Yeni
səfir ikitərəfli əlaqələrin inkişafı
üçün səylərini əsirgəməyəcək
Prezident
İlham Əliyev ABŞ-ın ölkəmizdə yeni təyin
olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də
Amerika Birləşmiş Ştatlarının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.
Səfir
etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin
başçısı səfirlə söhbət etdi.
Azərbaycan
Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik
etdi, ona fəaliyyətində uğurlar arzuladı.
Səfir ikitərəfli
əlaqələrin inkişafı üçün səylərini
əsirgəməyəcəyini bildirdi.
Görüşdə
Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə
münasibətlərin perspektivlərinə, həmçinin
beynəlxalq və regional məsələlərə dair fikir
mübadiləsi aparıldı. İqtisadi, enerji sahələrində
və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq
məsələlərinə toxunuldu.
Söhbət
zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşdırılması və sülh gündəliyi
barədə fikir mübadiləsi aparıldı.
ABŞ səfiri
COP29-un bu il Azərbaycanda keçirilməsi münasibətilə
təbriklərini çatdırdı.
Görüşdə
COP29 çərçivəsində Azərbaycanla ABŞ
arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq
imkanlarına da toxunuldu.
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.1.