Azərbaycan Fransanın məkrli planlarını iflasa uğradır

 

 

"Fransanın tarixən Azərbaycana, ümumilikdə türk dünyasına qərəzli münasibəti hər kəsə məlumdur. Bu, əsasən Fransada uzun illərdir kök salmış ermənilərlə, eləcə mafiyalaşmış qurumların dövlət idarəetməsinə sirayət etməsi ilə bağlıdır. Bu faktorlar Fransanın ədalətsiz siyasətinin daha kəskin olmasına gətirib çıxarıb. Fransızları zəhərləyən islamofobiya türkofobiya da Parisin bugünkü anti-Azərbaycançı mövqeyinin əsas səbəblərindəndir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, əvvəlki dövrlərdə Fransa çirkin niyyətlərini açıq-aşkar yox, gizli şəkildə büruzə verirdi. Makron hakimiyyəti dövründə isə onların əcaib siyasəti, fobiya xəstəliyi bütün cəmiyyətə sıçradı özünü açıq-aydın göstərməyə başladı. Onlar Azərbaycanın Vətən müharibəsindəki sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlardakı qələbələrini həzm edə bilmirlər. Bundan başqa, Azərbaycan Türkiyənin qardaşlığı, monolit birliyi Fransanı daha çox qıcıqlandırır.

Vüqar İskəndərov əlavə edib ki, zəfərlərimizi həzm edə bilməyən, hər vəchlə Cənubi Qafqazda möhkəmlənməyə çalışan Fransa rəhbərliyi davamlı olaraq öz siyasi gedişlərində səhvlərə yol verir: "Rəsmi Paris Azərbaycanla bağlı digər dövlətlərə, qurumlara dəfələrlə şikayət edir. Ermənistana silah verməklə onu yeni müharibələrə hazırlaşdırır. Bütün bunların fonunda isə dövlətimiz hər zaman uğurlu gedişləri ilə yadda qalır. Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, mahiyyətcə Fransadan böyük olduğunu sübuta yetirir".

Prezident İlham Əliyevin Fransanın kolonist siyasətini ifşa etdiyini vurğulayan deputat əlavə edib: "Dövlət başçısı qətiyyətli şəkildə Fransanın gözünün içinə baxaraq onun çirkin niyyətlərini əməllərini ifşa edib. Törətdikləri cinayət əməllərinə görə onları üzr istəməyə çağırıb. Prezident İlham Əliyev belə qətiyyətli davranışı ilə Fransanı, sözün əsl mənasında, mat edib. Lakin Fransa özünə gəlmir, yersiz davranışlar sərgiləyir, ədalətsiz siyasət yürüdür. Paris absurd qərarlar, əsassız bəyanatlar qəbul edir, əhəmiyyətsiz kağız parçalarına məna yükləyir.  Unudur ki, bütün bunlar Fransanın həm daxili, həm qlobal nüfuzuna çox böyük zərbə vurur. Bunun nəticəsidir ki, Makronun reytinqi az qala sıfıra yaxınlaşıb".

Vüqar İskəndərov onu da söyləyib ki, Fransanın müxalif partiyaları, eləcə sıravi vətəndaşları ölkənin dünyada hörmətinin indiki qədər az olduğunu heç vaxt görmədiklərini söyləyirlər. Bu fakt özü Makron siyasətinin yarıtmazlığının göstəricisidir. Fransa açıq-aydın müstəmləkəçilik siyasəti yürüdür, ölkəmizə qarşı  düşmənçilik edir. Absurd hərəkətləri ilə, Ermənistanı silahlandırmaq cəhdləri ilə odun üstünə benzin tökür.

Deputat vurğulayıb ki, Fransa belə çirkin əməllərindən çəkinməli, doğru, düzgün rasional siyasət həyata keçirməklə Cənubi Qafqaza daimi sülhün gəlməsinə yardım etməlidir: "Ya da, ümumiyyətlə, bu məsələlərdən geri çəkilməlidir. Azərbaycan sülh məsələsinin həll olunmasında səmimi təkliflərə "yox" demir. Lakin daxili işlərimizə qarışmağa çalışanlar, Cənubi Qafqazla bağlı özlərinə aid olmayan məsələlərə burunlarını soxmağa cəhd edənlər qarşılarında güclü Azərbaycanı, qətiyyətli Azərbaycan Prezidentini görəcəklər. Ona görə Fransa xarici siyasətinə Azərbaycanla bağlı davranışlarına diqqətli yanaşmalı, səhvlərindən nəticə çıxarmalıdır".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 14 yanvar, № 7.- S.6.