Paşinyan
Putinin əleyhinə mitinq keçirəcək
Hayastanda anti-Rusiya kampaniyası yeni vüsət alır
Hayastanda anti-Rusiya
meyillərinin daha da artdığı müşahidə
olunur. Bunu İrəvanda Rusiya əleyhinə keçirilən
aksiyaların sayının
çoxalması, az qala cəmiyyətin bütün təbəqələrində
Moskvanın sərt tənqid hədəfinə
çevrilməsi də
təsdiq edir.
Ümumiyyətlə, indiki mərhələdə Hayastan iqtisadi,
siyasi, geosiyasi və hərbi sferalarda çox çətin duruma düşüb. Hər tərəfdə yaranmış
problemlərin altında
əzilən ölkənin
baş naziri Nikol Paşinyan çıxış
yolunu Qərbə sığınmaqda görür,
onun verdiyi vədlərə güvənir.
Hər halda, Paşinyan hakimiyyətinin
nümayiş etdirdiyi
xarici siyasətdə konkret seçim etdiyi görünür, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə
israrlı davranmağa
çalışır.
Erməni saytları
Rusiyanın əleyhinə
silsilə yazılar dərc edir, siyasətçilər, ziyalılar tez-tez Rusiya əleyhinə açıqlamalar verirlər.
Məsələn, erməni
ictimai xadimi Karen Verdiyan iddia edib ki, artıq bir çox əcnəbi banklar İrəvanın müttəfiqinə
görə Hayastanla maliyyə əməliyyatlarından
və ümumilikdə
əməkdaşlıqlardan yayınmağa başlayıblar:
"Bəzi məlumatlara
görə, xarici banklar, maliyyə mərkəzlərinin əksəriyyəti
Hayastanda sövdələşmə
əməliyyatlarından imtina
ediblər. Sövdələşmələri
davam etdirən yalnız 2-3 bank var. Səbəb
ölkəmizdə olan
Rusiya kapitalının
dövriyyəsidir. Bununla
əlaqədar ölkəmizə
müəyyən məhdudiyyətlər
qoyulub. Əgər daha konkret məlumatınız
varsa, bizimlə paylaşın".
"Hraparak"
qəzeti isə yazıb ki, Hayastanda anti-Rusiya kampaniyası
yeni vüsət alır. Paşinyan yeni "günah
keçisi" axtarışındadır. Bildirilib ki, Nikol Paşinyan başda olmaqla
mövcud rejimin nümayəndələri Rusiyaya qarşı
yeni təbliğat kampaniyasına başlayıblar. Belə təəssürat
yaranır ki, Nikol Paşinyan və ətrafı nəhayət
Hayastanı müttəfiqsiz qoymaq istəyirlər. Son vaxtlar
Hayastan-Rusiya münasibətləri istiləşib və
konstruktiv görünə bilər. Xüsusilə, buna Nikol
Paşinyanın ötən ilin sonunda Sankt-Peterburqa getməsi
şərait yaradıb. Lakin Paşinyan həftəsonu partiya
üzvləri ilə görüşündə anti-Rusiya
kampaniyasının yeni mərhələsinə
başlayıb. O, adlarını çəkmədən
mümkün müharibənin bütün məsuliyyətini
və günahını üçüncü ölkənin
üzərinə atmağa çalışıb.
Aydındır ki, Paşinyan Rusiyanı nəzərdə
tuturdu.
Daha sonra qəzet
Paşinyanın tərəfdarlarının sayının
artmasına toxunub: "Paşinyanın ən qalmaqallı və
anti-erməni fikirlərini komanda yoldaşlarının səsləndirməsi
artıq ənənə halını alıb. Bu dəfə
parlamentin spikeri Alen Simonyan Paşinyanın siyasət niyyətlərini
açıqlayıb. O, Paşinyanın fikirlərini davam
etdirərək, regionda sülhə
"üçüncü dövlət"in mane olduğunu
deyir. Sülh müqaviləsinə gəlincə, Hayastan
üzərində təsir rıçaqlarına sahib olmaq istəyən
tərəflər təbii ki, hər iki ölkəyə təsir
imkanlarını təmin etmək üçün heç
olmasa "yaxşı vasitəçi" olmaq istərdilər".
Nəşrin
yazdığına görə, yanvarın 21-də Rusiyaya
qarşı növbəti mitinq keçiriləcək. Bunun
üçün artıq razılıq alınıb.
Anti-Rusiya kampaniyası çərçivəsində İrəvan
meriyası Navalnı tərəfdarı olan Rusiya vətəndaşı
Riçard-Roman Kinqə yanvarın 21-də İrəvanda
Putin əleyhinə mitinq keçirməyə icazə verib.
Beləliklə,
gedən proseslər Hayastanın sürətlə məhvə
doğru yaxınlaşdığını bir daha təsdiqləyir.
Elçin
CƏFƏROV,
Azərbaycan.-2024.-
18 yanvar, № 10.- S.15.