Savaş
təkcə hərb meydanlarında getmir
Ticarət "səngərləri"ndə də
döyüşlər səngimir
İndi dünya
iqtisadi hegemonluq üstündə iki cəbhəyə bölünüb.
Qərb son bir neçə ildə itirdiyi mövqelərini geri almaq üçün həmləyə keçib.
Hətta bu yolda bütün beynəlxalq qanunları pozmaqdan çəkinmir.
Artıq beynəlxalq
ədalət deyilən
heç nə qalmayıb. Azərbaycan xalqı bunun şahididir. Ölkəmiz
30 il heç bir nəticə verməyən "sülh"
danışıqlarından sonra BMT-nin 51-ci maddəsinə əsasən,
güc yolu ilə torpaqlarını işğaldan azad edib. Bununla biz
heç bir beynəlxalq qanun və hüquq prinsipini pozmamışıq.
Ancaq Qərb ölkəmizə qarşı
siyasi təzyiqlər göstərməyə çalışır.
Bu fakt bir
daha onu təsdiqləyir ki, beynəlxalq qanunları qəbul edən dövlətlər özləri
onu asanlıqla pozurlar.
Hazırda Qərb
üçün Rusiya
hərbi təhlükə
mənbəyidirsə, Çin
iqtisadi təhlükəsizlik
məsələsidir. İndiki
halda dünyanın aparıcı dövlətlərinin
siyasi baxışlarına
diqqət yetirdikdə
görürük ki, iqtisadi hegemonluq hərbi gücdən üstün səviyyəyə
çatıb. Bu üzdən hər vəchlə çalışırlar
ki, hərbi güc olan Rusiya
ilə iqtisadi güc olan Çin
birləşməsin. Ancaq
həmin ölkələr
qarşıda onları
nələr gözlədiyini
yaxşı bilirlər.
Bu üzdən onlar öz tərəflərinə
daha çox ölkə cəlb etməyə çalışırlar.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bəyan etdi ki, BPİKS ölkələrinin
sayı 33-ə çatacaq.
Üstəlik bildirdi ki, onların hədəfi təhlükəsizlik
(yəni hərbi), iqtisadi və humanitar sahədə sıx əməkdaşlıq
etməkdir. ABŞ-nin
bu təşkilatdan ehtiyatlanmasının səbəbi
isə rəqiblərinin
ticarətdə dollardan
imtina etmək istəmələridir. Çünki
Amerikanın dünyada
hegemonluğunu təmin
edən ən kəsərli silahı dollardır.
Məlumdur ki,
ABŞ Rusiyaya qarşı
birbaşa iqtisadi və maliyyə sanksiyaları tətbiq edir. Üstəlik Avropa ölkələrindəki
müttəfiqləri də
onlara qoşulublar. Lakin birləşmiş Qərb adlanan bu ölkələr Çinlə bir qədər ehtiyatla davranırlar. Çünki
ÇXR-in əlində
ABŞ və Avropaya təsir etmək imkanları var. Amerika və Avropanın bir çox iri şirkətlərinin səhmlərinin
önəmli hissəsi
Çinin əlindədir.
Bərkə düşəndə
bu imkandan istifadə Amerika iqtisadiyyatına sarsıdıcı
zərbə vura bilər. Buna baxmayaraq, ÇXR-i sanksiyalarla
ən çox təhdid edən ölkə Amerikadır. Üstəlik bəzi Avropa ölkələri də dinc dayanmır.
Təbii ki, Çin də qarşılıq verir. Məsələn, Fransanın
xoş olmayan addımlarına qarşı
Çin hərəkətə
keçib. Belə ki, Asiya nəhəngi
Fransadan idxal etdiyi elit spirtinin
gətirilməsini araşdırır.
Xəbər mətbuatda
yayılan kimi, Fransanın bir neçə şirkətinin
səhmləri dəyərini
itirməyə başlayıb.
Çinin iqtisadi
gücü ildən-ilə
artmaqda davam edir. Bu ölkənin
ÜDM-i dünyada ən
yüksək - illik
7 faiz artım tempinə malikdir.
