Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları  məsuliyyət növləri

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsi ilə müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Mərkəzi Seçki Komissiyası vətəndaşların məhz bu konstitusion hüquqlarının - seçmək seçilmək hüququnun təmin olunması, seçki qanunvericiliyinin düzgün tətbiq edilməsi, seçkilərin keçirilməsi zamanı aşkarlıq, şəffaflıq, ədalətlilik kimi mühüm prinsiplərin qorunması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil edir. Reallaşdırılan bütün layihələrin başlıca məqsədi seçicilərin digər seçki prosesi iştirakçılarının hüquqlarının azad sərbəst şəkildə təmin olunması üçün hərtərəfli şərait geniş imkanlar yaradılması, seçkilərin hazırlanması keçirilməsi dövründə hüquqazidd hərəkətlərə yol verilməməsidir.

Seçki hüququnun pozulması dedikdə vətəndaşa konstitusiya ilə verilmiş azad seçki hüququnun, yəni seçkilərdə iştirak etmək, seçmək seçilmək hüququnun pozulması başa düşülür. Seçki prosesinin iştirakçılarının tərkibi Seçki Məcəlləsi ilə müəyyən edilib. Bura seçicilər, seçki komissiyalarının üzvləri, namizədlər, qeydə alınmış namizədlər, namizədlərin namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri vəkil edilmiş şəxsləri, habelə müşahidəçilər media mənsubları daxildirlər.

Seçki Məcəlləsi ilə göstərilən subyektlərin seçki prosesində hüquqları da müəyyən olunub. Məsələn, aktiv seçki hüququna malik olan vətəndaş (səsvermə günü daxil olmaqla 18 yaşına çatmış vətəndaş) konstitusiya ilə ona verilmiş seçki hüququnu həyata keçirmək üçün seçicilər siyahısına daxil edilir. Vətəndaşın hər hansı bir səbəbdən müvafiq icra hakimiyyəti orqanı tərəfindən seçici siyahılarına daxil edilməsi üçün məlumatları təqdim etməməsi seçicilərin öz hüquqlarını həyata keçirmələrinə mane olur bu hal vətəndaşın seçki hüququnun pozulması kimi qiymətləndirilir.

Vətəndaşın konstitusiya ilə nəzərdə tutulmuş seçki hüquqlarının pozulmasına görə Cinayət Məcəlləsi, Mülki Məcəllə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət müəyyən edilib. Bundan əlavə, Seçki Məcəlləsinin 115-ci maddəsində vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət yaradan hallar göstərilib. Hüquq pozuntularına yol vermiş aşağıda qeyd edilən şəxslər cinayət, mülki ya inzibati məsuliyyətə cəlb edilə bilərlər:

- zor tətbiqi ilə, aldatma, hədə ilə vətəndaşın seçmək seçilmək hüququna mane olanlar;

- seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər;

- namizədin lehinə imza atmağa vətəndaşları məcbur edən ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olan ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər;

- seçiciləri ələ alanlar, yəni Seçki Məcəlləsinin 88.6-cı maddəsi ilə qadağan edilmiş hərəkətləri edənlər;

- qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməyənlər dəqiqləşdirməyənlər;

- namizədlər barəsində bilərəkdən yalan məlumatlar yayanlar ya namizədlərin şərəf ləyaqətini təhqir edən digər hərəkətləri edənlər (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);

- Seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, media mənsublarının hüquqlarını pozanlar, o cümlədən seçki sənədlərinin surətlərinin məlumatların vaxtında alınması seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozanlar;

- seçkiqabağı təşviqatın aparılması qaydalarını pozanlar, o cümlədən səsvermə gününə bir gün qalmış ya səsvermə günü təşviqat aparan şəxslər;

- Seçki Məcəlləsinin müəyyən etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya digər reklamları hazırlayanlar yayanlar, yaxud xeyriyyə xidmətləri göstərənlər;

- seçki kampaniyasının maliyyələşdirilməsinin Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydalarını pozanlar;

- seçki bülletenlərinin qalıqlarını gizlədənlər ya seçki komissiyasının qeydə almadığı seçki bülletenlərinin, səsvermə vəsiqələrinin əlavə tirajını hazırlayanlar;

- seçki komissiyasının işinə mane olanlar ya seçki komissiyası üzvlərinin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətlərinə qeyri-qanuni müdaxilə edənlər;

- seçki məntəqələrində səsverməyə mane olanlar;

- səsvermənin gizliliyini pozanlar;

- seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər;

- seçki sənədlərini saxtalaşdıranlar, saxta sənədlər tərtib təqdim edənlər (seçki qutularına bir şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri bilərəkdən qeyri-düzgün hesablayanlar ya seçkinin yekunlarını bilərəkdən təqdim ya dərc etməyənlər;

- vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozanlar;

- vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülletenləri verənlər, vətəndaşa doldurulmuş seçki bülleteni verənlər ya birdən artıq seçki bülleteni alınmasına imkan yaradanlar;

- seçkilərin hazırlanmasına keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını, namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarını təqdim dərc etməyənlər;

- Seçki Məcəlləsində nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməyən işəgötürənlər;

- seçki komissiyalarının Seçki Məcəlləsinin pozulması ilə bağlı verdiyi məlumatları yoxlamayan dövlət orqanlarının vəzifəli şəxsləri;

- seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər;

- seçici imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət bələdiyyə orqanlarının, qurumların təşkilatların vəzifəli şəxsləri.

