Böyük
Zəfərlə 20 Yanvar
şəhidlərinin də
qisası alındı
1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən
xalqımıza qarşı
törədilən qətliam
göstərir ki, istiqlaliyyət yolumuz nə qədər ağrılı-acılı, faciələrlə
dolu olub. Bu hadisə günahsız insanların
amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də,
öz azadlığına,
müstəqilliyinə can
atan xalqımızın
mübarizliyini, məğrurluğunu
bütün dünyaya
nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda
ölümün gözünə
dik baxan Azərbaycan övladlarının
sarsılmazlığını dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan
nəhəng imperiyanın
çöküşündə də əsas amillərdən biri oldu.
Heydər Əliyev
ermənilərin və
Qorbaçovun məkrli
əməllərinin qarşısını
almışdı
Faciəyə gedən
yol onun törədilməsindən xeyli
əvvəl, SSRİ rəhbərliyinə
M.Qorbaçovun gəlişi
ilə başlamışdı.
Qorbaçovun simasında
daim Azərbaycana qarşı məkrli, xəyanətkar mövqe tutmuş ermənilər özlərinə yaxın
himayədar tapmışdılar.
Nə qədər ki Heydər Əliyev SSRİ rəhbərliyində
təmsil olunurdu, ermənilər Azərbaycanla
bağlı bədnam
niyyətlərini həyata
keçirə bilmirdilər.
Elə buna görə Qarabağ məsələsinin Heydər
Əliyev Sov.İKP
MK-nın Siyasi Bürosundan istefa verdikdən cəmi 15 gün sonra ortaya çıxması təsadüfi sayılmamalıdır.
O vaxt M.Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə
müşaviri, milliyyətcə
erməni olan Aqanbekyan Parisdə keçirdiyi mətbuat konfransında Dağlıq
Qarabağın Ermənistana
verilməsi iddiasını
irəli sürmüş,
"Humanite" qəzetindəki
bəyanatında Moskvanın
buna razılığının
olduğunu bildirmişdi.
SSRİ rəhbərliyinin Dağlıq Qarabağın
Ermənistana verilməsinə
dair razılığının
olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun
Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist
erməni ilə görüşü zamanı
da üzə çıxdı. Bunun ardınca Xankəndidə,
Yerevanda anti-Azərbaycan
və antitürk ruhlu mitinqlər genişləndi.
Məhz bundan sonra erməni "Qarabağ Komitəsi" və onun Dağlıq
Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu
təşkilatı olan
"Krunk" gizli fəaliyyətlərinə son
qoyaraq açıq şəkildə niyyətlərini
bəyan etməyə,
Azərbaycana qarşı
ərazi iddiaları səsləndirməyə başladı.
Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum"
adlanan hərəkat formalaşdırıldı.
Bütün bunlar
1988-ci ilin fevralından
etibarən hadisələrin
daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi.
Məhz həmin dövrdə həm Dağlıq Qarabağda, həm də Yerevanda Azərbaycan torpaqlarının Ermənistana
birləşdirilməsi tələbi
ilə silsilə mitinqlər keçirildi.
SSRİ rəhbərliyi tərəfindən
heç bir ciddi müqavimət görməyən və bundan daha da
ruhlanan ermənilər
DQMV Sovetinin vilayətin
statusuna baxılması
haqqında Azərbaycan
SSR Ali Sovetinə müraciət qəbul etməsinə nail oldular.
Ermənistanda və Qarabağda
etnik təmizləmə
siyasəti həyata keçirildi
Azərbaycanın ovaxtkı
rəhbərliyi hadisələrə
fəal müdaxilə
etmək əvəzinə
Kremldən gələn
əmrlər əsasında
hərəkət edir
və bununla xalqın taleyinə biganə yanaşırdı.
