
Əliyeva qeyd edib ki, budəfəki seçkilər Azərbaycanın
bütün ərazilərində keçiriləcəyinə
görə xüsusi əhəmiyyət kəsb edir. Digər
tərəfdən, torpaqlarımız artıq işğaldan
azad edilib, ərazi bütövlüyümüz və
suverenliyimiz tam bərpa edilib. Artıq yeni hədəflərə
doğru irəliləmək zamanıdır.
Nəzrin
QAFARZADƏ,
Azərbaycan.-2024.-
14 yanvar, № 7.- S.3.