Qarabağ
və Şərqi Zəngəzur bu gün də hünər meydanıdır
30 illik işğala
son qoyulduqdan sonra Qarabağın dirçəldilməsi, bərpa-quruculuq
işləri Azərbaycan
dövlətinin qarşısında
duran ən əsas məsələ oldu. Bu məqsədlə
qəbul edilən Böyük qayıdış
proqramında viran qalmış yurd yerlərinin yenidən qurulması, "ağıllı"
kənd və şəhərlərin, müasir
infrastrukturun yaradılması
önə çəkildi.
"Ağıllı kənd" Ağalıya
ilk köç 2022-ci ilin 19 iyulunda baş tutdu. 2023-cü ilin martında isə Tərtərin Talış kəndi sakinlərinə qucaq açdı. Bununla işğaldan azad olunan yaşayış məntəqələrinə yeni
nəfəs, yeni həyat gəldi, yollarımız erməni quldurlarının izlərindən
təmizləndi, yaşayış
məskənlərimizin siması dəyişdi. Ardınca Zabux kəndi, Laçın və Füzuli şəhərləri
pərən-pərən olmuş
sakinlərini qəbul
etdi. Yenidən qurulmuş yaşayış
məskənlərində həyat
qaynamağa başladı.
İndi bu kənd və şəhərlər həm
də yurd həsrəti çəkənlərin
arzularının gerçəkləşdiyi
yerlərdir.
Ümumilikdə Böyük
qayıdış proqramı
çərçivsində 2023-cü ildə Füzuli şəhərinə 380 ailə
(1392 nəfər), Laçın şəhərinə 408 ailə
(1555 nəfər), Ağalıya
175 ailə (871 nəfər),
Talışa
20 ailə (90 nəfər),
Laçın rayonunun
Zabux kəndinə 203
ailə (783 nəfər)
olmaqla 1186 ailə
(4691 nəfər) köçürülüb.
Bu, sıradan fakt deyil. Erməni
vandallarının dağıdıb
yerlə yeksan etdikləri ərazilərin
yenidən məskunlaşdırılması
nəhəng işdir.
Bu, əslində bərpa deyil, yeni yaşayış məskənlərinin salınmasıdır.
30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə daşı daş üstə qoymayıb. Satdığını satıb,
sata bilmədiyini yerlə bir edib. Çünki bu, erməni xislətidir. Yurda bağlılıq, torpağı
sevmək, vətən
təəssübü hər
xalqın işi deyil. Onun üçün
gərək türk doğulasan, azərbaycanlı
olasan. Əks halda biz qısa
müddətdə Qarabağ
və Şərqi Zəngəzurun
8 şəhər və
92 kəndinin baş planını təsdiqləməz,
30 kəndin təməlini
qoymaz, yüz kilometrlərlə yol çəkməz, körpü
salmaz, dağları yarıb tunellər tikməzdik.
Bu il də Qarabağda və Şərqi Zəngəzurda infrastruktur
layihələrinin hamısı
davam edəcək. Su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanaların
tikintisi səngiməyəcək.
İçməli su xətləri, elektrik enerjisi və digər infrastruktur layihələrə də ara verilməyəcək. Sərsəng
Su Anbarına işğal dövründə
ermənilər bir qəpik də vəsait qoymayıblar, yalnız vəhşicəsinə
istismar ediblər. Xaçınçay Su Anbarı isə tamamilə məhv edilmişdi. Bu anbarda bərpa işləri başa çatıb və artıq istifadəyə verilib. Yaxın gələcəkdə
Füzulidəki Köndələnçay
Su Anbarının da açılışı
olacaq. Üstəlik, Suqovuşan yenidən qurulub. Zabuxçay Su Anbarının inşası isə bu il tamamlanacaq.
Anbarın suyu böyük ərazini suvarma suyu ilə
təmin edəcək.
Bu da o deməkdir
ki, keçmiş köçkünlər qayıdanda
artıq orada əkin-biçin üçün
şərait olacaq.
Bu gün evlərinə qayıdan keçmiş köçkünlərin
məşğulluğu ilə
bağlı müvafiq
qurumlar ciddi məşğul olurlar. Yurda qayıtmış insanlara treninqlər keçirilir, yeni istehsal sahələri, sənaye müəssisələri
yaradılır. Ağdamda
və Cəbrayılda
isə iki böyük sənaye zonasının fəaliyyətə
başlaması işğaldan
azad olunmuş ərazilərin gələcək
inkişafından xəbər
verir.
Qarabağ və
Şərqi Zəngəzurun
yenidən qurulması
əsasən dövlətin
imkanları hesabına
aparılır. Bununla
belə, özəl sektorla dövlət arasında faydalı əməkdaşlıq nümunələri
də var. İş adamları yaradılmış imkanlardan
istifadə edərək
biznes ideyalarını
vahid mərkəz ətrafında birləşdirirlər
ki, bu da
yeni işgüzar əlaqələr qurulması
baxımından gərəkli
təşəbbüsdür. Bu səbəbdən özəl sektorun işğaldan azad edilmiş ərazilərə investisiya
qoyması təqdirəlayiqdir.
Artıq Hadrut qəsəbəsində, Daşaltı
kəndində və Ağdam şəhərində
özəl sektor bir neçə layihə icra edir.
Vaxt gələcək
Qarabağ və Şərqi Zəngəzur
həqiqətən cənnətə
çevriləcək. Dövlət
bu işə özəl sektoru da dəvət edir. Bu, iqtisadi
cəhətdən də
səmərəlidir. Ona
görə də işğaldan azad olunmuş ərazilərdə
biznes dairələrinə
münbit şərait
yaradılır və
dövlət tərəfindən
dəstək göstərilir.
Çünki özəl
sektorun Qarabağda və Şərqi Zənəzurda tikəcəyi
həm yaşayış
binaları, həm də istehsal müəssisələri və
xidmət obyektləri
orada yaşayacaq insanların sosial ehtiyaclarının, o cümlədən
məşğulluğunun təmin
olunması baxımından
çox gərəklidir.
Böyük qayıdış
proqramının gözlənildiyindən
də tez başa çatacağını
indidən söyləmək olar.
Bunu görülən
işlərin sürəti
göstərir. O üzdən
Qarabağ və Şərqi Zəngəzurda
aparılan yenidənqurma
və bərpa işləri imkan verir deyək ki, bu ərazilərin
tamam məskunlaşmasına
çox qalmayıb.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
19 yanvar, ¹ 11.- S.12.