Kreml isə həm Azərbaycana göndərdyi emissarlar, həm də ölkənin qətiyyətsiz
rəhbərliyi vasitəsilə
daha məkrli ssenarilər hazırlamaqda
idi. Erməni təxribatçılarının da yaxından iştirak etdiyi bu ssenarilərin əsas hədəflərindən
biri Azərbaycanda ermənilərə qarşı
dözümsüz münasibətin
formalaşmasına dair
görüntülər yaratmaq
idi. Elə bu məqsədlə
1988-ci ilin fevralında
məlum Sumqayıt hadisələri törədildi.
Müxtəlif millətlərin
nümayəndələrinin yaşadığı sənaye
şəhəri Sumqayıtda
iğtişaşlar yaratmaq
siyasi dünyanın yeni səviyyədə gündəminə gətirilmiş
"böyük Ermənistan"
xülyasının gerçəkləşdirilməsi
üçün ermənilərə
çox lazım idi. Bu məsələdə
sovet DTK-sının da özünəməxsus
rolu oldu. Beləliklə, əvvəlcədən
planlaşdırılmış Sumqayıt olayları törədildi və o dövrdə Azərbaycanda
hakimiyyətdə yer tutanlar SSRİ rəhbərliyinin,
ermənilərin niyyətlərini,
qlobal hadisələrin
mahiyyətini axıra
kimi dərk etmək iqtidarında olmadıqlarından qanlı
hadisələrin yaşanmasının
qarşısını almaq
üçün müvafiq
addımlar atılmasında
acizlik nümayiş etdirdilər. Sumqayıt hadisələrinin əvvəlcədən
hazırlandığını o da sübuta yetirir ki, olaylar
baş verən yerlərdə öncədən
çoxlu teleoperatorlar,
jurnalistlər yerləşdirilmişdi.
Bunun nəticəsində
düşünülmüş, ssenarisi əvvəlcədən
cızılmış Sumqayıt
hadisələri saxtakarlıqlarla,
uydurmalarla dünyaya yayıldı. Bundan sonra ermənilər Ermənistanda və Dağlıq Qarabağda elə bir mühit
yaratdılar ki, artıq azərbaycanlılarla
ermənilər bir yerdə yaşaya bilməzdilər. Bunun nəticəsi olaraq indiki Ermənistanın yarandığı əzəli
Azərbaycan torpaqlarında
yaşayan yüz minlərlə soydaşımız
1988-ci ilin sonuna kimi qətlə yetirilməklə, əmlakları
talan olunmaqla ən qəddar formada deportasiya olundular.
Dağlıq Qarabağda
da vəziyyət getdikcə gərginləşirdi
və bu işdə yenə əsas rol oynayan
tərəf Azərbaycan
rəhbərliyinin acizliyindən
istifadə edərək
hadisələri istədiyi
kimi istiqamətləndirən
Kreml təmsilçiləri
idi. Bütün bunlara qarşı Azərbaycan rəhbərliyi
tərəfindən heç
bir qətiyyətli addım atılmadı.
1988-ci il iyunun 15-də
Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi
haqqında qərar qəbul etdi. İyul ayında SSRİ Ali Sovetinin Rəyasət
Heyətinin sessiyasında
Dağlıq Qarabağ
məsələsi müzakirə
edilən zaman Azərbaycandan olan deputatlarla yanaşı, qanunazidd olaraq Ermənistandan olan deputatlar da eyni
hüquqda orada iştirak etdilər. Bu isə Qorbaçov
və onun ətrafının Ermənistan
üçün yaratdığı
yeni imkan demək idi.
İttifaq rəhbərliyinin
Azərbaycan xalqına
qarşı ən böyük xəyanəti
özünü növbəti
dəfə 1989-cu ilin
yanvarında göstərdi.
