Musiqi bayramına çevrilən festivallar

 

Ötən il ölkəmizin ictimai-mədəni həyatında həm bir-birindən maraqlı musiqi festivalları ilə unudulmaz oldu. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ənənəvi "Xarıbülbül" Musiqi Festivalına evsahibliyi etdi. Bu beynəlxalq musiqi festivalı Şuşada böyük Zəfərimizdən sonra üçüncü dəfə düzənləndi.

VI "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Şuşa şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi bir ildə keçirildi. 2023-cü ilin 9-11 may tarixlərində baş tutan festival TÜRKSOY-a daxil olan dövlətlər, regionun türkdilli ölkələri xalqlarının yaradıcı kollektivlərinin iştirakı ilə əlamətdar oldu. Belə ki, VI "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, həmçinin Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan nümayəndələri  təmsil olundular.

Gözəl ənənəyə çevrilən daha bir festival - Qəbələ Beynəlxalq Musiqi Festivalı keçən il iyulun 27-də başladı. Avqustun 2-dək davam etdi. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında musiqisevərlər üçün maraqlı proqramlar təqdim edildi.

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan, eləcə Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya Türkiyədən gələn dünyaşöhrətli musiqiçilər - ifaçı dirijorlar, musiqi kollektivləri iştirak etdilər.

2009-cu ildən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Azərbaycanın mədəni həyatında da çox mühüm əhəmiyyətə malik olan bu festival hər il əsl musiqi bayramına çevrilir. Qəbələ Beynəlxalq Musiqi Festivalı yalnız klassik musiqilər təqdim edilməsi ilə maraq doğurmur. Eyni zamanda yeni istedadların aşkar edilməsində bu beynəlxalq musiqi layihəsinin əhəmiyyəti böyükdür.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı təbliği baxımından diqqətəlayiq olan daha bir tədbir - Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ötən il on beşinci dəfə musiqisevərləri bir araya gətirdi. Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçən il sentyabrın 18-dən 28-dək davam edən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı, Gəncə, Şəmkir Şuşada açıq havada müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri digər tədbirlər düzənləndi.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günündə - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının təqdimatında "Leyli Məcnun" operası nümayiş olundu. Həmçinin Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim etdi. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarında yer almış "Məhəbbət əfsanəsi" baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olundu.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalında yalnız ölkəmizin ifaçı kollektivləri, mütəxəssisləri iştirak etmədilər. ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur digər ölkələrin tanınmış musiqiçiləri kollektivləri tədbirə qatıldılar. Festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında digər məkanlarda müxtəlif proqramlar təqdim edildi.

Azərbaycanın qədim sənət mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı - Şəki "İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı keçən il iyulun 3-də keçirildi.

Xatırladaq ki, 2010-cu ildən Şəkidə keçirilən "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı 2020-ci 2021-ci illərdə pandemiya səbəbindən yarımçıq qalsa da, 2022-ci ildə ikiillik fasilədən sonra yenidən keçirilməyə başlanılıb.

Musiqisevərlərin, xüsusilə caz həvəskarlarının intizarla gözlədikləri  Bakı Caz Festivalı ötən ilin oktyabrında baş tutdu. Festivalın builki proqramı da zəngin oldu. Tanınmış caz ifaçılarının konsertləri digər maraqlı tədbirlər cazsevərlərin zövqünü oxşadı.

Bakı Beynəlxalq Caz Festivalında 15 ölkədən musiqiçilər, eləcə "Gremmi" mükafatı laureatları olan ifaçılar, bu mükafata namizədlər, Amerikadan caz rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda Gregoire Maret xüsusi proqramları ilə çıxış etdilər.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 17 yanvar, № 9.- S.11.