Gənclər
bu seçkilərin də ən fəal iştirakçıları
olacaqlar
7
fevral Prezident seçkiləri günüdür
44 günlük Vətən
müharibəsində torpaqlarımızın
işğaldan azad edilməsi və ötən ilin sentyabrındakı antiterror
əməliyyatları nəticəsində
Qarabağda erməni separatizminə birdəfəlik
son qoyulması Azərbaycanın müasir
dövlətçiliyinin ən
əlamətdar hadisələrinə
çevrilməklə yanaşı,
tariximizdə və respublikamızın
bundan sonrakı inkişafında tamamilə
yeni mərhələnin
başlanğıcı oldu.
Növbədənkənar prezident seçkilərinin
elan edilməsi torpaqlarımızın azadlığı
kimi milli prioritetin qətiyyətlə
reallaşması və
Azərbaycanın yeni
tarixi dövrə qədəm qoyması ilə əlaqədar qəbul olunan siyasi qərardır.
Qürur
hissi ilə qeyd etməliyik ki, Azərbaycan artıq uzun müddətdir özünün
müasir dövlətçilik
tarixinin ən qüdrətli mərhələsini
yaşayır. Ötən
20 ildə keçdiyimiz
dinamik inkişaf yolundan, tam iqtisadi
müstəqilliyimizin təmin
olunmasından başlamış
respublikamızın beynəlxalq
mövqelərinin daha
da möhkəmlənməsinə,
qlobal nüfuzunun yüksəlməsinə qədər
nail olduğumuz hər bir möhtəşəm
uğur bu reallığı təsdiq
edən mühüm siyasi-iqtisadi faktorlardır.
Ərazi bütövlüyümüzün
tam bərpa edilməsi, respublikamızın
hər yerində konstitusiya quruluşunun bərqərar olunması,
200 illik dövrdə bütün faciələrimizin
səbəbi olmuş
erməni separatizminin məhv edilməsi isə bu nailiyyətlərimizin
zirvə nöqtəsidir.
Bununla da xalqımız tariximizin torpaqlarımızın azadlığı
uğrunda mübarizə
mərhələsini, habelə
yüksəlişinin parlaq
qələbələr və
uğurlarla zəngin bir dövrünü layiqincə başa vurdu.
Qarşıda isə
dövlət və xalq olaraq bizi
yeni inkişaf hədəfləri gözləyir.
Yeni milli prioritetlərə doğru
ilkin siyasi addımlardan birincisinin məhz prezident seçkiləri olması
tamamilə məntiqlidir.
Çünki respublikamızda
seçkilər təqvim
ardıcıllığına uyğun olaraq öz vaxtında keçirilməli olsaydı,
qədəm qoyduğumuz
yeni dövrün ilk seçkisi bu ilin sonunda
keçiriləcək bələdiyyə
seçkiləri olacaqdı.
Lakin yeni dövrə qədəm qoyarkən ilk seçkinin prezident seçkiləri olması
daha doğru və daha müdrik
siyasi başlanğıcdır.
Geridə qoyduğumuz
20 illik mərhələyə
də elə bu prezident seçkiləri
ilə yekun vurulacaq.
Seçkilərin növbədənkənar
keçirilməsinə gəldikdə
isə, bütün dünyada qəbul olunmuş bu siyasi təcrübə ölkəmizdə də hüquqi norma kimi təsbit olunub. Seçkilər növbədənkənar keçiriləndə
sadəcə seçicilər
öz siyasi iradələrini vaxtından
əvvəl ifadə edirlər. Azərbaycan qanunvericiliyi növbəti
prezident seçkilərinin
keçirilməsi ilə
növbədənkənar prezident
seçkilərinin keçirilməsi
arasında hər hansı hüquqi prosedur, yaxud müddət fərqi müəyyən etmir.
Növbədənkənar prezident seçkilərinə
20 günə yaxın
müddət qalır.
Ötən aydan başlanmış seçki
kampaniyasının bir
neçə mərhələsi
artıq arxada qalıb. Mərkəzi Seçki Komissiyası 7 nəfər namizədin seçkilərdə iştirakını
təsdiq edib. MSK-nın təqvim planına əsasən, yanvarın 15-dən etibarən
namizədlərin seçkiqabağı
təşviqat mərhələsi
başlayıb. Gedişat
göstərir ki, təşviqat mərhələsində
bütün namizədlər
üçün bərabər
şərait yaradılıb.
Hər bir namizəd, namizədin səlahiyyətli nümayəndələri
və vəkilləri
istər kütləvi-informasiya
vasitələrində, istər
açıq və qapalı məkanlarda, istərsə də qanunvericiliklə təsbit
olunmuş bütün
formalarda təşviqatla
məşğul ola bilərlər.
