İqtisadi
islahatların innovativ
idarəetmə modeli
8 il əvvəl
ölkədə aparılan
iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və
bu sahədə işlərin səmərəli
əlaqələndirilməsini təmin etmək məqsədilə İqtisadi
İslahatların Təhlili
və Kommunikasiya Mərkəzi (İİTKM) təsis
olundu. Bu illər ərzində
İİTKM beynəlxalq təcrübədə
geniş yayılmış
"beyin və əməl" mərkəzi
(think and do tank) kimi
işini qurdu. Hazırda iqtisadi islahatların real vaxt rejimində idarə edilməsi ölkədə strateji idarəetmənin tərkib
elementinə çevrilib.
2023-cü ildən İİTKM texnoloji inqilabın çağırışlarına uyğun olaraq süni intellektlə insan zəkasının birgə işini - kiborq yanaşmasını
tətbiq edir. Beləliklə, uğurun əsasında bir tərəfdən qalib dövlətin aparıcı
"beyin və əməl mərkəzi"
mandatı, digər tərəfdən isə qabaqcıl idarəetmə
texnologiyaları dayanır.
Bunu mərkəzin ötənilki fəaliyyətində
də aydın görmək mümkündür.
Azərbaycanda tam
təkmil monitorinq və qiymətləndirmə
institutu formalaşıb
İİTKM-in 2023-cü ildə əldə etdiyi ən böyük uğurlardan biri Azərbaycanda monitorinq və qiymətləndirmə institutunun
kəmiyyət və keyfiyyət baxımından
yeni mərhələyə
çatdırılmasıdır. Mərkəzə monitorinq
və qiymətləndirilməsi
həvalə olunmuş
onlarca strategiya, dövlət proqramı və fəaliyyət planlarının icra vəziyyətinə nəzarət
böyük verilənlər
bazası yaradır. Dünyada datanın əsas əmtəəyə
çevrildiyi bir vaxtda İİTKM-də tətbiq edilən proqram təminatları strukturlaşmış data
yaradır ki, bu da data
əsaslı idarəetməni
gücləndirir.
Bu dövlət
sənədləri arasında
əhatə dairəsinə
görə digərlərindən
fərqlənən "Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası"nın
monitorinq və qiymətləndirilməsi çərçivəsində
il ərzində 33 əsas icra orqanının iştirakı
ilə 8 işçi
qrup formalaşdırılıb
və bu qruplar effektiv şəkildə əlaqələndirilib,
işçi iclas və görüşlərin
vaxtında keçirilməsi
təmin olunub və görülmüş
işlərin istər
ictimaiyyət, istərsə
də əlaqədar qurumlar üçün kommunikasiyası aparılıb.
2023-cü ilin hesabatları
www.azerbaijan2030.gov.az portalına yerləşdirilib və data-əsaslı idarəetmə
üçün zəmin
yaradıb.
Mərkəzin monitorinq
və qiymətləndirməsini
apardığı digər
dövlət sənədləri
isə "Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı"
və "Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər
üçün Dövlət
Proqramı" başda
olmaqla, iqtisadi və sosial həyatın ən müxtəlif sahələrini,
o cümlədən tikinti,
qida, məşğulluq,
standartlaşdırma, nəqliyyat
və logistika kimi sahələri əhatə edir. Monitorinq və qiymətləndirilmə əgər
əvvəllər fəaliyyət
əsaslı idisə,
indi daha çox səmərəliliyin
qiymətləndirilməsi əsasında
həyata keçirilir.
Beləliklə, nəticə
əsaslı büdcə
və proqram idarəetməsi birləşdirilir.
Monitorinq və
qiymətləndirmə fəaliyyətində
süni intellekt faktoru
Hazırda İİTKM-də monitorinq və qiymətləndirmə
nəticəsində strateji
baxış, əsas hədəf göstəriciləri,
məqsədlər, prioritetlər,
fəaliyyət istiqamətləri,
tədbirlər, həmçinin
hər bir tədbirin ilkin, aralıq və son nəticələri olmaqla on minlərlə
data toplanır. Belə çeşidli dataların əsasında
monitorinqi həyata keçirilən proqramların
əsas uğurlarını,
çağırışları, riskləri və tövsiyələri müəyyənləşdirmək
üçün süni
intellekt imkanları tətbiq olunur. Elə www.azerbaijan2030.gov.az,
www.boyukqayidish.gov.az və
www.nakhchivan2027.monitoring.gov.az portalları
da bu ehtiyacın innovativ həllinə hesablanıb. Qeyd olunan portallar yalnız şəffaflığı
təmin etmir, eyni zamanda monitorinq
və qiymətləndirmə
prosesinin tərəfləri
arasında "kommunikasiya
məsafəsi"ni azaldır.
