Fransız
deputat ölkəsində
irqçiliyin artmasından
narahatlığını bildirib
Bu yaxınlarda
Romans-sur-Isère komunasında
dəmir dəyənəklərlə
silahlanmış və
əllərində hücum
edəcəkləri insanların
adı, soyadı, yaşadığı ünvanı,
telefon nömrəsi olan və 10-dan çox maskalı şəxsin törətdiyi
irqçi cəza ekspedisiyası, eləcə
də Viroflay merinin müavinin evini hədəfə alan hadisə, içərisində möminlər
olan Morlaix məscidinə atəş
cəhdi, hətta ötən həftə Parisdə icazə verilmiş ifrat sağçıların nümayişi
kimi irqçi hərəkətlərə son
qoyulmalıdır.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri “Yenilməz
Fransa” (La France İnsoumise-
LFİ) siyasi partiyasının
üzvü, deputat Matild Panot Milli
Assambleyada mətbuat konfransında Anadolu agentliyinin sualına cavab olaraq bildirib.
Deputat belə əməlləri qətiyyətlə
pisləyərək kiçik
ifrat sağçı
qrupların Fransa Respublikası üçün
yaratdığı qorxunc
təhlükəni vurğulayıb
və ölkədə
islamofobiya hərəkətlərinin
artdığını xatırladıb.
Fransız deputat
bu yaxınlarda Romans-sur-Isère-də baş
vermiş hadisəni, dəmir dəyənəklərlə
silahlanmış onlarla
maskalı şəxsin
əlində insanların
adı, soyadı, yaşadığı ünvan
və telefon nömrələrinin olduğunu
xatırladıb. Diqqətə
çatdırıb ki,
belə qruplarda bu məlumatlar olmamalıdır.
M.Panot Milli Assambleyadakı LFİ sədrinin,
həmçinin yerli seçilmiş məmurların
məruz qaldığı
hücumlardan və onlara qarşı edilən irqçi ifadələrdən, xüsusən
də Saint-Brévin-Les-Pinsdə (Luara-Atlantik) şəhər merinin ailə üzvləri evdə yatdığı zaman onun evinin
yandırılmasından, eləcə
də Grabels (Hérault) bələdiyyə
başçısına edilən
hücumdan söz açıb. O, Emmanuel Makronun mandatı dövründə prefekturaların
belə hadisələrə
reaksiya vermədiklərini
vurğulayıb.
Deputat 2018-ci ildə
LFİ tərəfindən ifrat sağçı qrupların yaratdığı
təhlükələrlə bağlı yaradılmış
araşdırma komissiyasının
əhəmiyyətini bir
daha vurğulayaraq verilən tövsiyələrə
əməl edilməməsinə
təəssüflənib.
Azərbaycan.-2024.-
18 yanvar, № 10.- S.15.