Qərbi
Azərbaycan İcması
Fransa Senatının qətnaməsinə cavab verib
Qərbi Azərbaycan
İcması Fransa Senatının 2024-cü il
yanvarın 17-də qəbul
etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə
ilə əlaqədar
bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir:
“İrqçi, islamofob,
azərbaycanofob Fransa Senatı daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib. Fransız Senatında əyləşən
müasir səlibçilər
anlamırlar ki, Azərbaycan öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə
heç kimdən icazə almır və bu mənada
Fransa Senatı öz yerini bilməlidir. Azərbaycanla
bağlı gülünc
ittihamlar irəli sürən Fransa Senatı qoy “Fransada niyə tez-tez az qala
vətəndaş müharibəsi
yaşanır”, “Fransa
niyə Korsika dilini qadağan edir”, “Fransa ordusunun Niger, Mali, Burkino Fasoda
nə işi var”, “Fransa nə
üçün özündən
min kilometrlərlə
uzaqda yerləşən
əraziləri hələ
də müstəmləkə
asılılığında saxlayır” kimi suallara cavab versin.
İkinci Dünya
müharibəsində biabırcasına
məğlub olduqdan sonra başqalarının
mərhəməti ilə
BMT Təhlükəsizlik Şurasının
daimi üzvü statusuna yiyələnmiş,
bir neçə aydır ki bu
qurumda Azərbaycan əleyhinə qətnamə
qəbul etdirə bilməyən Fransa, görünür özünü
Senatın qətnaməsi
ilə ovundurur.
Fransa Senatının
gözünü etnik
və dini nifrət o qədər tutub ki, “Azərbaycanı
və onun müttəfiqlərini öz
qoşunlarını Ermənistan
ərazisindən çıxarmağa”
çağırır. Bununla
Senat özünü lağlağı obyektinə
çevirir.
Qarabağ ermənilərinin
“öz müqəddəratını
təyin etmək hüququ”ndan danışan Fransa qoy gedib Korsikaya,
basklara, Yeni Kaledoniyaya müstəqillik
versin.
Bir tərəfdən
Ermənistanın ərazi
bütövlüyünün qorunmasından danışaraq,
digər tərəfdən
“Dağlıq Qarabağ
respublikası”, “Dağlıq
Qarabağın demokratik
surətdə seçilmiş
liderləri” ifadələrindən
istifadə edən Senat əslində özü-özünü ələ
salır. AZƏRTAC-ın
müxbirinin Yeni Kaledoniyaya girişinə qadağa qoyanlar Azərbaycandan “Dağlıq
Qarabağ respublikasının
siyasi liderləri”nin
buraxılmasını tələb
edir.
Senat “erməni
mədəni irsi”nə görə
narahat olursa, qoy onda Fransanın
əsrlərlə Afrikadan
oğurladığı mədəni
irs nümunələri
ilə məşğul
olsun. Fransanın Qarabağa göndərmək
istədiyi UNESCO missiyası
elə Fransanın özünə göndərilməlidir
ki, həmin oğurlanmış irs nümunələrinin əsl
sahiblərinə qaytarılmasını
təmin etsin.
Qarabağ ermənilərinin
geriyə qayıdışından
danışan səlibçi
mentalitetli Fransa Senatı başa düşməlidir ki, qayıdış qarşılıqlı
olmalı, Qərbi azərbaycanlıların da
Ermənistana qayıdışı
təmin edilməlidir.
Başa düşürük,
azərbaycanofobiya son illər Fransada gəlirli peşəyə,
“qəhrəman”, “alovlu
natiq” olmaq üçün əla fürsətə çevrilir.
Amma Fransa təkcə İkinci Dünya müharibəsində,
son illərdə Afrikada məğlub olmayıb, Fransa həm də
2020-2023-cü illərdə Cənubi Qafqazda məğlub oldu. Son illər özünü təmiz urvatsız edən rəsmi Paris bununla barışmalı, regiona
soxulmaq siyasətindən
əl çəkməlidir.
Avropa İttifaqını
Azərbaycanla münasibətləri
yenidən nəzərə
keçirməyə çağıran
özündən müştəbeh
fransız Senatı elə bilir ki, dünya Fransanın, Avropanın ətrafında fırlanır.
Azərbaycan və
Ermənistanın dekabrın
7-də birbaşa danışıqlarla
əldə etdiyi razılıqlar fonunda fransız Senatının bu təxribatçı addımı siyasi klounluqdur.
Fransanın qardaş
Türkiyəyə yönəlmiş
ittihamlarını da qətiyyətlə rədd
edirik.
Ermənistan da
başa düşməlidir
ki, Fransanın heç kimə lazım olmayan silahları ona sırıması, Avropa İttifaqının Ermənistanda
baza qurması İrəvana heç bir kömək etməyəcək, əksinə
Azərbaycan və Ermənistan arasında sülhün bərqərar
olmasına mane olacaq. Fransanın Ermənistana maksimum verə biləcəyi Qarabağ ermənilərinə
Parisin fəxri vətəndaşı adı
verib baş aldatmaq ola bilər.
Ermənistan 1-ci Respublikanın
səhvlərindən nəticə
çıxarmalıdır”.
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.7.