Lənkəranda
qənnadı məhsullarının istehsalı müəssisəsinin
fəaliyyəti ilə tanışlıq
Regionların
davamlı inkişafı dövlət siyasətinin prioritet
istiqamətidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da
Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin
(MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin
fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər
verir ki, “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin
direktoru Nurlan Nurəliyev dövlətimizin
başçısına müəssisədə yaradılan
şərait və istehsal olunan məhsullar barədə məlumat
verdi.
Bildirildi ki,
ümumi dəyəri 5 milyon manat olan layihənin həyata
keçirilməsinə dövlət dəstəyi olaraq
Sahibkarlığın İnkişafı Fondu 1,2 milyon manat
güzəştli kredit ayırıb. İstehsal gücü
natura ifadəsində 2000-2500 ton (hazırda 1500-1800 ton istehsal
edilir) olan müəssisədə 5 növdə və 56
çeşiddə, o cümlədən karamel, lokum,
şokoladlı lokum, marmelad, şokoladlı marmelad istehsal
edilir. Burada quraşdırılan avadanlıq Braziliya,
Türkiyə, Çin və Rusiya istehsalıdır. Müəssisədə
istehsal edilən məhsullar daxili bazarla yanaşı, Rusiya,
İsrail, Özbəkistan, Qazaxıstan, Türkmənistan,
Moldova və İraqa da ixrac olunur.
Hazırda
müəssisədə 120 nəfər
çalışır. Ümumi sahəsi 4900 kvadratmetr olan
müəssisənin ərazisində əsas bina, qazanxana,
keçid məntəqəsi, yanğın əleyhinə su
anbarı, transformator yarımstansiyası inşa edilib. Ərazidə geniş yaşıllıq sahəsi
yaradılıb.
Azərbaycan.-2024.-
17 yanvar, ¹ 9.- S.3-4.