Ötən il ərzində
İİTKM rəqəmsal ticarət platformalarında
da Azərbaycanın mövqeyini
gücləndirməyə davam
edib. Bu məqsədlə
mərkəzin nəzdində
fəaliyyət göstərən Rəqəmsal
Ticarət Qovşağı
yeni Yol Xəritəsi hazırlayıb.
Bu Yol Xəritəsinə əsasən,
qeyri-rezidentlər yenilənmiş
portal (mresidency.az) vasitəsilə ölkəmizə gəlmədən
mobil imzaların alınması, fiziki şəxslər üçün
məsafədən bank hesablarının
açılması, hüquqi
şəxsin onlayn qeydiyyatı, əmək müqavilələrinin qeydiyyatı,
notariat xidmətləri,
virtual hüquqi ünvanın
qeydiyyatı, "metaverse" virtual məkanda əməkdaşlıqların
qurulması üçün
konsaltinq və digər elektron xidmətlərə bir pəncərədən müraciət
edə biləcəklər.
Bu da dövlət-özəl tərəfdaşlığı çərçivəsində Azərbaycanın investisiya
cəlbediciliyini artırmağa,
ticarət əlaqələrini
gücləndirməyə və
"bir pəncərə"
sistemi ilə qeyri-rezidentlərə elektron
xidmətlər paketinin
təqdim olunmasına
şərait yaradacaq.
Ölkədə həyata
keçirilən islahatları
iqtisadi cəhətdən
qiymətləndirməyə imkan verən təhlil alətləri
İİTKM-də mütəmadi
olaraq istifadə edilməkdədir. Mərkəzin
iqtisadi modellər laboratoriyasında mövcud
olan Maliyyə Proqramlaşdırılması modeli,
Dinamik Stoxastik Ümumi Tarazlıq modeli, iqtisadi fəaliyyət sahələri
arasındakı qarşılıqlı
əlaqələri nəzərə
almaqla müxtəlif iqtisadi təsirləri simulyasiya etməyə imkan verən Xərclər-buraxılış modeli və digər ekonometrik modellər əsasında təhlillər 2023-cü ildə
də davam etdirilib.
"Enterprise
Azerbaijan" - startapçıların ən yaxın dəstəkçisi
Müasir innovasiyalardan
yararlanmaqla qeyri-neft-qaz
sektorunun inkişafına
dəstək məqsədilə
yaradılmış "Enterprise
Azerbaijan" portalının 2023-cü il
üçün ən
böyük uğuru startaplarla bağlı olub. Təkcə
"Startup School - 1" layihəsinin uğurla gerçəkləşdirilməsi
Azərbaycanın startap
ekosisteminə verilmiş
ən böyük töhfə sayıla bilər. ABŞ-nin Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi
ilə birgə həyata keçirilmiş
beynəlxalq müsabiqəyə
dünyanın 10-a yaxın
ölkəsindən (ABŞ, Almaniya, İrlandiya, Türkiyə, Mavritaniya,
Pakistan, Qazaxıstan, Azərbaycan
və s.) 200-dən çox
layihə təqdim edilib. Daxil olmuş layihələrdən 33 ən
yaxşı komanda (layihə) seçilərək,
tədris sessiyasına
cəlb olunub. Onlara ABŞ, İsrail, Polşa, Fransa, İsveç,
İngiltərə, Türkiyə
və Azərbaycandan olan professor və beynəlxalq ekspertlər tərəfindən 60+ saat
onlayn və 15 günlük oflayn təlimlər, həmçinin
ustad dərsləri keçirilib.
Təlimlərdə iştirak
etmiş 33 layihədən
10 ən yaxşı layihə final mərhələsinə
adlayıb, onların arasından isə ilk 3 yerin sahibləri seçilib. "Entertprise
Azerbaijan"
I yerin
qalibi olmuş "Abroadventure" komandasının
üzvlərinin Nevada Universitetində
I2B təlimlərdə iştirak
etmək üçün
ABŞ-yə səfərini
təşkil edib.
İlin sonunda
"Enterprise Azerbaijan" növbəti
"Startup School" layihəsinin keçiriləcəyinə dair
elan paylaşıb. İlkin
reaksiyalar bu layihəyə də marağın böyük
olacağını göstərir.
