Rəsmi
Paris beynəlxalq hüquq
normalarına hörmətsizlik
edir
Fransanın Azərbaycana
qarşı iftira və qərəzləri bitib-tükənmək bilmir.
İki ölkə arasında münasibətlər
Fransanın günahı
ucbatından getdikcə
tündləşir. Bu
ölkə əvvəllər
də haqsız olaraq ədalətə, həqiqətə göz yumub Ermənistanı dəstəkləyirdi. Azərbaycan
ərazilərinin vaxtilə
ermənilər tərəfindən
işğal olunduğunu
dilinə gətirməyən
Fransa daim ermənilərin müdafiəsində
dayanıb.
Azərbaycan 44 günlük
Vətən müharibəsində
beynəlxalq hüquqa,
BMT-nin Nizamnaməsinə
uyğun olaraq ərazi bütövlüyünü
təmin etdikdən, Ermənistanı məğlubiyyətə
uğratdıqdan sonra
rəsmi Parisin mövqeyi ölkəmizə
qarşı tamam dəyişdi. Bu dəyişiklik onsuz da isti olmayan
münasibətləri daha
da soyutdu. Açıq-aydın göründü
ki, Fransa İkinci Qarabağ müharibəsində ölkəmizin
qələbəsini istəmirmiş.
Haqqın, ədalətin
zəfər çalmasının
əleyhinə imiş.
Azərbaycanın beynəlxalq
hüquq normaları əsasında öz haqqını bərpa etməsi işğalçı
Ermənistanın havadarlarından
biri, deyərdik ki, elə birincisi
olan Fransanı çox ciddi şəkildə narahat edirmiş.
Təbiidir ki, bizim üçün Fransanın nə istəyib-istəməməsi maraqlı
deyil. Xalqımız
44 günlük Vətən
müharibəsində güclü,
qüdrətli ordusu ilə 30 ilə yaxın ərazilərimizi
işğalda saxlayan Ermənistana qalib gəldi. Ordumuz Qarabağdan, eləcə də başqa bölgələrdən separatçı
və işğalçı
qüvvələri tamam
qovub çıxartdı.
Azərbaycan xalqı olaraq bu, bizim
30 il gecikmiş halalca haqqımız idi. Bunun nə
ermənilərdən ötrü
yaxasını parçalayan
Fransaya, nə də o biri dövlətlərə heç
bir aidiyyəti yoxdur.
Amma Azərbaycanın
regiondakı daim artan gücünü istəməyən, zamanın
diktə etdiyi reallıqla barışmaq
istəməyən Fransa
gündə bir hoqqa çıxardır. Dəyərsiz qərarlar,
qətnamələr və
bəyanatlar qəbul edir. Son günlər
qəbul olunan qərar və qətnamələrə diqqətlə
baxanda belə qənaətə gəlmək
olur ki, fransız senatorlar axşamlar ermənilərlə
bağlı yuxularında
nəyi görürlərsə,
sahah onu Senatda müzakirəyə
çıxarırlar. Doğrudan
da, Paris xəyallar şəhəri imiş.
Yenə də deyəsən fransızlar
yuxularını qarışdırıblar.
Fransa Senatı bir qrup ermənipərəst,
anti-Azərbaycan ovqatlı
senator tərəfindən
təklif edilən daha bir dəyərsiz
qətnamə qəbul
edib. Qəbul olunan bu mənasız
və əsassız qətnamə Azərbaycan
Respublikasının beynəlxalq
səviyyədə, o cümlədən
elə Fransa Respublikasının özü
tərəfindən tanınan
ərazi bütövlüyünə
və beynəlxalq hüququn əsas prinsiplərinə açıq
şəkildə hörmətsizlik
deməkdir.
Başını belə
yararsız qətnamələr
arasında itirib isterik vəziyyətə düşən Emmanuel Makron hökuməti ümid edir ki, Azərbaycana qarşı rəngli və rəngsiz oyunlardan çıxmaqla, təzyiq və qərəzli variantlara əl atmaqla nəyəsə nail ola bilər. Erməni lobbisindən divara vurulmuş şəkil kimi asılı qalmış fransız senatorların özləri də çox yaxşı bilirlər ki, qəbul etdikləri bu qətnamənin heç bir hüquqi əsası yoxdur. Sadəcə olaraq, senatorlar öz ağalarına sadiqliklərini bir daha göstərirlər.
Fransa Senatında
Azərbaycan əleyhinə
qəbul olunmuş qətnamə haqlı olaraq ölkə ictimaiyyəti tərəfindən
böyük narazılıqla
qarşılanıb. Azərbaycan
Respublikasının Milli
Məclisi Fransa Senatının qərarı
ilə bağlı etiraz bəyanatı qəbul edib. Azərbaycan parlamenti haqlı olaraq Fransa Senatına qarşı kəskin etirazını bildirib. Bəyanatda Azərbaycan hökumətinə çağırış
edilir ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri
çağırılması üçün ATƏT-in
rəhbərliyinə müraciət
olunsun. Eyni zamanda Azərbaycan
Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə
yenidən baxılsın.
Bəyanatda həmçinin
Azərbaycanla Fransa arasında mövcud olan iqtisadi əlaqələr
dərindən təhlil
edilərək, lazımi
tədbirlərin görülməsi
də tövsiyə edilir.
Azərbaycan Respublikası
Milli Məclisinin Bəyanatında bildirilir ki, son illərdə
Fransa Respublikasının
siyasi dairələri,
o cümlədən Senatı
və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat
əsasında açıq
irqçi, azərbaycanofob
və islamofob fəaliyyətini daha da intensivləşdirmişdir
və beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik
göstərərək Azərbaycanın
ərazi bütövlüyünə
və suverenliyinə qarşı ədalətsiz
addımlar atmaqda davam edir.
Uzaq və yaxın keçmişi müstəmləkəçilik üzərində qurulan bir dövlətin Azərbaycanı nədəsə
günahlandırmaqda mənəvi
haqqı yoxdur. Makron Fransasının, onun sifarişi ilə oturub-duran Senatın Azərbaycana qarşı qəbul etdiyi bu qətnamə
sözsüz ki, qərəzdən və çirkin niyyətdən
qaynaqlanır. Senatın
təxribatçı addımı
Fransa siyasi dairələrinin ənənəvi
Ermənistan təəssübkeşliyinin
növbəti təzahüründən
başqa bir şey deyil. Paris bu yanlış addımı ilə Azərbaycanı deyil, öz ölkəsini pis vəziyyətə salır.
Makronu erməni
lobbisi hakimiyyətə
gətirib. Elə onlar da belə
boş qətnamə və qərarları ilə onun sonunu
gətirəcək. Günümüzün
dəyişməyən bir
reallığı var
- Ermənistanın havadarının
bu şousu da fiaskoya uğrayacaq.
Gec-tez rəsmi Paris öz səhvini anlayıb geriyə addım atacaq. Nəhayət, Fransa və digər dövlətlər anlamalıdırlar
ki, müstəqil və güclü Azərbaycan dövləti
ilə mənasız,
əsassız qətnamələrlə
danışmaq olmaz.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.7.