Tarixi əmanətləri qorumaq borcumuzdur

 

 

"Mən dilimizi, dinimizi, vətənimizi necə sevməyi Ulu Öndər Heydər Əliyevdən öyrənmişəm. Özümü bəxtli hesab etməkdə tam haqlıyam. Xoşbəxtəm ki, Vətənini, dövlətini, xalqını canından çox sevən müdrük insan, dahi şəxsiyyət Ulu Öndərlə canlı təmasda olub ondan tövsiyələr almışam. Elə dilçi-alim olmaq istəyi məndə Ümummilli Liderin nitqinə vurğunluqdan yaranıb desəm, səhv etmərəm", -  deyir Səminə Abdullayeva.

Həmsöhbətimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Səminə Sabir qızı Abdullayeva Gəncədə anadan olub. 2002-ci ildə  Gəncə Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası metodikası fakültəsini bitirib. Sonra həmin ali məktəbdə təhsilin magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurub.  Pedaqogika üzrə fəlsəfə doktorudur. 2018-ci ildən filologiya üzrə elmlər doktoru proqramı üzrə çalışır. Doktorantdır.

Bir sıra respublika beynəlxalq elmi konfransların, simpoziumların iştirakçısı olan Səminə Abdullayevanın elmi məqalələri ölkəmizdə xaricdə nüfuzlu mətbuat orqanlarında çap olunub. Nitq mədəniyyəti normaları üzrə araşdırmaçı alim deyir ki, bəzi televiziya radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin daimi nəzarətin olmaması dil pozuntularının azaldılması aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Ömrünü Azərbaycan dilinin inkişafına, böyüməkdə olan nəslin təlim-tərbiyəsinə həsr edən gənc alim, pedaqoq Səminə xanım deyir ki, Azərbaycan gəncliyi son 200 ilin ən şanlı qəhrəmanlıq tarixini yaşayır. Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik nəsil formalaşıb. Gənclər bütöv müstəqil Azərbaycan naminə canlarından keçdilər, şəhid oldular. Onlar sağlamlıqlarını itirsələr , qarşıya qoyulan məqsədə çatdılar. Şanlı tarix yazdılar...

Səminə müəllimə deyir ki, elmdə qazandığı uğurlara görə professor Mübariz Yusifova sonsuz minnətdardır. Onun sayəsində daha güclü, səbrli, cəsarətli olub. Demək olar ki, həyatın dəyərini istirahətlə deyil, zəhmətlə ölçməyi gənc yaşlarından  müəllimlərindən öyrənib. Qazandığı uğurlara görə professor Mahirə Nağı qızına borcludur. Özünün dediyi kimi, "biz hər birimiz mənəvi dəyərlərimizi qoruyan bir əsgər olmalıyıq. İtmiş hər hansı mənəvi dəyər əvəzedilməzdir bu, gələcək nəsillərə qarşı cinayətdir. Biz müəllimlər həm olkəmizdə, həm xaricdə konfranslarda iştirak edərkən çalışırıq ki, mənəvi dəyərlərimizi qoruyaq, Azərbaycanın tarixi həqiqətlərini dünyaya çatdıraq".

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 19 yanvar, № 11.- S.15.