Azərbaycançılıq
ruhundan doğan vətənpərvərlik əzmi
Bu gün üzərinə düşən
vətəndaşlıq borcunu
şərəf və
ləyaqətlə yerinə
yetirən Azərbaycan
gəncliyi dövlətimizin,
dövlətçiliyimizin daha da möhkəmlənməsində
böyük əzm və qətiyyət nümayiş etdirir. Belə fəallıq Azərbaycan gəncliyinin vətənpərvərliyindən, yurda olan tükənməz
sevgisindən və mübarizlik
əzmindən qaynaqlanır.
Vətənpərvərlik insanın daxili aləmindən, ölməz
ruhundan gələn ülvi və müqəddəs bir hissdir. Bu, onun
dövlətinə, xalqının
ulu tarixi keçmişinə, vətəndaşı
olduğu ölkəsinə
sıx bağlılığından
xəbər verir. Vətənpərvərlik qoynunda
dünyaya göz açdığın torpağa
tükənməz məhəbbət
və sevgi, Vətənin azadlığı
uğrunda əzmkarlıqla
vuruşmaq deməkdir.
Bu ali hiss
insan qəlbində bir günün, bir anın içində
yaranmır. Bu ülvi hiss zaman-zaman formalaşmır.
Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşanmış, möhkəmlənmiş, ana
torpağına, dilinə
və başqa mənəvi amillərə
bağlanmış dövlətçilik
ənənələri dayanır.
Vətənpərvərlik hər şeydən əvvəl düşmən
təcavüzü zamanı
doğulduğu və
yaşadığı ölkəsinin
müdafiəsinə qalxmaq,
onun müstəqilliyini
göz bəbəyi kimi qorumaq, inkişafına
kömək və qayğı göstərməkdir.
Azərbaycanlı kimi
doğma torpağı
sevmək, onun adını hər şeydən uca tutmaq, bu yolda
mübarizəyə hazır
olmaq hər bir vətəndaşın
müqəddəs borcudur.
Zaman-zaman xalqımızın
içindən çıxmış
böyük şəxsiyyətlər,
vətənpərvər insanlar
gələcək nəsillərə
nümunə olmuşlar.
Böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin hələ sovet dönəmində doğma xalqı, vətəni üçün
gördüyü böyük
işlər gənclər
üçün əvəzsiz
və çox qiymətli bir örnəkdir.
Ümummilli Lider
Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi zamanlarda dövlətçilik və
vətənpərvərliyi özündə birləşdirən
azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə
qaldırdı. Bundan sonra gənclərin vətənpərvərlik əzmi
daha da yüksəldi.
Ulu Öndər çıxışlarında bu
vacib məqamı tez-tez vurğulayaraq deyirdi: "Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik
Azərbaycanın müstəqilliyini,
ərazi bütövlüyünü
qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini
möhkəmləndirməkdir. Dövlətçilik hər
bir vətəndaşın
qəlbində olmalıdır.
Ona görə hər bir vətəndaş
vətənpərvərlik hisslərilə yaşamalıdır".
Ulu Öndər
Heydər Əliyevin böyük vətənpərvər
kimi tarixdə qalacaq xidmətlərindən
biri də azərbaycançılıq məfkurəsini
daim inkişaf etdirməsində, onu
milli ideologiyaya çevirməsində və
etnik müxtəlifliyi
bu ideologiya ətrafında sıx birləşdirməsindədir. Bu məfkurənin başqa bir mühüm missiyası da dünyanın müxtəlif ölkələrində
yaşayan həmvətənlərimizin
birlik və həmrəyliyini təmin
etməsindədir. Əsasını
Ulu Öndərin qoyduğu azərbaycançılıq
məfkurəsi gələcəyimiz
olan gənclərin də vətənpərvərlik
hisslərinin formalaşmasında
zaman-zaman çox mühüm rol oynadı. Azərbaycançılıq
ideologiyası gəncliyimizin
vətənpərvərlik hisslərini daha da sürətlə formalaşdırdı, əzmkarlığını,
mübarizliyini durmadan
artırdı.
Bu gün gənclərimizin azərbaycançılıq
ideologiyası ruhunda tərbiyə olunması istiqamətində mühüm
addımlar atılır.
Təbiidir ki, belə yüksək dəyərli ideologiya ilə tərbiyə olunan gənclərimiz çalışdıqları bütün
sahələrdə uğurlar
qazanır, dövlətimizin,
dövlətçiliyimizin möhkəmlənməsində böyük səylər nümayiş etdirirlər.
Vətənpərvərlik əzmindən doğan azərbaycançılıq ruhu
daim gənclərimizə
güc, qüvvət verəcək. Onları uğurlara, zəfərlərə
qovuşduracaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.15.