Seçicilərin
fəallığı seçki
məntəqələrinin fəaliyyətindən də
asılıdır
39 saylı Gəncə 2-ci Seçki
Dairəsinin məntəqələrində
seçkilərə hazırlıq
cədvəl üzrə
gedir
Fevralın 7-də keçiriləcək
növbədənkənar prezident
seçkiləri mühüm
mərhələyə qədəm
qoymuşdur - namizədlərin
təbliğat kampaniyasına
start verilmişdir.
Bunacan isə seçicilərin sərbəst,
şəffaf şəraitdə
səs vermələri,
müşahidələrin aparılması
üçün məntəqələrdə
hər cür şərait yaradılmışdır.
Gəncədəki 39 saylı
Gəncə II Seçki
Dairəsində olarkən
bunun bir daha şahidi olduq. Dairənin sədri Zakir Hüseynovdan öyrəndik
ki, dairə üzrə 36 məntəqə
fəaliyyət göstərir.
Bir məntəqə isə seçkilərə
5 gün qalmış
yaradılacaq. Ümumilikdə
dairəni əhatə
edən məntəqələrdə
50 min 132 seçici qeydə alınmışdır.
Bütün seçki
məntəqələri təmir
olunmuş, lazımi avadanlıqlarla, rabitə və digər texniki vasitələrlə,
MSK tərəfindən göndərilən
təşviqat plakatları,
seçkilərin keçirilməsi
üçün təlimatlarla
təmin edilmişlər.
Səsvermənin gedişini
izləmək üçün
11 seçki məntəqəsində
veb-kamera quraşdırılmışdır.
Dairə üzrə
280 nəfər yerli,
2 nəfər xarici müşahidəçi qeydə
alınmışdır. Seçkiqabağı
təşviqatın aparılması,
habelə təşviqat
materiallarının lövhələrdə
yerləşdirilməsi üçün
seçki məntəqələrinin
ərazisində müvafiq
yerlər ayrılmışdır.
Dairə sədri
onu da qeyd
etdi ki, əvvəlkilərdən fərqli
olaraq bu seçkilərdə həm
ilk dəfə səs verənlərin, həm də yaşı 70-i keçmiş
seçicilərin sayında
artım vardır. Belə ki, fevralın
7-də keçiriləcək prezident seçkilərində
690 nəfər ilk dəfə səs verəcək. Yaşlı
seçicilər də
az deyil. 3775 seçicinin yaşı
70-dən, 82 nəfərin isə
90-dan yuxarıdır.
Seçkiyə hazırlıqla
bağlı görülən
işlərlə yerində
tanış olmaq üçün 24, 25 və
31 saylı seçki məntəqələrində olduq.
Hər üç məntəqə yenicə
inşası başa çatdırılmış 29 nömrəli tam orta məktəbdə yerləşir. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı erməni vandallarının
Gəncəyə raket
hücumu bu məktəbi də qəzalı vəziyyətə
salmışdı. Məktəb
sökülərək yerində
müasir təhsil ocağı inşa edilmişdir.
Məktəbdə yerləşən
24 saylı seçki məntəqəsinin sədri
Günel Qəmbərova,
25 saylı seçki məntəqəsinin sədri
Sevinc Nəbiyeva və 31 saylı seçki məntəqəsinin
sədri Saida Tağızadə görülən
hazırlıq işləri
barədə ətraflı
məlumat verdilər.
Bildirdilər ki, 24 saylı məntəqədə
1151, 25 saylı məntəqədə
1388, 31 saylı məntəqədə
1480 seçici qeydə
alınıb. Məntəqələrdə
hər cür şərait yaradılmışdır,
onlar zəruri avadanlıq və texniki vasitələrlə
təchiz olunmuşdur.
Sabir ƏLİYEV,
Azərbaycan.-2024.-
16 yanvar, № 8.- S.8.