Birləşmiş
Millətlər Təşkilatının
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29), Kioto Protokolunun
Tərəflər Görüşünün
19-cu sessiyasının və
Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının keçirilməsi
ilə əlaqədar
Təşkilat Komitəsinin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün
19-cu sessiyasının və
Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının təşkili
və keçirilməsinin
təmin edilməsi məqsədilə qərara
alıram:
1. BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün
19-cu sessiyasının və
Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının 2024-cü ildə
Bakı şəhərində
keçirilməsi ilə
əlaqədar aşağıdakı
tərkibdə Təşkilat
Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin
sədri
Samir Nuriyev -
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri
Təşkilat Komitəsinin
üzvləri:
Muxtar Babayev - Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər
naziri, COP29-un müəyyən
edilmiş prezidenti
Ceyhun Bayramov - Azərbaycan Respublikasının
xarici işlər naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının
iqtisadiyyat naziri
Vilayət Eyvazov - Azərbaycan Respublikasının
daxili işlər naziri
Anar Ələkbərov - Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
Hikmət Hacıyev - Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının
fövqəladə hallar
naziri
Teymur Musayev - Azərbaycan Respublikasının
səhiyyə naziri
Rəşad Nəbiyev
- Azərbaycan
Respublikasının rəqəmsal
inkişaf və nəqliyyat naziri
Arif Səmədov
- Azərbaycan
Respublikası Prezidentinin
Protokol xidmətinin rəisi
Pərviz Şahbazov - Azərbaycan Respublikasının
energetika naziri
Samir Şərifov
- Azərbaycan
Respublikasının maliyyə
naziri
Şahin Bağırov
- Azərbaycan
Respublikası Dövlət
Gömrük Komitəsinin
sədri
Vüqar Əhmədov
- "Azərişıq"
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Ruslan Əliyev - Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin "Azəriqaz"
İstehsalat Birliyinin baş direktoru
Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Vüsal
Hüseynov - Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisi
Anar Quliyev - Azərbaycan Respublikası
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sədri
Elçin
Quliyev - Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi
Vüqar
Qurbanov - Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin
icraçı direktoru
Ülvi Mehdiyev - Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
sədri
Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Zaur Mikayılov
- Azərbaycan
Dövlət Su Ehtiyatları
Agentliyinin sədri
Əli Nağıyev - Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi
Fuad Nağıyev
- Azərbaycan
Respublikası Dövlət
Turizm Agentliyinin sədri
Balababa Rzayev -
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Samir Rzayev -
"Azərbaycan Hava Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.
2. Bu Sərəncamın 1-ci hissəsi
ilə yaradılan Təşkilat Komitəsi:
2.1. BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün
19-cu sessiyasının və
Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının təşkili
və keçirilməsi
ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirsin;
2.2. əməliyyat şirkətinin
yaradılması ilə
əlaqədar tədbirlər
görsün.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamın
2.1-ci bəndində nəzərdə
tutulan Tədbirlər
Planının icrası
ilə bağlı maliyyələşdirməni təmin
etsin və digər zəruri məsələlərin həlli
üçün tədbirlər
görsün.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
14 yanvar, ¹ 7.- S.2.