Belə ki, həmin il yanvarın
12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi
idarəçilik formasının
tətbiqi haqqında"
SSRİ Ali Soveti qərar qəbul etdi və bu,
ermənilərin istəyinə
tam uyğun idi. Çünki DQMV-də xüsusi idarəçilik forması
tətbiq edildiyi ilk gündən birbaşa Moskvaya tabe olan ermənipərəst
A.Volski burada yaşayan bütün azərbaycanlı soydaşlarımızın
çıxarılmasına nail oldu. Azərbaycanın
siyasi rəhbərliyi
isə sözügedən
qurumun yaranmasını
böyük uğur kimi qiymətləndirir və ona çox
böyük ümidlər
bəsləyirdi. Yalnız
xalq hərəkatının
təsiri altında
1989-cu il noyabrın
28-də vilayətin idarə
olunması mərkəzin
nəzarəti altında
olan Azərbaycan SSR Təşkilat Komitəsinə
tapşırıldı. Təşkilat
Komitəsinin sədri
təyin edilən V.Polyaniçko, əslində,
öz sələfinin
siyasətini davam etdirdi və azərbaycanlılar daha da sıxışdırıldı.
Ümumiyyətlə, 20 Yanvar faciəsinə qədər SSRİ və
respublika rəhbərliyinin
çıxardığı qərar və fərmanların heç birində Azərbaycanın
xeyrinə bircə maddə belə olmadı. Bir tərəfdən Azərbaycan
xalqını sakitləşdirməyə
yönələn addımlar
atılır, digər
tərəfdən isə
respublikanın suverenliyinə,
ərazi bütövlüyünə
xələl gətirən
qərarlar qəbul olunurdu. Bu, Ermənistanın
SSRİ rəhbərliyi tərəfindən
ən yüksək səviyyədə müdafiə
olunduğunu göstərirdi.
Azərbaycan KP MK-nın
birinci katibi Ə.Vəzirov Moskvanın
marionetkası olaraq həm Dağlıq Qarabağın ermənilərin
əlinə keçməsinin
qarşısını almaq,
həm də ölkədəki vəziyyəti
sabitləşdirmək üçün
heç nə etmirdi. Əksinə, özünün səhv addımları, yarıtmaz
iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurumu daha da dərinləşdirirdi.
Elə buna görə də Bakıda və Azərbaycanın digər
şəhər və
rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə
Azərbaycanın partiya
rəhbərlərinin istefası
tələbi irəli
sürülürdü.
1989-cu ilin sonu,
1990-cı ilin yanvarında
Azərbaycanda ictimai-siyasi
vəziyyət xeyli kəskinləşdi, qarşıdurma
dərinləşdi, mövcud
iqtidarın hadisələrə
nəzarəti son dərəcə zəiflədi.
SSRİ rəhbərliyi isə
Azərbaycanı növbəti
dəfə cəzalandırmaq
üçün Sumqayıt
ssenarisinə uyğun
təxribatlara start verdi. Milli-azadlıq hərəkatının mərkəzi
olan Bakıda ilk olaraq yerli
milis tərk-silah edildi, əvəzində daxili qoşun hissələri şəhərə
gətirildi. 1990-cı il
yanvarın 13-də Bakıda
bir erməninin iki azərbaycanlını
öldürməsi fitnəkarlıqlar
üçün əsas
oldu və iki gün ərzində
Bakıda süni şəkildə erməni
talanı təşkil
edildi. Mərkəz tərəfindən düşünülmüş
və taktiki baxımdan hərtərəfli
hazırlanmış bu
məkrli plan hazır ssenari üzrə aparılırdı.
Elə bu səbəbdən də ayrı-ayrı dəstələrin
əməllərinin qarşısını
almaq üçün
ali hakimiyyət və hüquq-mühafizə
orqanları tərəfindən
heç bir tədbir görülmədi.
Halbuki Bakıda
SSRİ Daxili İşlər
Nazirliyinin 12 min nəfərlik silahlı qüvvəsi var idi. Vəzirov isə yaranan vəziyyətdən istifadə
edərək sovet qoşunlarının müdaxiləsinə
şərait yaratmağa,
bununla həm də xalq hərəkatını
boğmağa çalışırdı.
