Zəngəzur
dəhlizinin dalana dirənməsi daha çox Ermənistanın
ziyanınadır
Zəngəzur
dəhlizinin açılmamasının səbəbini anlamaq
üçün hazırda dünyada baş verən siyasi və
iqtisadi proseslərə diqqət yetirilməlidir. İndi
dünya düzənini yenidən şəkilləndirmək
istəyən qüvvələr arasında savaş gedir. Qərb
bloku son dövrlər müəyyən qədər itirdiyi təsir
imkanını bərpa etmək istəyir. Buna qarşı
olan ölkələr isə nəinki müqavimət göstərir,
öz növbəsində Qərbə savaş açır.
Hər iki
blok arasında mübarizə bir neçə istiqamətdə
gedir. Əsas mübarizə strateji təbii resurslara və
qlobal ticarət dəhlizlərinə nəzarəti ələ
keçirmək üçün aparılır. Daha
qabarıq görünən mübarizə beynəlxalq əhəmiyyətli
nəqliyyat dəhlizlərinə nəzarəti ələ
keçirmək uğrundadır. Bunun ilk nümunəsini biz
Rusiya-Ukrayna müharibəsində gördük. Savaş sayəsində
Rusiyanın Avropaya, Yaxın Şərqə və Şimali
Afrikaya olan çıxışında müəyyən
problemlər yaşanır və bu səbəbdən şimal
qonşumuz ciddi maliyyə itkilərinə məruz qalır.
Hazırda Qərb
blokunu rahatsız edən məsələlərdən biri də
Çinin "Bir kəmər, bir yol" layihəsidir. Bu
gün dünya ticarətinin 80 faizindən çoxunun
aparıldığı dəniz ticarət yolları,
boğazlar və kanallar Amerikanın nəzarətindədir.
Bu isə Çini qane etmir. Ona görə ki, bu ölkə
dünyada nəhəng istehsalçı və
ixracatçıdır. Eyni zamanda 1,5 milyarda yaxın əhalisi
olan ÇXR dünyada ən böyük
idxalçıdır. Bu faktorlardan birinin pozulması ölkəni
fəlakətə sürükləyə bilər.
Çin bu səbəbə
görə özünün təhlükəsizliyini təmin
etmək üçün "Bir kəmər, bir yol" layihəsini
həyata keçirməyə başlayıb. Məqsədinə
çatmaq üçün dünyanın müxtəlif
ölkələrində limanların yenidən qurulması və
yolların çəkilməsi üçün trilyonlarla
dollar investisiya qoyur. Bunun da iki əsas səbəbi var.
Birincisi, quru marşrutların keçdiyi ölkələrdən
təhlükəsizlik zəmanəti alır. İkincisi isə,
dəmir və avtomobil yolları ilə yüklərin
daşınmasında vaxt itkisinin azalması ilə
yanaşı, onun maya dəyəri də aşağı olur.
Hər iki məsələ ÇXR üçün önəmlidir.
Amma Qərb
Çinin "Bir kəmər, bir yol" layihəsinin
icrası ilə heç cür barışa bilmir və bunu
önləmək üçün bir sıra tədbirlər
görür. Onlardan biri "Hindistan-Yaxın Şərq-Avropa
İqtisadi Dəhlizi" (İMEC) adlanan yeni nəqliyyat dəhlizi
layihəsidir. Həmin layihənin tərəfdaş ölkələri
Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş
Ərəb Əmirlikləri, İordaniya və İsraildir. Bu
siyahıda olan sürpriz ölkə İsraildir.
Dünyanın nəhəng nəqliyyat qovşağına
çevrilmək üçün ABŞ ilə birgə əməkdaşlıq
edən İsrail təkcə yeni nəqliyyat dəhlizinin
açılması ilə kifayətlənmək istəmir.
Onun hədəfində Süveyş kanalına alternativ olacaq
Qırmızı dənizlə Hayfa limanını birləşdirəcək
kanal layihəsini həyata keçirmək də var. ABŞ və
digər Qərb ölkələri də Aralıq dənizinə
çıxacaq bu layihəni dəstəkləyirlər.