"Startup School - 2"nin əsas devizi "AI for Karabakh"dır
(Qarabağ üçün
süni intellekt). Bu layihənin gerçəkləşməsi
üçün "Enterprise
Azerbaijan" öz partnyorlarının
siyahısına Alman Süni
İntellektin Araşdırma
Mərkəzini də
əlavə edib. Layihədə məqsəd
yerli startapları inkişaf etdirməklə
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramının
icrası zamanı qarşıya çıxa
biləcək çağırışların
süni intellekt vasitəsilə həllinə
nail olmaq, Azərbaycanda
gənclərin texnologiya
savadını inkişaf
etdirməklə insan resurslarının inkişafına
töhfə verməkdir.
İİTKM
"Metaverse"də də mövcuddur
Müasir trendləri
yaxından izləyən və ən son texnologiyaları
öz fəaliyyətində tətbiq etməyə
çalışan İİTKM metareallıqdan da yan keçməyib.
Hələ ilin əvvəlində mərkəzin operatoru
olduğu "Azexport" portalı və Rəqəmsal Ticarət
Qovşağının "MTradeVerse" platformasında
virtual reallıq formatında rəqəmsal inzibati binası
hazırlanıb. İnteraktiv avatarlara və süni intellektə
uyğun fərdiləşdirilə bilən bu platforma Azərbaycanın
metareallıqda təqdim olunan ilk dövlət xidməti kimi
tarixə düşüb. Bir faktı qeyd edək ki, "McKinsey"nin
hesabatına əsasən, 2030-cu ilə kimi metasahənin 5
trilyon ABŞ dollarına qədər genişlənəcəyi
gözlənilir. 2023-cü ilin sonunda isə mərkəz
metareallıqda mövcudluğunu bir qədər də
genişləndirərək, "Azexport"un təşəbbüsü
ilə "MTradeVerse"də regionun ilk virtual sərgi və
konfrans məkanını istifadəyə verib. Virtual məkan
zamandan və məkandan asılı olmadan dünyanın istənilən
nöqtəsindən istifadəyə açıq olmaqla
"Made in Azerbaijan" brendli məhsulları daha geniş
auditoriyaya çatdırmağa xidmət edir.
İİTKM Azərbaycanın
və regionun ən sanballı beyin mərkəzlərindən
biri kimi 2023-cü ildə də intellektual məhsul ortaya
qoymağa davam edib. Mərkəz il ərzində 9 kitab -
monoqrafiya, dərslik, dərs vəsaiti və tədris
proqramı təqdim edib. Sadəcə türk
dünyasının iqtisadi mənzərəsinin
canlandırıldığı "Türk dövlətləri
iqtisadiyyatı" kitabının yazılmasında yeddi
türk dövlətinin iqtisadi tədqiqatlar sahəsində
tanınmış 35-dən artıq alimi iştirak edib. Eləcə
də "Rəqəmsal iqtisadiyyat", "İslam maliyyə sistemi
və Azərbaycanda perspektivləri", "Heydər
Əliyev və Azərbaycanın kənd təsərrüfatı",
"İnnovasiya və sahibkarlıq: startap ekosistemi"
kitablarının ərsəyə gəlməsi
üçün mərkəzin əməkdaşları ilə
yanaşı, digər yerli və xarici qurumların əməkdaşlarının
da yaxından iştirakı təmin olunub.
Qeyri-neft-qaz ixrac
coğrafiyası genişlənir,
biznes mühiti yaxşılaşır
İİTKM qeyri-neft sektorunun inkişafı istiqamətində fəaliyyətini
yola saldığımız
ildə də davam etdirib. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə 2023-cü ilin
yanvar-dekabr ayları ərzində hüquqi və fiziki şəxslər tərəfindən
1564 dəfə müraciət
daxil olub. Ümumilikdə, 3607 ədəd
sertifikat verilib. Hesabat dövrü ərzində "Bir Pəncərə" İxraca
Dəstək Mərkəzi
vasitəsilə 242,9 milyon
ABŞ dolları dəyərində
ixrac həyata keçirilib. Mərkəz
vasitəsilə qeyri-neft
məhsullarının aylıq
ixracında ən yüksək göstərici
noyabr ayında 42 milyon ABŞ dolları olaraq qeydə alınıb. Üstəlik,
"Azexport"un xətti
ilə 46 adda məhsula birillik "Sərbəst satış"
sertifikatı verilib. Bundan başqa,
"azexport.az" portalı üzərindən ölkədaxili
çatdırılma xidməti
istifadəyə verilib.
Ölkəmizdə biznes
mühitinin yaxşılaşdırılması
üçün çalışan
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya ötən il də aktiv
fəaliyyət göstərib.
Bunu komissiyanın
internet portalı olan
"www.azranking.az"da da görmək mümkündür. Komissiyanın
işçi qrupları
müntəzəm şəkildə
iclaslar keçirib və beynəlxalq indekslər nəzərə
alınmaqla vacib qərarlar qəbul edib. Həmçinin ötən il azranking.az portalı
yenilənib və funksionallığı artırılıb,
sahibkarlar üçün
"Elektron məlumatlandırma
sistemi" yaradılıb.
