Paytaxtın
Baş planının
təqdimatı keçirilib
Bakı Şəhər
İcra Hakimiyyətində
Bakı şəhərinin
2040-cı ilədək inkişafına
dair Baş planının təqdimatı
keçirilib. Tədbirdə
Bakı Şəhər
İcra Hakimiyyəti,
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin rəhbərləri,
Nazirlər Kabinetinin şöbə müdiri, Milli
Məclisin deputatları,
elm, şəhərsalma
və memarlıq sahələri üzrə
mütəxəssislər, tanınmış ictimai xadimlər, QHT nümayəndəəri,
paytaxt qəsəbələrinin və KİV-in nümayəndələri
iştirak ediblər.
Tədbir
iştirakçılarını salamlayan Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib
ki, dekabr ayının 30-da Bakı şəhərinin
2040-cı ilədək inkişafına dair konseptual xarakterli
Baş planı təsdiq edilib. Ölkə
başçısı cənab
İlham Əliyevin tapşırığı ilə
hazırlanan Baş plan bütün müasir tələblərə
cavab verir və şəhərin inkişafinin ümumi strategiyası kimi qəbul olunur.
Tədbirin davamında
Bakı şəhərinin
yeni Baş Planına dair məlumat xarakterli videoçarx, həmçinin
sənədin üstünlükləri,
ən önəmli məqamları və bir çox maraq doğuran məsələləri əhatə
edən geniş təqdimat nümayiş olunub.
Təqdimatda cıxış
edən AR Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma
və kommunal təsərrüfat şöbəsinin
müdiri Feyruz Mustafayev, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri Anar Quliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova,
Mədəni İrsin
Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Xəzər rayonu, Mərdəkan qəsəbə
nümayəndəsi İlqar
Müqbilov, memar Nəriman İmaməliyev və başqaları Baş plana dair öz
fikir və düşüncələrini bölüşdülər.
Bildirildi ki, yerli və xarici
mütəxəssislər qrupu
tərəfindən hazırlanan
Baş plan paytaxtımızın gələcək
inkişafı üçün
çox mühüm bir sənəddir. Sənəddə 2040-cı ilədək
paytaxtımızda görüləcək
iri miqyaslı işlər, şəhərin
gələcək inkişaf
perspektivləri, yaradılacaq
yeni infrastruktur, salınacaq parklar və
s. barədə məlumatlar
öz əksini tapıb. Çıxışçılar
Bakı şəhərinin
dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilməsi,
daha da gözəlləşməsi
və müasirlənməsi
istiqamətində görülən
işlər və göstərilən qayğıya
görə ölkə
başçısı cənab
İlham Əliyev və Birinci vitse-prezidnt Mehriban xanım Əliyevaya dəqin minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan.-2024.-
17 yanvar, № 9.- S.5.