Burada
İsrailə mane olan yeganə qüvvə HƏMAS-dır və
Qəzzada baş verən müharibənin də səbəbi
budur. Türkiyənin istefada olan generalı,
tanınmış hərbi-siyasi ekspert Ərdoğan
Qaraquş bildirir ki, HƏMAS-İsrail savaşı dindən
qaynaqlanan məsələ deyil. Üzdə elə
görünsə də, əsas məsələ
Süveyş kanalına alternativ Qəzzadan Hayfa limanına
çəkiləcək kanalın təhlükəsizliyidir.
Sözsüz, Çinin "Bir kəmər, bir yol" layihəsinə
alternativ olan bu marşrut da Amerikanın nəzarətində
olacaq.
Hindistanın
mövqeyini dəyişərək İMEC-yə
qoşulması İranın planına ağır zərbə
vurub. Belə ki, Hindistandan Fars körfəzi ilə İran,
Ermənistan, Gürcüstan üzərindən Qara dəniz
vasitəsilə Avropaya uzanacaq yeni nəqliyyat marşrutuna olan
maraq azalıb. Ancaq İran Ermənistan və Gürcüstan
vasitəsilə bu dəhlizi gerçəkləşdirməkdə
qərarlıdır. Bunun üçün ölkənin Bəndərabad
limanından istifadə etmək üçün Ermənistana
güzəştlər edilməsi barədə razılıq
da əldə olunub. Bir çox ekspert İranda baş verən
terror aktının səbəbini də bu layihənin əngəllənməsi
üçün törədildiyi qənaətindədir.
Qərb hər
vəchlə beynəlxalq nəqliyyat dəhlizlərindən
Türkiyəni kənarda qoymağa çalışır.
Lakin qardaş ölkə də öz siyasətini aparır. Məsələn,
İraqla birgə hazırladığı Qalxınma
(İnkişaf) layihəsi ilə. Qırmızı dənizdən
İraq və Türkiyənin üzərindən keçəcək
bu dəhliz iqtisadi cəhətdən Avropaya gedən ən səmərəli
marşrutdur. Ona görə ki, Türkiyədə beynəlxalq
standartlara uyğun infrastruktur var və üstəlik Avropaya
gedən ən qısa yoldur. Bu layihənin icrası
üçün İraq Bəsrə limanında yüklərin
qəbul edilib boşaldılmasını sürətləndirmək
üçün milyardlarla dollar investisiya qoyub. Söz
düşmüşkən qeyd edək ki, İraq və
Türkiyədə son dövrlər baş verən silsilə
terror hadisələrinin bir səbəbi kimi, hər iki ölkə
tərəfindən Qərb layihələrinə alternativ nəqliyyat
dəhlizinin yaradılmasının qarşısını
almaq olmasını göstərirlər.
Zəngəzur
dəhlizi məsələsinin indiyədək həll
olunmamasının səbəbi də dünyada baş verən
bu gərgin münasibətlərdən qaynaqlanır. Ermənistan
indiyədək müstəqil dövlət kimi formalaşa
bilməyib. Bu üzdən həmişə böyük
dövlətlərin əlində alətə çevrilib, həmin
proses indi də davam edir. Nikol Paşinyan Rusiyadan üz döndərərək
Qərblə anlaşmaq istəyir. İndi bir-biri ilə
düşmənçilik edən bu iki güc mərkəzi
Ermənistana təzyiq edir. N.Paşinyanın Anadolu türkləri
demiş "Gah İsaya, gah da Musaya yarınmaq" istəməsi
regionda kənar qüvvələrin gərginlik
yaratmasının əsas səbəbidir. Azərbaycan
Prezidenti yanvarın 10-da yerli televiziya kanallarına verdiyi
müsahibəsində Ermənistanın bu sürüşkən
xarici siyasəti barədə demişdir: "Çünki bəziləri
indi yarışa
çıxıblar ki,
danışıqlar bu ölkədə keçirilsin, o
ölkədə keçirilsin, ya üçüncü
ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə
bənzəyən bir şeydir. Mən bunu istəmədim. Mən
ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan
münasibətləri geosiyasi mövzuya çevrilsin".
Dövlət başçısının
vurğuladığı kimi, Zəngəzur dəhlizi məsələsinin bu qədər
uzanmasının səbəbi Ermənistanın bir-biri ilə
rəqabət aparan qlobal güclərin təsiri altında
olmasıdır.
Rüstəm
KAMAL,
Azərbaycan.-2024.-
17 yanvar, № 9.- S.10.