2023-cü ildə İİTKM beynəlxalq
və regional əməkdaşlıqlara
da xüsusi önəm
verib. Ötən il ərzində İslam Ölkələri
üzrə Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Tədris Mərkəzi, Mərkəzi
Asiya Regional İqtisadi Əməkdaşlıq
İnstitutu, Pakistan Xarici
Əlaqələr Şurası
ilə anlaşma memorandumları imzalanıb.
Bu sənədlər İİTKM-ə daha genişmiqyaslı layihələr həyata keçirməyə, beynəlxalq
tədqiqat təcrübəsini
artırmağa, həmçinin
Azərbaycanla bağlı
reallıqları daha geniş platformalarda təbliğ etməyə
imkan verir. Hesabat ili ərzində
mərkəzin əməkdaşları
ABŞ, Çin, Fransa, Almaniya,
Yaponiya, Türkiyə,
Polşa, Estoniya, Macarıstan və Qazaxıstanda keçirilmiş
beynəlxalq konfrans və tədbirlərdə
iştirak ediblər, işgüzar görüşlər
keçiriblər.
Türk dövlətlərinin ümumi
inkişafı ilə
bağlı araşdırmalar
davam etdirilib
İİTKM-in nəzdində fəaliyyət
göstərən Türk Dünyası
Araşdırmalar Mərkəzi
(TDAM) də ötən
il çox məhsuldar
işləyib. Türk Dövlətləri
Təşkilatının (TDT) Katibliyi ilə sıx əməkdaşlıq
quran TDAM 35 müəllifli
"Türk dövlətləri iqtisadiyyatı" kitabını
da bu əməkdaşlığın
nəticəsi kimi ortaya qoyub. Kitabın
Azərbaycan, Türkiyə,
Qazaxıstan və Macarıstanda geniş təqdimatları keçirilib.
İİTKM-də keçirilmiş
təqdimatda TDT-nin
Baş katibi Kubanıçbek
Ömüralıyev şəxsən
iştirak edib. Bundan başqa, TDAM Türkiyənin İstanbul şəhərində
keçirilən İqtisadi
Əməkdaşlıq üzrə
İşçi qrupun
14-cü görüşündə türk dünyasının
interaktiv geoiqtisadi xəritəsinin hazırlanması
təklifini verib və bu təklif
böyük razılıqla
qarşılanıb. Hazırda
bu xəritənin hazırlanması üzərində
işlər davam etdirilir. Eyni zamanda TDAM-ın da aktiv təşəbbüskarlığı
ilə TDT və
Türk Akademiyasının nəzdində İqtisadi Siyasət Araşdırma Mərkəzləri Şəbəkəsi
təsis olunub və bu çərçivədə
Ankarada "Türk İqtisadiyyatları
2023: Rəqəmsal Ticarət
və İnvestisiya Hesabatı" təqdim olunub. Bundan başqa, Qazaxıstan və Macarıstanda keçirilmiş bir çox konfransda TDAM-ın aktiv iştirakı
təmin olunub.
Kommunikasiyanın qovşağı
İİTKM 23
internet resursu ilə həm mərkəzin fəaliyyəti, həm də Azərbaycanda qeyri-neft-qaz sektorunda əldə olunmuş nailiyyətlər barədə
Azərbaycan ictimaiyyətini
müntəzəm şəkildə
məlumatlandırmağa davam
edib. Mərkəzin istifadə etdiyi kommunikasiya platformalarına
"Facebook", "X", "Instagram",
"LinkedIn", "Telegram" və
"YouTube" kimi dünyanın
əsas sosial şəbəkələri daxildir.
Mərkəzin rəsmi
internet saytları da il ərzində
aktivliyini qoruyub saxlayıb. İİTKM-in kommunkasiya
komandası Azərbaycanın
yerli televiziya kanalları, xəbər saytları və qəzetlərinin imkanlarından
istifadə edərək,
il ərzində ümumilikdə
320-dən çox xəbərin
yayılmasını təmin
edib.
İİTKM yalnız ictimai-publisistik müstəvidə deyil, yerli və xarici
elm platformalarında da aktiv
iştirak edib.
2023-cü il ərzində mərkəzin
əməkdaşlarının yerli elmi jurnallarda
20-dən artıq elmi
məqaləsi dərc
edilib. İngiltərə,
Kanada, Türkiyə, Çexiya
və Rusiya başda olmaqla, xaricdə dərc olunmuş elmi məqalələrin sayı
isə 10-dək olub.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.11.