Yuxarıda qeyd edilmiş pozuntulara yol vermiş şəxslər pozuntunun xarakterinə görə İnzibati Xətalar Məcəlləsi ya Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 164 - 179-cu maddələrinə əsasən aşağıdakı pozuntulara görə məsuliyyət nəzərdə tutulur:

- seçkiqabağı ya referendum ilə bağlı təşviqatın aparılması qaydalarının müddətinin pozulmasına görə;

- təşviqat nəşr materiallarının qəsdən məhv etmə ya namizədin seçicilərlə görüşünə mane olmağına görə;

- namizəd haqqında yalan məlumatlar yaymağa, yəni seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə ya onları başqa üsüllarla yaymağa görə;

- Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, media nümayəndələrinin Seçki Məcəlləsi ilə müəyyən  edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin məlumatların vaxtında alınması seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə;

- seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların düzgün, tam vaxtında verilməməsinə görə;

- seçki bülletenlərinin, səsvermə protokollarının vəsiqələrinin verilməsi saxlanması qaydalarının pozulmasına görə;

- dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulmasına, yəni səsvermə başlandıqdan sonra seçkilərin yekunları səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatın qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə;

- seçki (referendum) ilə əlaqədar hədə-qorxu ya zorakılığa çağıran çıxışlar edilməsi, yaxud belə materialların yayılmasına görə;

- seçicinin bilərəkdən birdən çox  seçici siyahısına daxil edilməsinə görə;

- seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun digər hüquqların  pozulmasına görə;

- seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyət verilməsindən imtina etməyə, yəni dövlət ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədi ilə deputatlığa ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə ya seçki (referendum) komissiyasının üzvünə məzuniyyət verilməsindən imtina etməyə görə;

- qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin  icrasını dayandırmamasına görə;

- seçici imzalarının toplanması qaydasının pozulmasına görə;

- seçkilərin (referendumun)  maliyyələşdirilməsi ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulmasına görə;

- təşviqat materillarının hazırlanması yayılması qaydalarının pozulmasına görə;

- səsvermənin nəticələri ya seçkilərin yekunları haqqında məlumatın bilərəkdən təqdim edilməməsi ya dərc olunmamasına görə.

Göstərilən pozuntulara yol vermiş fiziki şəxslər pozuntunun xarakterindən asılı olaraq 50 manatdan 2000 manatadək, vəzifəli şəxslər 150 manatdan 2500 manatadək, hüquqi şəxslər 2000 manatdan 7000 manatadək cərimə edilirlər.

Seçki Məcəlləsinin 116-cı maddəsi ilə müəyyən edilib ki, vətəndaşların seçki hüquqlarının pozulmasına görə məntəqə dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə onların siyasi partiya, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri vəkil edilmiş şəxsləri barəsində bu Məcəllədə nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək cərimənin tətbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Seçki Məcəlləsinin 115-ci maddəsi ilə müəyyən edilmiş bir sıra seçki hüquqlarının pozulmasına görə məsuliyyət isə Cinayət Məcəlləsinin "İnsan vətəndaşın konstitusiya hüquq azadlıqları əleyhinə olan cinayətlər" fəslinin müvafiq maddələrində nəzərdə tutulub.

Seçki hüququnun həyata keçirilməsində yuxarıda qeyd edilmiş bəzi pozuntulara yol vermiş şəxslər barəsində cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 159-cu, 159-1-ci, 160-cı 161-ci maddələrində qeyd olunub.

Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma, vətəndaşı öz iradəsinə zidd səsverməyə məcburetmə ya onun səs verməsinə mane olmağa görə cərimə cəzası ilə yanaşı, ictimai işlər ya yol verilmiş cinayət əməlinin xarakterinə görə, altı aydan iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulub.

Yuxarıda qeyd edilən əməllər ələ alma, aldatma, zor tətbiq etməklə ya zor tətbiqetmə hədəsi ilə törədildikdə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə ağırlaşdırıcı hal kimi maddənin sanksiyasını daha ağır cəza növü əvəz edə bilər.

Cinayət Məcəlləsinin 159-1-ci maddəsi ilə seçkilərdə (referendumda) iştirak qaydalarını pozmağa, yəni namizədlərin, partiyaların, siyasi partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə ya onu pozma, seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olma, seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma cinayət məsuliyyəti yaradan əməl olaraq göstərilməklə, həmin əməllərə görə cərimə cəzası ilə yanaşı, ictimai işlər, islah işləri ya azadlıqdan məhrumetmə növündə cəza tətbiq edilə bilər.

Cinayət Məcəlləsinin 160-cı maddəsi ilə seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə ya təsir göstərmə, həmçinin seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə cinayət məsuliyyəti yaradan əməl kimi xarakterizə olunmaqla maddənin sanksiyasında müvafiq cəza növü nəzərdə tutulub.

Seçki Komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi ya səsvermənin gizliliyinin pozulması Cinayət Məcəlləsinin 161-ci maddəsi ilə cinayət məsuliyyəti yaradan əməl kimi nəzərdə tutularaq cərimə ya müəyyən müddətdə islah işləri növündə cəza tətbiq edilməsi ilə nəticələnir.

İnanırıq ki, seçicilər digər seçki subyektləri qanunvericiliyin tələblərinə dəqiqliklə əməl etməklə, qarşıdan gələn seçkilərin azad, ədalətli şəffaf keçirilməsinə öz töhfələrini verəcəklər.

 

Ramiz İBRAHİMOV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Azərbaycan.-2024.- 19 yanvar, № 11.- S.6.