Yanvarın 14-də Azərbaycan
KP MK-nın Bürosunda
vəziyyət müzakirə
olundu və Vəzirovun təkidi ilə çağırılan
Azərbaycan SSR Ali Sovetinin sessiyasında DQMV-də və zəruri olarsa, ona bitişik rayonlarda, eləcə də sərhəd boyunca fövqəladə vəziyyət elan edilməsi, lazım gələrsə, mərkəzdən
kömək göstərilməsi
haqqında qərar qəbul olundu. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin müraciəti
ilə SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 15-də
"Dağlıq Qarabağ
və bəzi başqa rayonlarda fövqəladə vəziyyət
elan olunması haqqında" fərman verdi. Həmçinin
SSRİ Ali Soveti Bakı, Gəncə şəhərlərində, eləcə
də başqa yaşayış məntəqələrində
qadağa saatlarının
tətbiq edilməsini
və digər zəruri tədbirlər görülməsini Azərbaycan
SSR Ali Sovetinə təklif etdi.
Müdhiş gecə...
Bu dövrdə
mərkəzdən Azərbaycana,
xüsusən də Bakı ətrafına əlavə qoşun hissələri və hərbi texnika gətirilməsi prosesi davam edirdi. Əslində
bu, Bakıya qoşun yeridilməsi üçün ilkin hazırlıqdan başqa bir şey deyildi.
Xalq hərəkatına
rəhbərlik edənlər,
o cümlədən Xalq
Cəbhəsinin təmsilçiləri
isə vəziyyəti
düzgün qiymətləndirmək
əvəzinə şəhərin
ətrafında, o cümlədən
Bakı qarnizonu ətrafında sədlər,
barrikadalar yaratmağa
başladı. Yük
və minik maşınlarından, avtobus
və trolleybuslardan, eləcə də başqa vasitələrdən
istifadə etməklə
barrikadalar quruldu, piketlər düzəldildi.
Lakin yanvarın 20-də
bu düzgün olmayan taktikadan bəhrələnən sovet
ordusu çoxlu sayda dinc əhalinin
qırılmasına, yaralanmasına
rəvac verdi.
20 Yanvar hadisələri
ərəfəsində Moskva
SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakovu və Sov.İKP MK katibi Girenkonu Bakıya göndərdi. Lakin onların AXC-nin radikal və
liberal qanadları ilə görüşüb
apardığı danışıqlar
heç bir nəticə vermədi. Yanvarın 17-də Azərbaycan
KP MK binası qarşısında
böyük mitinq başlandı və üç gün davam etdi. Mitinqlərdə
Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarına son qoyulması, Bakı ətrafına yığılmış
qoşunların Dağlıq
Qarabağa göndərilməsi,
respublika rəhbərliyinin
istefası və digər tələblər
irəli sürüldü.
Sovet rəhbərliyi
Azərbaycan xalqının
müstəqillik uğrunda
apardığı mübarizənin
qarşısını almaq,
milli-azadlıq hərəkatına
zərbə vurmaq, habelə digər müttəfiq respublikalara
dərs vermək üçün 1990-cı il
yanvarın 19-da "Bakı
şəhərində fövqəladə
vəziyyətin tətbiq
edilməsi haqqında"
fərman imzaladı. Halbuki bununla Qorbaçov SSRİ Konstitusiyasının
119-cu, Azərbaycan SSR Konstitusiyasının
71-ci maddələrini kobud
şəkildə pozurdu.
Yanvarın 19-dan 20-nə keçən gecə
SSRİ-nin rəhbəri
M.Qorbaçovun göstərişi
və Azərbaycanın
ozamankı səriştəsiz
rəhbərlərinin razılığı
ilə Bakıya qoşun yeridildi. Tanklar və ZTR-lər Bakı küçələrində hər
şeyi əzir, hərbçilər qarşılarına
çıxanları amansız
atəşə tuturdular.
