Ermənistanda
5 ildə cinayətkarlıq
20 dəfədən çox
artıb
Hayastanda cinayət
hadisələrinin sayında
əhəmiyyətli dərəcədə
artım baş verib ki, bu
da sözügedən
ölkənin ümumilikdə
cinayətkarlar məskəninə
çevrilməkdə olduğunu
göstərir.
Bölgələrdə də cinayətkarlıq səviyyəsi əsas etibarilə mülkiyyət
oğurluğu, özgənin
əmlakını qanunsuz
yolla mənimsəmə
və bu qəbildən olan qanunazidd əməllər
hesabına çoxalmaqdadır.
Məhz bu da iqtisadi problemlərin
Hayastan üçün
daha bir fəsad yaratdığını,
yəni ölkənin
kriminogen durumunu xeyli ağırlaşdırdığını
təsdiqləyir.
Eyni zamanda ölkə iqtisadiyyatında
yaranmış böhranlı
vəziyyət, əhalinin
əksəriyyətinin yoxsulluğun
son həddində yaşaması, işsizliyin
tüğyan etməsi
və özbaşınalıq
halları iş adamlarını bu ölkədən qaçırır.
"4rd.am" nəşri yazıb ki, ağır cinayətlərin
sayı hakimiyyət dəyişikliyindən əvvəlki
beş ildə 34, hakimiyyət dəyişikliyindən
sonrakı beş ildə isə 669 hadisə artıb. Başqa sözlə, xüsusilə təhlükəli
cinayət təxminən
20 dəfə artıb.
2023-cü ilin yanvar-noyabr
aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə
bu cinayətlər 2 dəfə artıb.
Qeyd olunub ki, Hayastanın xarici təhlükəsizliyinə
təhdidlərin dərinləşməsi
və onların gündəlik təzahürləri
bu hakimiyyətin əsas gündəmini təşkil edir: "Saxta "sülh" paketləməsi, dönməz
itkiləri olan real müharibələr, milli və dövlət
maraqlarının hakimiyyətin
dar siyasi və şəxsi maraqlarına tabe edilməsi, yeni müharibəyə rəvac
verən təhdidlər.
Lakin daxili təhlükəsizliyin artan
problemləri və real çağırışları
heç də az əhəmiyyət kəsb etmir. Rəsmi statistikaya görə, son beş ildə cinayətlər və cəmiyyətin daxili təhlükəsizlik riskləri
kəskin şəkildə
artıb.
Bildirilib ki, cinayətlərin ümumi
sayında 2013-2017-ci illərdə 10,6 faiz, hakimiyyət dəyişikliyindən
sonrakı beş ildə - 2018-2022-ci illərdə
isə 66,8 faiz artım qeydə alınıb, yəni artım tempi təxminən 6,3 dəfə
olub. Son məlumatlara görə, yüksək artım
2023-cü ilin yanvar-noyabr
aylarında da davam edib.
Ağır cinayətlərin
sayı hakimiyyət dəyişikliyindən əvvəlki
beş ildə 11,7 faiz azalma, hakimiyyət
dəyişikliyindən sonrakı
beş ildə isə 40 faiz çoxalma qeydə alınıb. Əvvəlki
beş ilin yüksək artım tempi 2023-cü ilin yanvar-noyabr aylarında əhəmiyyətli dərəcədə
yüksəlib.
Qeyd edilib ki, narkotiklərlə bağlı cinayətlərin
sayı hakimiyyət dəyişikliyindən əvvəlki
beş ildə, demək olar ki, dəyişməyib, hakimiyyət dəyişikliyindən
sonra - 2018-2022-ci illərdə
isə 2,6 dəfə
artıb. 2023-cü ilin
yanvar-noyabr aylarında
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
bu göstərici 2,3 dəfə artaraq, müstəqillik əldə
etdikdən sonra qeydə alınan illik artım göstəriciləri ilə
müqayisədə misilsiz
olub. O da əlavə edilib ki, korrupsiya cinayətlərinin sayı
hakimiyyət dəyişikliyindən
əvvəlki və sonrakı beş ildə bir-birinə kifayət qədər yaxındır, baxmayaraq ki, hazırkı hakimiyyət korrupsiyaya qarşı mübarizəni
özünün prioriteti
və əsas şüarı kimi elan edir. Görünən
odur ki, hər il Hayastan
vətəndaşlarının yaşayışı ötənilkindən
daha ağır olur.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.8.