Biz artıq tədricən fərqli qaydalarla yaşayan fərqli dünyaların sakinlərinə çevrilirik.
Ətrafımızda baş
verən sürətli
dəyişikliklər bizi
də yeniliklərə
alışmağa, gözlənilməz
reallıqlarla uzlaşmağa
sövq edir. Bu yeniliklərdən biri də "rəqəmsal kənd"lərin
gündəmə gəlməsidir.
Bəli, artıq
Avropada və Mərkəzi Asiyada "rəqəmsal kənd"lərin
nəsli yaranmaqdadır.
"Rəqəmsal kənd"
anlayışı bizə
əvvəllər bir
qədər uzaq
və yad gəlirdisə, indi bu, planetimizin aqrar sektorunda getdikcə ozünü təsdiq edən yeni bir istiqamətdir.
Artıq Avropanın və Mərkəzi Asiyanın kənd rayonlarında fəaliyyət
göstərən "rəqəmsal
kənd" mərkəzləri pilot
layihələr olsa da, həyatın keyfiyyətini
dəyişdimək gücünə
qadir olduğunu göstərir.
2021-ci ildən BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) "rəqəmsal kəndlər"
qlobal təşəbbüsünün
reallaşdırılmasına start vermişdir. "Rəqəmsal kənd Avropada və Mərkəzi Asiyada hərəkətdə" layihəsi
dünyanın 8 regionunda
reallaşır. Bu addımın atılmasında
məqsəd kənd təsərrüfatının rəqəmsallaşdırılmasında
qabaqcıl təcrübənin
Azərbaycanda, Albaniyada,
Bosniya və Hersoqovinada, Gürcüstanda,
Qırgızıstanda, Tacikistanda,
Türkiyədə və
Özbəkistanda yayılmasına,
kənd icmalarının
rəqəmsal texnologiyaların
üstünlüklərinə yiyələnməsinə və
onların tətbiqinə nail
olmaqdır. Uzunmüddətli
perspektivlərdə isə
daha böyük üstünlüklər nəzərdə
tutulur.
Məlumdur ki, bu gün dünyada
kəndlər ciddi sosial-iqtisadi problemlərdən
və bir sıra demoqrafik çətinliklərdən əziyyət
çəkir. Urbanizasiya
nəticəsində kənd
əhalisinin qocalması
və sayının azalması ciddi problemdir. Belə bir zamanda rəqəmsal
innovasiyaların və
həllərin tətbiqi
əhalinin gəlirlərini
artıra, həyat şəraitini yaxşılaşdıra
bilər. Hazırda rəqəmsal texnologiyalar innovativ
texnologiyalardan yararlanan
məlumatların, rəqəmlərin
və biliklərin sürətlə yayılmasını
təmin edən ən güclü katalizatorlardan
biridir. Kiçik torpaq sahiblərinin, fermerlərin belə məlumatlara əlçatanlığı
onların işinə
müsbət təsir
edir. Qeyd edək ki, 2024-cü ilədək bu kömək bütün kiçik torpaq sahiblərinə göstərilmiş,
onların rəqabətqabiliyyətliyinin
artmasına təkan vermişdir. "Ağıllı
kənd"lərin təcrübəsinə
arxalanan "rəqəmsal
kənd"lər digər
regionlarla əlaqə
qurmağa imkan yaradır, yeni rəqəmsal mərkəzlər
formalaşdırır. Gələcəkdə
isə "rəqəmsal
kəndlər" virtual
meydançalara çevriləcək
ki, bu da
öz növbəsində
regional əlaqələri
gücləndirəcək.
Ötən ilin
yayında "rəqəmsal
kənd"lərin inkişafı
ilə 8 ölkə -
Azərbaycan, Almaniya, Bosniya Hersoqovinya, Gürcüstan, Qırğızıstan,
Tacikistan, Türkiyə
və Özbəkistan
məşğul idi. Amma "rəqəmsal kənd"lərə ideya
kimi çox ölkələr maraq göstərir. Bir də xatırladaq ki, artıq Avropada və Mərkəzi Asiyada "rəqəmsal kənd"lərin
yaradılması üçün
göstərilən səylər
aqrar sektorun bir sıra problemlərini
uğurla həll etmək gücünə qadir olduğunu sübut edib.
Qeyd etmək lazımdır ki, FAO Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılmasını
fəal şəkildə
təşviq edir. Təşkilatın Türkiyədəki
nümayəndəsi Viorel
Qutu bu barədə
belə deyib: "Azərbaycana gəlincə,
kənd təsərrüfatının
rəqəmsallaşdırılması layihəsini xüsusilə
qeyd etmək istərdim. Bu, bizim "rəqəmsal kəndlər" qlobal təşəbbüsümüzün bir hissəsidir. Bununla da İT həlləri kənd səviyyəsində tətbiq
edilir. İndi bu, bir çox
ölkədə mövcuddur,
biz bunu Azərbaycanda fəal şəkildə həyata
keçiririk".
Ümumiyyətlə, rəqəmsal kənd təsərrüfatı fermerlərə
bütün vacib məlumatların sürətlə
ötürülməsinə imkan yaradır. Bu məqsədlə artıq ölkəmizdə
iqlim stansiyaları fəaliyyət göstərir.
İqlim stansiyaları
sahə işlərini
vaxtında və düzgün proqnozlaşdırmağa
imkan verən müasir innovativ sistemdir. Bu sistem
sensorlar vasitəsilə
havanın temperaturu, rütubət səviyyəsi,
yağış miqdarı,
yarpaq nəmi və yağıntıların
düşmə vaxtı,
küləyin sürəti
barədə məlumatları
toplayıb analiz edərək fermerlərə
təqdim edir. Nəticədə xəstəlik
və zərərvericilərə
qarşı mübarizənin
səmərəsi artır,
məhsul istehsalı çoxalır, fermerlərin
xərclərini optimallaşdırmaq
mümkün olur.
Azərbaycanda iqlim
stansiyalarından alınan
məlumatların fermerlərə
ötürülməsi ilə
əlaqədar ilk pilot layihə Quba, Qusar, Xaçmaz
və Şamaxı rayonlarında tətbiq olunmuşdur. Bu rayonlarda 60-a yaxın kəndi əhatə edən 5 stansiya fəaliyyət göstərir. Onu da qeyd edək
ki, risk məlumatlarının daha
ətraflı və çevik ötürülməsi
məqsədilə "Rəqəmsal
Kənd Təsərrüfatı"
adlı Telegram kanalı yaradılmış
və fermerlərin bu kanala cəlb
edilməsi üçün
işlərin aparılmasına
başlanmışdır.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2024.-
14 yanvar, № 7.- S.7.