Xalq
doğru və müdrik seçimini edəcək
7
fevral Prezident seçkiləri günüdür
"Fevralın 7-də ölkəmizin ictimai-siyasi
həyatında çox
əlamətdar hadisəyə
şahidlik edəcəyik.
Azərbaycan vətəndaşları
səbirsizliklə gözlədikləri
tarixi gündə fəal iştirak edəcək, öz layiqli namizədlərinə
səs verəcəklər.
Növbədənkənar prezident
seçkilərinin keçirilməsi
qərarı sanki çoxdan gözlənilmiş
xəbər kimi xalqımızı razı
saldı. Bunun nəticəsidir ki, müvafiq sərəncamdan
sonra mediada çox böyük minnətdarlıq hissi ilə yazılmış şərhlər oxuyuruq. Budəfəki seçkilərin
Zəfər seçkisi
olması da bu baxımdan xüsusi əhəmiyyət
kəsb edir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Məlahət İbrahimqızı
deyib. Deputat bildirib ki, seçkilərin
ilk dəfə ölkəmizin bütün
ərazilərində keçirilməsi
barədə qərar
xalqımızın hər
bir nümayəndəsini
sevindirir. Son 200 illik dünya tarixində hələ heç bir dövlət uzun illər düşmən tapdağında qalmış
torpaqlarını işğaldan
azad edə bilməyib. Bu, dövlətimizin uğurlu
xarici siyasəti, düşünülmüş siyasi gedişləri hesabına baş verib. Ona görə
də seçkilərdə
fəal iştirak edərək layiqli namizədə səs vermək hər birimizin mənəvi vətəndaşlıq borcudur.
Məlahət İbrahimqızı
deyib ki, növbədənkənar prezident
seçkiləri Zəfər
seçkisi olmaqla, dünyanın müxtəlif
ölkələrində baş
tutmuş hansısa seçkilərlə müqayisə
oluna bilməz: "Azərbaycan demokratik seçkilər keçirməyə
qadirdir. Elə ilkin prosedurlardan da görünür ki, bütün proses demokratik və şəffaf aparılır. Ümumiyyətlə,
bütün dünyaya
məlumdur ki, Azərbaycan demokratik dəyərlərə, humanizm
və ədalətlilik
prinsiplərinə hər
zaman sadiqdir. Bunu həm daxili,
həm də xarici siyasəti ilə bağlı atdığı bütün
addımlarında sübuta
yetirir".
Deputatın sözlərinə
görə, bu seçkilərdə 7 namizədin
hər birinə bərabər imkanlar yaradılacaq: "Seçkidə
iştirak etmək hüququna sahib olan Azərbaycan vətəndaşı siyasi
iradəsini sərbəst
formada ifadə edərək, öz namizədinə səs vermək imkanına malik olacaq. Ümid
edirik, xalqımızın
doğru seçimi bizi daha işıqlı
sabahlara aparacaq. Fevralın 7-dən sonra hələ çox uğurlu addımlar atacağıq, qazandığımız
zəfərlərin bizə
bəxş etdiyi üstünlükləri daha
çox dadacağıq".
Məlahət İbrahimqızı
seçki prosesi barədə də məlumat verib. Deyib ki, Konstitusiyanın
müvafiq maddələrinə
müvafiq olaraq, vətəndaşlarımızın cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz
iştirak, dövlətin
idarə olunmasında
iştirak və dövlət orqanlarına
seçmək və seçilmək hüququna
təminat verilir. Konstitusiyada təsbit edilmiş bu hüquqları gözləmək
və qorumaq üçün bütün
aidiyyəti orqanlar səfərbər edilib. Yəni növbədənkənar
prezident seçkilərinin
hazırlanması və
keçirilməsi, səslərin
hesablanması, səsvermənin
yekunlarının, seçkilərin
nəticələrinin müəyyən
edilməsinin açıq
və aşkar həyata keçirilməsi
üçün heç
bir maneə yoxdur.
Deputat yekunda qeyd edib ki,
Azərbaycan xalqı müdrik, qətiyyətli
və cəsarətlidir.
Hər zaman seçim məqamı yetişəndə doğru
qərar verməyi bacarıb. İnanırıq
ki, xalqımızın
taleyi yenə etibarlı əllərə
həvalə olunacaq".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.10.