Bu seçkilər bizə yeni siyasi güc verəcək

 

 

Bütöv Azərbaycanda səsvermənin keçirilməsi böyük xoşbəxtlikdir

 

 

 

"Prezident İlham Əliyev fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən amilləri yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində geniş şərh edib. Dövlət başçısının qeyd etdiyi kimi, burada əsas səbəb bütün ərazilərimizdə suverenliyimizin tam bərpa olunmasıdır. Seçkilər müəyyən bir siyasi dövrə yekun vurur. İnanırıq ki, budəfəki prezident seçkiləri uğurla başa çatacaq.

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat prezident seçkilərinin keçirilməsini zəruri edən səbəblər barədə danışıb. O bildirib ki, Vətən müharibəsində, eləcə sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərində əldə etdiyimiz zəfərlər bütün ərazilərimizdə suverenliyimizi tam təmin etdi. Bu dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçiriləcək. Torpaqlarımızın 20 faizi 30 il erməni işğalı altında qaldığına görə konstitusiyamızın müvafiq tələbi pozulmuşdu".

Deputatın dediyinə görə, uğurlu siyasi gedişlər nəticəsində əldə etdiyimiz qələbələr bu gün bizə Qarabağ Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri tikməyə, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına imkan verir. Bu o deməkdir ki, Azərbaycan dövləti tamam yeni reallıq formalaşdırıb. Bu yeni reallıq yeni dövrün başlanğıcıdır. Təbii ki, yeni mərhələyə keçid edərkən prezident seçkilərinin keçirilməsi zəruridir. Çünki yeni seçkilərin özü növbəti mərhələnin başlanğıcı olmalıdır.

Azər Badamov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası işğaldan azad olunmuş ərazilərdə artıq yeni seçki məntəqələri yaradıb. Deputatın sözlərinə görə, tariximizdə ilk dəfə Azərbaycan vətəndaşlarının ölkəmizin bütün ərazilərində seçkilərə qatılaraq səs verməsi böyük xoşbəxtlikdir. Təbii ki, belə şəraitdə keçiriləcək ilk səsvermə  məhz prezident seçkiləri ilə bağlı olmalıdır. Lakin əgər biz seçki ardıcıllığı ilə prezident seçkilərini keçirmək üçün 2025-ci ili gözləsəydik, işğaldan azad olunmuş ərazilərdə keçiriləcək ilk səsvermə bələdiyyə seçkiləri olacaqdı.

"Hesab edirəm, növbədənkənar prezident seçkiləri "dəmir yumruğ"umuzun möhkəmliyinin növbəti nümayişi olacaq", - deyə deputat söyləyib.

7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərində qalib gələcək namizəd yeni milli ideologiya ilə yeni dövrə başlayacaq. Bu ideologiya Azərbaycanın daha çox inkişafına, müdafiə gücünün atırılmasına, xalqımızın milli birliyinin daha da möhləmlənməsinə xarici düşmənlərimizə qarşı daha mətinləşməsinə səbəb olacaq".

Deputat yekunda vurğulayıb ki, yeni mərhələdə xalqımızın dövlət başçısına yenidən etimad göstərəcəyinə şübhə yoxdur: "Bu inam etimad ölkəmizin daha sürətlə irəliyə doğru addımlamasına səbəb olacaq. Həm bu seçkilər ölkəmizə düşmən gözü ilə baxanlara qarşı daha inamlı mübarizə aparmağımız üçün bizə yeni siyasi güc verəcək".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 16 yanvar, № 8.- S.8.