Orta
dəhliz - qlobal ticarət üçün
perspektivli nəqliyyat
xəritəsi
Bu gün əgər desək ki, dünyanın bir başından o biri başına uzanan yollar gəlib
Azərbaycandan keçir,
burada heç bir mübaliğə olmaz. Ölkəmiz "Şərq-Qərb" və
"Şimal-Cənub" nəqliyyat
dəhlizlərinin mühüm
halqasını təşkil
edir. Orta dəhliz adlandırılan
Trans-Xəzər Beynəlxalq
Nəqliyyat Dəhlizi
vasitəsilə daxil olan yüklər də mənzilbaşına
ölkəmizin üzərindən
ötürülür. Beləliklə,
Azərbaycanın tranzit
ölkə kimi əhəmiyyəti ildən-ilə
artır.
Elə bu günlərdə Bakı
limanına Çinin Sian şəhərindən
göndərilən növbəti
blok qatar çatdırılıb. Yaxın
vaxtda Çində
formalaşdırılan bir
neçə blok qatarın da Azərbaycandan keçməklə
qərb istiqamətinə
daşınması nəzərdə
tutulur.
Bakıya daxil olan 55 ədəd
40 futluq konteynerdən
ibarət blok qatardakı yükün əsas hissəsini minik maşınları, plastik
məhsullar, optik kabellər, parça və digər qeyri-qida məhsulları təşkil edib. İdxal üçün nəzərdə tutulan və Qazaxıstanın Aktau limanından "Berkut" fider gəmisi (konteynerdaşıyan)
vasitəsilə gətirilən
yüklər limanda operativ şəkildə boşaldılaraq vaqonlara yüklənib və təyinatı üzrə
yola salınıb.
Yeri gəlmişkən,
qeyd edək ki, Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin öz ərazisindən keçən hissəsində
yenidənqurma işləri
aparıb. Bunun nəticəsidir ki, ötən il Qazaxıstan Trans-Xəzər
Beynəlxalq Nəqliyyat
Dəhlizi vasitəsilə
Azərbaycan üzərindən
tranzit olaraq 2,5 ton yük daşıyıb.
Bu da 2022-ci illə müqayisədə
xeyli çoxdur.
Bu il
isə Qazaxıstan hökuməti ölkənin
şərq regionları
ilə Xəzər dənizi sahilindəki Aktau və Kurık
limanları arasında
nəqliyyat əlaqəsi
yaratmaq məqsədilə
avtomobil yolunun tikintisinə başlayacaq.
515 kilometrlik Şalkər-Beyinə
magistral yolu bir il müddətində
tikilib istismara veriləcək və
2027-ci ilə kimi Orta dəhlizlə yükdaşımaların həcmini
10 milyon tona çatdıracaq. Çinin
sərhədlərinə qədər
uzanan Şalkər-Beyinə
magistral yolu Qazaxıstanın tranzit yükdaşımalarda fəal
iştirakını təmin
edəcək.
Dünya iqtisadiyyatında
böyük rola malik olan Çinin
həcmi artıq trilyon dollara çatan ixrac potensialı var. Çin ixracatının
10 faizini Orta dəhliz vasitəsilə həyata keçirsə, tranzit ölkələr, o
cümlədən Azərbaycan
ildə 2,5-3 milyard dollar tranzit gəlir əldə edə bilər.
Xatırladaq ki,
multimodulyar infrastruktura
malik olan Orta dəhliz Mərkəzi Asiya, Qafqaz və Türkiyədən keçməklə
Çin ilə Avropanı nəqliyyat baxımından əlaqələndirir,
Xəzərlə Qara
dənizi birləşdirir.
Digər nəqliyyat marşrutlarından fərqli
olaraq Orta dəhlizlə yüklər
Avropadan Asiyaya və əks istiqamətə bir ay deyil, 25 gün
ərzində çatdırılır. Bunun da böyük iqtişadi səmərəsi
var. Bu dəhliz
Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsini,
yükaşırma imkanlarını
artıracaq.
Xatırladaq ki,
keçən ay
ADA Universitetində keçirilən
"Qarabağ: 30 ildən
sonra evə dönüş. Nailiyyətlər
və çətinliklər"
forumunda bu dəhliz haqqında da geniş söhbət
getmişdir. Prezident İlham Əliyev Özbəkistan, Qırğızıstan
və Çinin mühüm dəmir yolu layihəsinə start verdiklərini müsbət hal kimi dəyərləndirmişdir.
Bunun Orta dəhlizə böyük
töhfə olduğunu
və Xəzərə
doğru istiqamət aldığına görə bizim üçün də cəlbediciliyini qeyd etmişdir.
Bizim Bakıdan
Gürcüstan sərhədinə
qədər olan dəmir yolunun yenidən qurulmasını
artıq tam başa çatdırdığımız
da bildirilmişdir. İndi qatarın sürəti saatda 120 kilometrdir, bu da bir neçə
il əvvəlkindən iki dəfə çoxdur.
Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsinin başa çatacağı bildirilmişdir. Bütün bunlar yeni yüklərin qəbulu üçün yeni imkanlar yaradır.
Prezidentimiz bu yolun işğaldan
azad edilmiş ərazilərdən, xüsusən
də Zəngilandan keçəcəyini diqqətə
çatdıraraq demişdir:
"Bizim bu yolu Ermənistan ərazisindən davam etdirmək planımız var idi, lakin
Ermənistan bundan imtina etdi. Beləliklə,
biz İran tərəfi
ilə razılaşdıq
və biz artıq maşınlar üçün körpü,
sonra qatarların Ermənistandan yan keçməsi üçün
və Araz çayının cənub
sahilində təxminən
50 kilometr dəmir yolu çəkilməsi üçün körpü
inşa edirik. Bu yol Naxçıvandan
keçir və sonradan Türkiyə dəmir yolu sisteminə qoşulur. Türkiyə tərəfi
bizə Qars-Naxçıvan
dəmir yolunun da tikintisinin planlaşdırıldığını bildirdi. Beləliklə, bu, Orta dəhlizin
daha bir qolu olacaqdır - biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan
və yenidən Türkiyə ərazisindən
keçəcək. Bu,
fiziki imkanları artırır, lakin eyni zamanda biz
bu yolu kommersiya
baxımından daha cəlbedici etməliyik. Bunun üçün biz artıq Azərbaycan, Gürcüstan,
Qazaxıstan və Türkiyə arasında çox səmərəli
əməkdaşlıq formatı
yaratmışıq".
Mərkəzi Asiya
ölkələrinin bu
formata qoşulmağa
marağı
da yaxşı
olar. Çünki bu, əslində, Avrasiyanın böyük potensiala sahib olan bir yeni
nəqliyyat xəritəsidir.
Prezident İlham
Əliyevin yerli televiziya kanallarına müsahibəsində də
bu məsələ önəmli yer tutmuşdur. Dövlət başçısı demişdir:
"Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik
və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma
mərasimi keçirildi.
İndi Ağbənd istiqamətində artıq
birinci körpünün
inşası başlamışdır
və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz
ona da başlayacağıq.
Beləliklə, Ermənistan
yenə dalan olaraq qalacaq.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
14 yanvar, ¹ 7.- S.7.