Bütün bunlar
ilk növbədə Azərbaycanda bərqərar
olunmuş demokratik seçki mühitindən
xəbər verir. Bu baxımdan qarşıdan gələn
prezident seçkiləri
Azərbaycanın demokratik
inkişafının növbəti
təntənəsinə çevriləcək.
Naxçıvan Muxtar
Respublikasında da prezident seçkiləri kampaniyası qanunvericiliyə
uyğun davam edir. Seçki komissiyalarının üzvlərinin
ilik və bacarıq səviyyələrinin
yüksəldilməsi, vətəndaşların
seçki hüquqlarının
təmin edilməsi, ilk dəfə səs verəcək gənc seçicilərin
maarifləndirilməsi, onlara
hüquq və vəzifələrinin izah
edilməsi ilə bağlı müxtəlif
tədbirlər təşkil
olunur. Bu sırada Azərbaycan Respublikasının Gənclər
Fondunun dəstəyi,
Azərbaycan Könüllü
Təşkilatları İttifaqının
təşkilatçılığı ilə seçki könüllülərinin ilk
dəfə səs verəcək gənclərlə
görüşlərini xüsusi
qeyd etməliyik. "Gəncin səsi, Gələcəyin səsi!"
şüarı altında
keçirilən görüşlərdə
məqsəd ilk dəfə səs verəcək gənclərə
onların hüquq və vəzifələrini
izah etmək, seçki prosesində iştirak üçün
lazım olan prosedur qaydaları barədə ətraflı
məlumat vermək və bütün gəncləri seçkidə
iştirakçılığa səsləməkdir. Belə
görüşlər çərçivəsində
maarifləndirmə sessiyaları
ilə yanaşı, gənclərin asudə vaxtlarının səmərəli
və əyləncəli
təşkil edilməsi
məqsədilə onların
maraqlarını əhatə
edəcək müxtəlif
mövzularda kvestlər,
komanda quruculuğu və şəbəkələşmə
oyunları həyata keçirilir.
Ümumiyyətlə isə, muxtar respublikada seçkilərin
yüksək səviyyədə
təşkil olunması,
azad, ədalətli və şəffaf keçirilməsi yönündə
hər bir şərait tam təmin edilib. Bütün seçki məntəqələri lazımi
texniki və metodiki vəsaitlərlə
təchiz olunub. Seçki məntəqələrində seçicilərin
rahat, sərbəst, şəffaf şəraitdə
səs vermələri,
müşahidələrin aparılması
üçün hər
cür şərait yaradılıb. Məntəqələrdə
quraşdırılmış müşahidə kameraları
vasitəsilə seçki
prosesini canlı izləmək mümkün
olacaq.
Əsrlərdir məhrumiyyətlərə,
əsarətə, torpaq
itkilərinə düçar
olmuş bir toplumdan artıq müzəffər xalqa çevrilmişik. Ona görə qarşıdan
gələn prezident seçkiləri bir neçə mühüm tarixi məqamla əlamətdardır. Belə
ki, bu seçkilər
torpaqlarımızın tam
azadlığı şəraitində
keçiriləcək. Bu
seçkilər müstəqillik
dövründə ilk
dəfə olaraq Azərbaycanın bütün
ərazilərində baş
tutacaq. Olduqca qürurvericidir ki, biz bu seçkiyə
qalib xalq kimi gedirik.
Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi ilə yeni reallıqlar
yaranıb və qarşıda bizi
həyata keçirməli
olduğumuz yeni milli prioritetlər gözləyir. Qarabağ və Şərqi Zəngəzurun bərpası,
yüz minlərlə
soydaşımızın öz
doğma yurdlarına qayıdışı, yeni
iqtisadi və sosial inkişaf göstəricilərinə nail
olunması, sabitliyin və təhlükəsizliyin
davamlılığının qorunması kimi hədəflərimiz, böyük
planlarımız var. Habelə qarşıdakı
illərdə yeni islahatlara start veriləcək. Bu mənada fevralın 7-nə
təyin olunmuş növbədənkənar prezident
seçkiləri xüsusi
əhəmiyyətə malikdir.
Bütün tarixi
proseslərdə, siyasi
hadisələrdə doğru
qərarlar verən xalqımız qarşıdan
gələn prezident seçkilərində də
müdrik seçimini
edəcək. Bu seçkidə xalqımız
özünün firavan
və təhlükəsiz
gələcəyinə, indiyə
qədər əldə
edilmiş uğurların,
Azərbaycanın yüksəlişinin
yeni dövrdə də davamına və
yeni zəfərlərə
səs verəcək.
O cümlədən hər
zaman seçkilərdə
yüksək fəallıq
nümayiş etdirmiş,
doğru seçim etmiş Naxçıvan seçiciləri də ən layiqli namizədi dəstəkləyəcəklər.
Cəbi QULİYEV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.10.