İnsanlar nəinki küçələrdə, hətta
avtobusda gedərkən,
öz mənzillərində
oturduqları yerdə
güllələrə tuş
gəlirdilər. Gözlərini
qan tutmuş hərbçilər hətta
yaralıları aparmağa
gələn təcili
yardım maşınlarını
və tibb işçilərini də
atəşə tuturdular.
Həmin gecə Bakıda və respublikamızın regionlarında
həyata keçirilmiş
hərbi təcavüz
nəticəsində dinc
əhaliyə divan tutuldu, xalqımıza qarşı qətliam həyata keçirildi.
20 Yanvar hadisələri
dövlət səviyyəsində
siyasi-hüquqi qiymətini
aldı
Qanlı Yanvar hadisələri Azərbaycanda
milli kimliyin formalaşmasına həlledici
təsir göstərdi,
dövlət müstəqilliyinin
bərpa edilməsində
dönüş nöqtəsi
oldu. 1990-cı ilin yanvarından sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz
xarakter aldı, xalqımız öz gələcəyini yalnız
Azərbaycanın müstəqilliyini
bərpa etməsində
gördü. Bu hadisədən sonra Azərbaycanda sovet imperiyası özünün
bütün mənəvi
və sosial dayaqlarını itirdi və tezliklə xalqımız dövlət
müstəqilliyini bərpa
etdi.
Sovet hakimiyyəti
dövründə məlum
səbəblərdən 20 Yanvar faciəsinə əsl qiyməti vermək mümkün deyildi. Lakin Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyəti dövründə
böyük cəsarətlə
Naxçıvan Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymətin verilməsinə
nail oldu. Lakin Ulu Öndərin
hələ totalitar rejimin dövründə başlatdığı bu
işi müstəqilliyimizin
ilk illərində hakimiyyətdə olanlar dövlət səviyyəsində
davam etdirmədilər.
Belə ki, hələ sovet dövründə 20 Yanvar
hadisələrinə siyasi
qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış
edən AXC hakimiyyətə
gəldikdən sonra bu mövzunu unutdu, iqtidarda olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün cəhd belə göstərmədi.
1993-cü ilin yayına
qədər Azərbaycana
rəhbərlik edən
şəxslərin heç
biri bu faciə
ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət
tapmadı.
1993-cü ildə xalqın
istəyi ilə hakimiyyət sükanının
arxasına keçən
Ulu Öndərin sayəsində 20 Yanvar faciəsi dərindən araşdırıldı. Heydər
Əliyevin "20 Yanvar
faciəsinin 4-cü ildönümünün
keçirilməsi haqqında"
fərmanında Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Milli Məclisin
1994-cü il martın
29-da qəbul etdiyi
qərarda 20 Yanvar faciəsinin günahkarları
konkret qeyd olundu və bu qanlı aksiya
Azərbaycanda milli azadlıq hərəkatını
boğmaq, xalqın inamını, iradəsini
qırmaq üçün
totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi
təcavüz və cinayət kimi qiymətləndirildi. Bununla
da 20 Yanvar hadisələri dövlət
səviyyəsində siyasi-hüquqi
qiymətini aldı, bu cinayəti törədənlərin adları
ictimaiyyətə çatdırıldı.
20 yanvar faciəsindən
34 il ötür. Bu illər ərzində
çox dəyişikliklər
baş verib. Hələ 1991-ci ildə Azərbaycanın dövlət
müstəqilliyinin bərpası
ilə 20 Yanvar şəhidlərinin uğrunda
canlarından keçdikləri
milli ideya reallığa çevrilib.
44 gün müharibədə
qazandığımız Zəfər,
ərazi bütövlüyümüzün
bərpa edilməsi və torpaqlarımızda
erməni separatizminə
son qoyulması nəticəsində isə
həm də 20 Yanvar şəhidlərinin
qisası alındı.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.13.