Unudulmaz mədəniyyət hadisələri

 

 

Yola saldığımız il mədəniyyətimizdə bir sıra xoş hadisələrlə yadda qaldı. Həmin hadisələrdən biri peşəkar milli teatrımızın 150-ci ildönümü idi. Prezident İlham Əliyev 2023-cü il fevralın 3-də Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladı.

Sərəncamda Azərbaycan teatrının XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımıza dram janrını gətirdiyi xalq teatrının peşəkar milli teatra çevrildiyi bir vaxtda təşəkkül tapdığı, həmin dövrdə ziyalılarımızın Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis İrəvanda təşkil etdikləri tamaşalar bu şəhərlərin mədəni həyatında mühüm rol oynadığı vurğulanır: "Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanmış, cəmiyyətin mədəni tərəqqisinə milli şüurun inkişafına əhəmiyyətli təsir göstərmişdir. Ədəbi fikir tariximizin görkəmli nümayəndələri xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə etmişlər".

Sərəncama əsasən, 2023-cü ildə 150 illiyi tamam olan Azərbaycan peşəkar milli teatrının yubileyi ilə bağlı tədbirlər planı hazırlandı. Peşəkar milli teatrımızın əsryarımlıq yaşı silsilə tədbirlərlə qeyd olundu.

İl ərzində teatrlarımızda yeni tamaşaların premyeraları baş tutdu, ənənəvi qastrol səfərləri reallaşdı. Bölgə teatrlarının paytaxtda, paytaxt teatrlarının isə bölgədə silsiləli şəkildə keçirilən səfərləri yubiley ilini daha da əlamətdar etdi.

Teatr xadimlərimiz ötən il Bakıda keçirilən "Azərbaycan teatrı-150: inkişaf perspektivləri" mövzusunda teatr forumunda da bir araya gələrək öz fikirlərini, təkliflərini dilə gətirdilər, müzakirələr apardılar. Forum müddətində aparılan fikir mübadiləsi müzakirələr əsasında toplanan təkliflər "Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

Keçən ilin mədəniyyət sahəsində əlamətdar hadisələrindən biri isə Azərbaycan kinosunun 125 illiyinin qeyd edilməsi oldu. Bu münasibətlə ilboyu düzənlənən tədbirlərdə qeyd edildi ki, Azərbaycan kino sənəti zəngin yol keçərək bu günlərə gəlib çatıb. Tarixi Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də rejissor, ssenarist, naşir Aleksandr Mişonun lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli "İlişdin" adlı bədii süjetlərinin nümayişi ilə başlayan Azərbaycan kino sənəti bir çox sənətkarımızın istedadının zəhmətinin bəhrəsi olan, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayan, bu gün maraqla baxılan "Arşın mal alan", "Şərikli çörək", "Ögey ana", "Uzaq sahillərdə", "Arşın mal alan", "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi" başqa klassik filmlərimizlə yoluna davam edib. 125 illiyi ilə bağlı keçirilən tədbirlərdə Azərbaycan kinosunun bu günü qarşısında duran məsələlər müzakirə mövzusu oldu.

İli kinematoqrafiyamız üçün əlamətdar edən həm Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaradılmasının 100-cü ildönümü oldu.

Ötən il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un yaranmasının otuzuncu ildönümü ilə bağlı silsilə tədbirlərlə yadda qaldı. Qeyd edək ki, türkdilli ölkələr arasında qurulan bu ilk beynəlxalq təşkilatın yaradılması ideyası Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) adlı imperiyanın dağıldığı ittifaqın tərkibində yaşamış xalqların siyasi müstəqilliklərinə nail olduqları, suveren dövlətlərini qurduqları bir vaxtda - 1992-ci ildə irəli sürülüb. Təşkilat həmin il Azərbaycan Respublikası Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə İstanbul Bakı şəhərlərində keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə Türkmənistan respublikaları mədəniyyət nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında qurulub. Həmin ölkələrin mədəniyyət nazirləri tərəfindən TÜRKSOY-un yaradılması haqqında protokol 1993-cü il iyulun 12-də Qazaxıstanın Almatı şəhərində imzalanıb. Tarixi, dili, mədəniyyəti ilə eyni kökə bağlı olan türk xalqlarını birləşdirən bu beynəlxalq təşkilat fəaliyyətini uğurla davam etdirir.

2023-cü il oktyabrın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş "Biz birlikdəyik" adlı qala konsert keçirildi. Prezident İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlanmış təbrik məktubunda ortaq türk mirasının qorunması təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycanın TÜRKSOY-a hər zaman dəstəyini ifadə etdiyi, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışdığı vurğulandı.

TÜRKSOY-un 30 illiyi münasibətilə maraqlı bir teatr həftəsi keçirildi. Birinci Bakı TÜRKSOY teatr festivalı baş tutdu. Bu festival çərçivəsində türkdilli ölkələrin teatr nümayəndələri toplaşdılar.

TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsində 2016-cı ildə bu adı Şəki şəhəri daşıyıb. 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada bir sıra mədəniyyət tədbirləri keçirilib. Keçən il  mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi olub.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 14 yanvar, № 7.- S.8.