ÇXR-in ümumi daxili məhsulunun həcmi 17 trilyon dollara çatıb. Həm də bu ölkənin ixrac coğrafiyası çox genişdir. Onun məhsullarını kasıb, inkişaf edən və inkişaf etmiş ölkələrdə görmək
olar. Yəni ÇXR hər bir alıcı
kateqoriyasının cibinə
uyğun məhsul istehsal və ixrac edir. O səbəbdən
dünyanın bütün
ölkələri tələbat
və imkanlarına görə Çin mallarını həvəslə
alırlar. Bunun nəticəsidir
ki, ÇXR illik 3,2 trilyon dollar olmaqla Avropa İttifaqı və
ABŞ-dən çox
dünya bazarına məhsul ixrac edir. Lakin Çin
dünya iqtisadiyyatına
təkcə ixracla töhfə vermir. Bu ölkə həm də qlobal idxalçıdır.
Əlimizdə olan son məlumata görə, ÇXR illik
2 trilyon dollarla idxalda dünya üzrə 3-cü yerdədir.
Bütün bunlar,
təbii ki, Qərbi ehtiyatlandırır.
Odur ki, onu cilovlamaq istəyirlər.
ÇXR-ə qarşı ABŞ müəyyən vaxtlarda rəsmi
və ya qeyri-rəsmi şəkildə sanksiyalar tətbiq
edir. Çin də bunu cavabsız qoymur. Məsələn,
ABŞ-nin Tayvana son silah satışına görə
Amerikanın 5 şirkətinə sanksiya tətbiq edib. Bununla
bağlı Çinin Xarici İşlər Nazirliyinin etiraz bəyanatında
deyilir: "ABŞ Çinin Tayvan bölgəsinə silah
satmaqla və müxtəlif bəhanələrdən istifadə
edərək Çin şirkətlərinə və şəxslərə
qanunsuz birtərəfli sanksiyalar tətbiq etməklə
Çinin suverenliyinə və təhlükəsizlik
maraqlarına ciddi ziyan vurur".
ÇXR
Tayvanı özünün bir bölgəsi kimi
tanıyır. Düzdür, dünyada "vahid Çin"
və "iki Çin" siyasi termini mövcuddur. Amma rəsmi
Pekin "iki Çin" termininə ciddi etiraz edir. Hələlik
Tayvan dünyada rəsmən suveren ölkə kimi
tanınmır və bu səbəbdən BMT-nin üzvü
deyil. Lakin Amerika həmişə Çinin ərazi
bütövlüyünü dəstəklədiyini bəyan
etsə də, Tayvanla münasibətləri dövlətlərarası
səviyyəyə çatdırmağa can atır.
Bəs Tayvanı
Amerika üçün bu qədər önəmli edən nədir?
ABŞ-nin burada hərbi ilə yanaşı, ciddi iqtisadi
maraqları da var. Belə ki, ABŞ-nin iş adamları
münbit investisiya və vergi mühitindən istifadə edərək
adada böyük şirkətlər qurublar. Dünyada məişət
texnikasından tutmuş hərbi sənayedə istifadə edilən
ciplər ən çox Tayvanda istehsal olunur. Adada istehsal olunan
ciplərin illik dəyəri təxminən 600 milyard dollar həcmindədir.
Bəzi ekspertlər isə bu rəqəmin daha yüksək
olduğunu bildirirlər. Yəni Tayvan məsələsi
Çin üçün ərazi bütövlüyü olsa
da, ABŞ üçün iqtisadi məsələdir.
Burada bir vacib məqama
da toxunmaq istərdik. Hazırda Qərbdəki iş
dünyasında siyasilərə qarşı bir etiraz
dalğası var. Deyirlər ki, Rusiyaya qarşı tətbiq
olunan sanksiyalardan onlar əziyyət çəkdikləri halda
digərləri faydalanırlar. Belə ki, Rusiyanın enerji
resurslarının qiymətini ucuzlaşdırmasından ən
çox faydalanan Çinlə Hindistandır. Belə fürsət
isə iki nəhəng Asiya ölkəsinə Qərb şirkətləri
ilə rəqabəti artırmağa əlavə imkanlar
yaradır.
Hələlik
heç kəs bu qarşıdurmanın nə qədər
davam edəcəyini bilmir. Bircə məlum olan odur ki, hələ
dünya bir neçə il özünün gərgin
dövrünü yaşayacaq.
Rüstəm
KAMAL,
Azərbaycan.-2024.-
14 yanvar, № 7.- S.7.